HOMOTÓPİYA (homo... vә yun. τόπος –yer) – bir inikasın digәrinә deformasiyasının intuitiv tәsviri (tәsәvvürü). Daha dәqiq, X fәzasının f vә g inikaslarının Y fәzasına inikası o vaxt homotopik adlanır ki, tɛ [0, 1] parametrindәn kәsilmәz asılı olan ft : X→Y kәsilmәz inikaslar ailәsi mövcud olduq da f0=f, f1=g olsun; bu halda f~g yazırlar. H. adlanan bu ailә bütün kәsilmәz X→Y inikasların Ф(X, Y) fәzasında f nöqtәsini g nöqtәsi ilә әlaqәlәndirәn yoldur. Belә ki, inikasların homotopluğu inikasların fәzaları üçün ümumi “kәsilmәz yolla bağlı olmaq” münasibәtinin xüsusi halıdır. Ona görә dә, xüsusi halda, homotopluq münasibәti ekvivalentlik münasibәtidir, uyğun siniflәr (onlar homotopik siniflәr adlanır) isә Ф(X, Y) fәzasının xәtti bağlılıq komponentini tәsvir edir. ft(x) funksiyası dәyişәnlәr çoxluğuna nәzәrәn kәsilmәz olduq da, adәtәn belә hesab edirlәr ki, o, t parametrindәn kәsilmәz asılıdır, yәni F : X´[0, 1] → Y düsturu ilә tәyin olunan (bu inikası hәm dә f-i g ilә әlaqәlәndirәn H. adlandırırlar) F(x, t) = ft (x) inikası kәsilmәzdir.










