HÓMRUL (ing. Homo Rule – özünüidarә)– 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә Böyük Britaniya vә İrlandiya Birlәşmiş Krallığı tәrkibindә İrlandiyaya muxtariyyәt verilmәsi uğrunda hәrәkat. Hәrәkatın banisi İrlandiyanın özünüidarә assosasiyasının (1870; 1873 ildә Homrul liqası adlandırılmışdır) tәsisçisi İ.Batt idi. Hәrәkatın proqramı rәsmi Londonun ali hakimiyyәtini saxlamaqla İrlandiyanın daxili mәsәlәlәrini hәll etmәk üçün İrlandiya milli parlamentinin yaradılmasını nәzәrdә tuturdu. H.-un Britaniya parlamentinә seçilmiş (1874) 60 tәrәfdarı parlament obstruksiyası taktikasını geniş tәtbiq edәn müxalifәt fraksiyasını tәşkil edirdi. Digәr partiyaların üzvlәri olan irland parlamentarilәri onlara birlәşdikdәn sonra Ç.S.Parnellin başçılığı ilә yeni İrlandiya parlament partiyası yaradıldı. H.-un tәrәfdarları parlamentdәn kәnarda ingilis lendlordlarına qarşı geniş kәndli hәrәkatına başçılıq edәn Milli Torpaq Liqasından (1879–82) dәstәk aldılar. 1885 il parlament seçkilәri nәticәsindә H. tәrәfdarı olan deputatların sayı 86 oldu. Bir müddәt mühafizәkarlarla blok yaratmış H. tәrәfdarları, sonra liberallarla ittifaqa girdilәr. 1886 ildә liberalların kabinetinә başçlıq edәn U.Y.Qladston İrlandiya üçün H. haqqında billi parlamentә tәqdim etdi. Qanun layihәsi İrlandiyada ikipalatalı parlament yaradılmasını nәzәrdә tutsa da, Britaniya hökumәtinin nәinki xarici siyasәt, müdafiә vә polis, hәm dә vergi vә gömrük rüsumlarını müәyyәnlәşdirmәk hüququ ilә yanaşı, iqtisadiyyat üzәrindә nәzarәtini saxlamışdı. Lakin qanun layihәsi İcmalar palatası tәrәfindәn rәdd edildi, 1801 il İngiltәrә-İrlandiya uniyasının saxlanılmasının tәrәfdarları da onun әleyhinә sәs verdilәr. 1893 ildә Qlad stonun parlamentә tәqdim etdiyi H. haqqında ikinci billi İcmalar palatası bәyәnsә dә, Lordlar palatası tәrәfindәn o, rәdd olundu. H. haqqında üçüncü bill 1914 ildә qәbul edildi. Qanun Dublindә sәlahiyyәtindә yalnız daxili mәsәlәlәrә baxmaq hüququ olan ikipalatalı parlament yaradılmasını nәzәrdә tuturdu. Ümumbritaniya parlamentinin üstün rolu irlandların orada tәmsilçiliyinin kәskin azalması ilә saxlanıldı. Qanunun qüvvәyә minmәsi Birinci dünya müharibәsi başa çatanadәk tәxirә salındı. İrlandiya üsyanından (1916) sonra H. tәlәbini İrlandiyaya istiqlaliyyәt ve rilmәsi vә respublika quruluşunun bәrqәrar olunması şüarı әvәz etdi. 1920 ildә Britaniya hökumәti tәrәfindәn qәbul olun muş “İrlandiyanın idarәedilmәsi haqqında qanun” әslindә İrlandiyanın bölüşdürülmәsi demәk idi. Qanun iki parlamentin – Dublindә 26 irland qraflığı vә Belfastda Şimali İrlandiyanın 6 qraflığı üçün, hәmçinin Ümumirlandiya Şurasının tәşkilini nәzәrdә tuturdu. Qanun yalnız Şimali İrlandiyada tәtbiq edildi. İngiltәrә-İrlandiya müqavilәsinә (1921) әsasәn irland qraflıqları әrazisindә müdafiә vә xarici siyasәt mәsәlәlәrindә rәsmi Londondan asılı olan dominion statusun da İrlandiya azad dövlәti yaradıldı. Şimali İrlandiya qraflıqları B. Britaniyanın hakimiyyәtindә qaldı (bax Şimali İrlandiya).










