“HÓNDA” – “Honda Motor” yapon şirkәtinin istehsal etdiyi motosikl vә minik avtomobillәrinin adı. Motosikllәrin istehsalına 1948, avtomobillәrin isә 1960 ildәn başlanmışdır. Müxtәlif tәyinatlı motosikllәrin işçi hәcmi 0,05–1,2 l, gücü 90 kVt, maks. sürәti 145–215 km/saat-dır. Müxtәlif sinif minik avtomobillәrinin işçi hәcmi 1,2–3,5 l, gücü 40–205 kVt, sürәti 145–270 km/saat, silindrlәrinin sayı 3–6, oturacaqlarının sayı 4–8-dir.

Honda Fit/Jazz minik avtomobili.

Honda-CBR1000RR motosikleti.










