Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HONDURÁS
    HONDURÁS, H o n d u r a s R e s p u b l i k a s ı (República de Honduras).
    Ümumi mәlumat
    Mәrkәzi Amerikada dövlәt. Şm.-q.-dә Qvatemala, c.-q.-dә Salvador, c.-ş.-dә Nikaraqua ilә hәmsәrhәddir; şm.-dan Atlantika okeanının Karib dәnizi, c.-dan Sakit okeanın Fonseka körfәzi ilә әhatәlәnir. Bir sıra sahilyanı adalar, o cümlәdәn Karib dәnizinin İslas-de-la-Baiya a-rı H.-ın әrazisinә daxildir. Sah. 112,47 min km2. Əh. 9,2 mln. (2011). Paytaxtı Tequsiqalpa ş.-dir. Rәsmi dil ispan dili, pul vahidi lempiradır. İnzibati cәhәtdәn 18 departamentә bölünür.
    H. BMT-nin (1945), BVF-nin (1945), BYİB-in (1945), ADT-nin (1948), Mәrkәzi
    Dövlәt quruluşu
    H. unitar dövlәtdir. Konstitusiyası 11.1.1982 ildә qәbul edilmişdir. İdarәetmә forması prezident respublikasıdır. Dövlәt vә hökumәt başçısı 4 il müddәtinә seçilәn prezidentdir.
     
    Amerika Dövlәtlәri Tәşkilatının (1951),
    ÜTT-nin (1995) üzvüdür.
    Ali qanunverici orqan 4 il müddәtinә seçilәn 128 deputatdan ibarәt birpalatalı Milli konqresdir. İcraedici hakimiyyәti prezidentin başçılıq etdiyi Nazirlәr kabineti hәyata keçirir. Əsas partiyalar: Liberal partiya, Milli partiya, Xristian-demokrat partiyası, Birlәşmiş demokratik partiya.
     
    Tәbiәt
    Relyef. H. әrazisinin çox hissәsi hünd. 2849 m-ә çatan (Las-Minas d., ölkәnin әn hünd. nöqtәsi) yayladır; sәthi geniş tektonik çökәkliklәrlә ayrı-ayrı alçaqdağlıq vә orta dağlıq massivlәrә parçalanmışdır. C.-q.-dә vulkanik plato, Yoxoa gölü r-nunda sönmüş vulkan konusları var. Karib dәnizi sahilboyunu bataqlıqlaşmış geniş akkumulyativ düzәnlik tutur. Honduras vә Fonseka körfәzlәrinin sahillәri ensiz abrazion-akkumulyativ ovalıqlardan ibarәtdir.
    Geoloji quruluş vә faydalı qazıntılar. H. Antil-Karib tektonik vilayәti hüdudlarındadır. Ölkә әrazisinin çox hissәsini Paleozoyun metamorfik vә intruziv süxurlarından ibarәt Çortis bloku tutur. C.-q.- dә Kaynozoy vulkanitlәri yayılmışdır. Tektonik çökәkliklәri allüvial çöküntülәr doldurmuşdur. H. yüksәk seysmik zonada yerlәşir. Sonuncu dağıdıcı zәlzәlә 1999 ildә baş vermişdir. El-Moçito gümüş-polimetal yatağı ölkәnin q.-indәdir. Qızıl, mis, dәmir, sürmә, kömür, tәbii tikinti materialları (qum, çınqıl, әhәngdaşı vә s.) yataqları da var.
    İqlim. İqlimi tropik passatdır. Yanvarda orta temp-r ovalıqlarda 23–24°C, may ayında (әn isti ayda) 27–28°C, yaylada uyğun olaraq 12–19,5°C vә 16–24°C-dir. Yağıntının illik miqdarı külәktutan şm. vә şm.-ş. yamaclarında vә düzәnlikdә 3000–3200 mm, ölkәnin mәrkәzi vә c. hissәlәrindә, Sakit okean sahillәrindә 800–2000 mm-dir. H.-ın Karib dәnizi sahillәri tez-tez tropik qasırğaların tәsirinә mәruz qalır. 1998 ilin oktyabrındakı “Mitç” qasırğası (Mәrkәzi Amerikada baş vermiş әn güclü qasırğalardan biri) 15 minәdәk insan ölümünә sәbәb olmuş, ölkә әhalisinin tәqr. 20%-ini evsiz-eşiksiz qoymuşdur.
    Daxili sular. H. әrazisinin çox hissәsi Karib dәnizi hövzәsinә aiddir; әsas çayları Ulua, Aquan vә Patukadır. Sakit okeana, әsasәn, kiçik dağ çayları (o cümlәdәn Çoluteka çayı) tökülür. Yoxoa gölü әsas şirin su mәnbәyidir. Ölkәnin illik daxili su ehtiyatı 96 km3-dir. Bunun 2,1%-i tәsәrrüfat mәqsәdlәrinә sәrf olunur. Adambaşına illik su tәminatı 14,2 min m3-dir.
     Honduras. Yoxoa gölü.
     
    Honduras. Aquan çayı.
    Torpaqlar, bitki örtüyü vә heyvanlar alәmi. Meşәlәr ölkә әrazisinin tәqr. 48%- ni tutur. Honduras körfәzi sahillәrindә, Moskit sahili ovalığında vә ona bitişik dağ yamaclarının aşağı hissәlәrindә qırmızısarı ferrallitli torpaqlar yayılmışdır. Yerli bitki örtüyündә yüksәk floristik müxtәlifliyi ilә fәrqlәnәn rütubәtli hәmişәyaşıl tropik meşәlәr üstünlük tәşkil edir. Meşәlәr qismәn qırılmış vә savannalarla әvәz olunmuşdur; iri meşә massivlәri әsasәn, mühafizә edilәn әrazilәrdә qalmışdır. Ölkәnin c. hissәsi üçün sәciyyәvi sayılan bu meşәlәr әsasәn, qırmızı ferrallitli torpaqlardakı dә yişkәn-rütubәtli yarpağınıtökәn yerli meşәlәrdә savannalarla vә kserofit seyrәk meşәliklәrlә әvәz olunmuşdur. 600–700 m yüksәklikdәki dağlarda rütubәtli enliyarpaqlı vә palıd-şamağacı meşәlәri yayılmışdır. Körfәzlәrin vә laqunaların sahillәri qismәn manqr cәngәlliklәri ilә әhatәlәnmişdir.
    Ölkә әrazisindә maralların müxtәlif növlәri vә pekar, tapir, qarışqayeyәn, zirehlilәr, yırtıcılardan xallı pişik, yaquar, puma vә s. daha xırda pişikkimilәrә (cәmi 200 növ mәmәli) rast gәlinir. Ornitofauna da zәngindir ( tәqr.700 növ quş,o cümlәdәn H.-ın milli simvolu sayılan sarıbaş amazon); müxtәlif sürünәnlәr (200 növdәn artıq) var.
    H.-da ölkә sahәsinin 20,8%-ni tutan 73 mühafizә olunan әrazi, o cümlәdәn RioPlatano (Ümumdünya İrsi siyahısına salınmışdır) biosfer rezervatı, Syerra-de-Aqalta, Piko-Bonito, La-Tiqra milli parkları vardır.
     
    Honduras. Las-Minas dağı.
    Honduras. Foneska körfәzi. El-Tiqr adası.
    Əhali. H. әhalisinin böyük hissәsi (86,1%-i) ispandilli honduraslılardır; onların 82,1%-ini metislәr, 2,0%-ini ağdәrililәr, digәr 2,0%ini zәncilәr, 5,9%-ini hindilәr tәşkil edir. İmmiqrantlar, әsasәn, nikaraqualılar (2,9%) vә әrәblәrdir (1,4%). Əhalinin ortaillik artımı 2,45%-dir (2003–2005). Fertillik göstәricisi 1 qadına 3,59 uşaqdır. Əhalinin yaş tәrkibi: 15 yaşadәk 39,9%, 25–65 yaşadәk 56,7%, 65 yaşdan yuxarı 3,4%. Orta yaş hәddi 19,5 ildir. Gözlәnilәn orta ömür müddәti 69,3 ildir (kişilәrdә 67,75; qadınlarda 70,98 il). 100 qadına 101 kişi düşür. Orta sıxlıq 1 km2-dә 64 nәfәrdir. Əhalinin böyük hissәsi ölkәnin şm.-q.-indә (900–400 m yüksәklikdә), paytaxt әtrafında, hәmçinin Sakit okean sahilindә toplanmışdır; bu әrazilәrdә sıxlıq 1 km2-dә 100 nәfәrdir. Şәhәr әhalisi 48,7%-dir. Şәhәr әhalisinin artım tempinә görә H. regionda birincilәr sırasındadır. İri şәhәrlәri (min nәfәr, 2005): Tequsiqalpa (900,4; şәhәrәtrafı ilә tәqr. 1700), San-Pedro-Sula (558,2), Çoloma (177,4), La-Seyba (150,4), El-Proqreso (107,4). Əmәkqabiliyyәtli әhali 2,54 mln.-dur (2005); bunun 39,2%-i k.t., meşә tәsәrrüfatı vә balıqçılıqda, 20,8%-i sәnayedә, 40%-i xidmәt sferasında çalışır. İşsizlik sәviyyәsi 4,2% tәşkil edir. H. әhalisinin әksәriyyәti xristiandır.
    Tarixi oçerk
    H. qәdim dövrlәrdәn 16 әsrәdәk. H. әrazisindә әn qәdim insan izlәri arxaik dövrә (e.ә. 8–2-ci minillik) aiddir. Obsidian
    (d ә v ә g ö z ü) çıxışları (La-Esperansa yatağı) olan Ulua çayının yuxarı axarlarında tarixi dәqiqlәşdirilmәmiş düşәrgәlәrdә ucluq vә nukleus fraqmentlәri aşkarlanmışdır.
    Formalaşma dövründә (e.ә. 2-ci minillik – eramızın 200 ili) H.-da әkinçiliyin erkәn formaları (qarğıdalı) vә keramika meydana gәlmiş, qonşu regionlarla intensiv әlaqәlәr yaradılmışdır. H.-ın şm.-q.-indә Puerto-Eksondido (e.ә. 1100–600 illәr), Los-Naranxos (e.ә. 800–400 illәr), Playade-los-Muertos (e.ә. 900–200 illәr), mәrkәzi–c.-q.-indә Yarumela (e.ә. 1-ci minillik –eramızın 200 ili) vә digәr iri yaşayış mәskәnlәri salınmışdır. Onlar sәddlәr vә xәndәklәrlә (Los-Naranxos, Yarumela) möhkәmlәndirilmiş, torpaq platformalara –“maund”lara (o cümlәdәn Yarumelada El-Serrito, hünd. 20 m-dәn çox, bünövrәnin sah. 7 min m2) malik idi; Playa-de-los-Muertosda keramika, bәzәk әşyaları vә s. qoyulmuş 16 dәfn yeri aşkarlanmışdır. Naxışlı gil qablar, dәniz balıqqulağı, obsidian (d ә v ә g ö z ü), mәrmәr vә jadeitdәn bәzәk әşyaları vә s. yerli mәdәniyyәtlәrin davamlı ticarәt әlaqәlәrini tәsdiqlәyir. Bir sıra tapıntılar olmek tәsirindәn xәbәr verir: Puerto-Eksondidoda, ehtimal ki, mәrasim tikilisinin döşәmәsi altında tapılmış keramika qablardan vә cilalanmış daş baltadan ibarәt gizli saxlanc yeri; Playa-de-los-Muertosda dәfn yәrlәrindәn naxışlı keramika vә jadeitdәn bәzәk әşyaları vә s. H.-ın şm.-ş.-indә Kuyamel mağaralarında e.ә. 1200–400 illәrә aid xarakterik “T”şәkilli daş baltaları, keramikadan kişi vә qadın heykәlciklәrinin qırıntıları, olmek motivlәri (“olmek әjdahası” vә “yanar ilan”) ilә bәzәdirilmiş qabları olan dәfn yerlәrinin qalıqları aşkarlanmışdır.
    Kopan şәhәrindә dәfn yerindәn tapılmış müqәddәs ketsal
    (kvezal) quşun tәsviri vә üzәrindә hieroqlifik  yazısı olan
    qab. 650–760 illәr. Pibodi muzeyi (Harvard).
    Klassik dövrün başlanğıcında (eramızın 200 ili) H.-in q. hissәsi Mayya mәdәniyyәtinin yayıldığı zonaya daxil olmuşdu. Bu mәdәniyyәtin әn böyük mәrkәzlәrindәn biri olan Kopan (400–820) burada yerlәşirdi. Klassik vә erkәn postklassik dövrlәrdә (200–1150) Ulua vә Sulako çayları hövzәsindә, Yoxoa gölü rayonunda (Salitron-Vyexo, 400–800; Travesiya, 500–950;Serro-Palenke, 600–1050; La-Syerra, 600–1000) vә Komayaqua vadisindә (Tenampua, 900–1000) çoxsaylı şәhәr mәrkәzlәri mövcud olmuşdur. Ticarәt vә sәnәtkarlıq (obsidian, balıqqulağı, parçaların emalı, keramika istehsalı) mәrkәzlәri kimi onlar geniş k.t. sahәlәrinә nәzarәt etmәklә yanaşı, eyni zamanda dini mәrkәzlәr (mәbәdlәr, top oyunu sahәlәri, ayini dәfinәlәr) idi. Keramika әnәnәlәri hәm geniş mәdәni әlaqәlәri, hәm dә yerli xüsusiyyәtlәri (Ulua vә Sulako polixrom üslubları) nümayiş etdirir.
    H. әrazisindә postklassik dövr (900–1550) az öyrәnilmişdir. Bu dövr desen tralizasiya vә bir neçә min әhalisi olan çoxsaylı müstәqil mәrkәzlәrin mövcudluğu ilә sәciyyәlәnir. H.-ın şm.-q.-indә Çamelekon çayı vadisindә Vyexo-Brisas-del-Valle, Kimistan vә Nako kimi iri yaşayış mәskәnlәri var idi. Komayaqua vadisindә hәndәsi vә zoomorf naxışlı polixrom keramikanın istehsalı mәrkәzi olan Las-Veqas (1100–1200) aparıcı rol oynayırdı.
    Müstәmlәkә dövrü. 1502 ildә X.Kolumb dördüncü ekspedisiyası zamanı H.-ın әrazisini kәşf etmişdir. Ərazi “H.” adını (isp. hondura – dәrinlik) sahillyanı dәrinliklәrә görә almışdır. H.-ın istilası 1524 ildә P. de Alvarado tәrәfindәn başlanılmış vә 1525 ildә E.Kortes tәrәfindәn sona çatdırılmışdır. Lakin hindilәr mübarizәni davam etdirirdilәr. 1536–37 illәrdә hindilәrin tayfa başçısı Lempira böyük qoşun (bәzi mәlumatlara görә 30 min nәfәrәdәk) toplayaraq konkistadorları bir neçә ciddi mәğlubiyyәtә uğratmışdı. Bununla belә ispanlar qәlәbә qazandılar. 1539 ildә H. Qvatemala general-kapitanlığının tәrkibinә daxil edildi. Bu müstәmlәkәyә İspaniya kralı ancaq 1579 ildәn, burada gümüş yataqları (Komayaqua) aşkarlandıqdan sonra diqqәt yetirmәyә başladı. H.-ın yerli әhalisinin qәddarcasına istismara mәruz qalması onun sayının azalmasına sәbәb oldu. Artıq 16 әsrdә işçi qüvvәsinә ehtiyacı olan ispanlar H.-a afrikalı kölәlәri gәtirmәyә başladılar. Lakin H.-da onların sayı Amerika qitәsinin digәr ispan mülklәrindә olduqlarından az idi, belә ki, burada nә plantasiya tәsәrrüfatı, nә dә inkişaf etmiş filiz-mәdәn sәnayesi var idi.
    Müstәqilliyin qazanılması. Mәrkәzi Amerika, Latın Amerikasının digәr regionlarından fәrqli olaraq, müstәqilliyini qansız vә uzunmüddәtli mübarizәsiz qazandı. Qvatemala general-kapitanlığının müstәqilliyini ispan müstәmlәkә administrasiyası 1821 il sentyabrın 15-dә elan etdi. Yeni “Qvatemala krallığı”nın ilk başçısı “siyasi rәhbәr” titulu almış keçmiş general-kapitan Qabino Qainsa oldu. H.-da kral mәhkәmәlәri, müstәmlәkә qanunları fәaliyyәtini davam etdirir, әvvәlki vergilәr alınır, tәdavüldә İspaniya krallığının zәrb etdiyi sikkәlәr işlәdilirdi. H. 1822 ildә A. de İturbidenin Meksika imperiyasının tәrkibi nә daxil edildi, onun 1823 ildә parçalanmasından sonra keçmiş Qvatemala general-kapitanlığının әsasında yaradılmış Mәrkәzi Amerika Birlәşmiş Əyalәtlәrinә qatıldı. H. 1838 il noyabrın 5-dәk vahid Mәrkәzi Amerika dövlәtinin tәrkibindә qaldı. Sonrakı illәrdә F.Morasanın rәhbәrliyi ilә liberal islahatlar vә Mәrkәzi Amerikanın federativ quruluşu tәrәfdarlarının H.-ı, Salvadoru vә Nikaraquanı birlәşdirmәk cәhdlәri uğursuzluqla nәticәlәndi. Morasan 1842 ildә mühafizәkarlar tәrәfindәn tutuldu vә edam edildi.
    1824 ilin mәlumatına görә, H.-da 137 min nәfәr yaşayırdı. Mәrkәzi Amerika ölkәlәrindәn yalnız onun әrazisindә qiymәtli metallar hasil edilirdi, lakin bu hasilatın iqtisadi әhәmiyyәti böyük deyildi. H.-da parçaların, ayaqqabıların, ev әşyalarının, silahların vә s.-nin kustar yolla istehsalı üstünlük tәşkil edirdi.
    H. 19 әsrin ikinci yarısı – 20 әsrin birinci yarısında. 1850-ci illәrin ortalarında ölkәdә liberallar ilә mühafizәkarlar arasında gedәn kәskin mübarizә Nikaraqua vә Qvatemala ilә silahlı münaqişәlәrlә müşayiәt olunurdu. 1849–52 illәrdә H. onun әrazisinin bir hissәsini (İslas-de-la-Baiya adaları vә Moskit sahili ovalığının bir hissәsi) işğal etmiş B. Britaniya tәrәfindәn tәcavüzә mәruz qaldı. B.Britaniyanın Mәrkәzi Amerikada möhkәmlәnmәk cәhdlәrinә qarşı çıxan ABŞ hökumәti onunla Kleyton–Bulver müqavilәsinin (1850) imzalanmasına nail oldu. Müqavilәyә görә hәr iki ölkә Mәrkәzi Amerikada hәr hansı yeni әrazilәrin işğalından imtina etmәli idi. Buna әsasәn B. Britaniya 1859 ildә işğal etdiyi әrazilәri H.-a qaytardı. 1860 ildә H.Uoker avantürasının (1855–56) sәbәb olduğu Mәrkәzi Amerika müharibәsindә fәal iştirak etdi.
     
    Qәdim Kopan şәhәrindә mәrkәzi meydanın qalıqları.
    1821–76 illәrdә H.-da 57 hökumәt dәyişdi. 1876 ildә hakimiyyәtә M.A.Soto Martinesin rәhbәrliyi ilә liberallar gәldi. Onlar geniş islahatlar apardılar: kilsә әmlakı müsadirә olundu, vәtәndaş nikahı vә dövlәt tәhsil sistemi tәtbiq edildi. İslahat kursunun tәrәfdarları 1891 ildә Liberal partiyada birlәşdilәr, onların әleyhdarları (iri mülkәdarlar, katolik ruhanilәri vә şәhәr burjuaziyasının bir hissәsi) 1902 ildә Milli partiyanı yaratdılar. M.A.Soto Martines hökumәtinin vә H.-da 1903 ilәdәk hakimiyyәt dә olan sonrakı liberal kabinetlәrin siyasәti ölkәni xarici kapitalın qoyuluşu üçün açdı. 1884 ildә H. ilә ABŞ arasında amerikan şirkәtlәrinә H.-da d.y. vә avtomobil yollarının tikintisi üçün konsessiyaların verilmәsi, hәmçinin banan becәrilmәsi üçün әn yaxşı torpaqların ayrılmasını nәzәrdә tutan Soto–Keyt müqavilәsi imzalandı. H. monokultura ölkәsinә (“banan respublikası”) çevrilmәyә başladı, onun әsl sahiblәri burada 1902 vә 1905 illәrdә öz plan tasiyalarını salan vә H.-ın siyasi hәyatına çәkinmәdәn qarışan “United Fruit Co.” vә “Standard Fruit and Steamship Co.” amerikan korporasiyaları oldu. Plantasiyalar da hökm sürәn ağır әmәk şәraiti vә amansız istismar k.t. işçilәrinin amerikan qoşunları tәrәfindәn yatırdılan çıxışlarına (1905, 1907, 1911, 1912) gәtirib çıxardı.
    1919, 1924–25 illәrdә H.-a amerikan qoşunlarının müdaxilәsi baş verdi, sonrakı illәrdә ABŞ xüsusi xidmәt orqanlarının dәstәyi ilә, hakimiyyәtә Amerikanın maraqlarına cavab verәn “güclü şәxsiyyәt” gәtirmәk mәqsәdilә dәfәlәrlә hәrbi çevrilişlәr edildi. Belә hökumәt başçılarından biri, 1933–48 illәrdә hakimiyyәtdә olmuş T.Karias Andino H.-ı әslindә hәrbi-polis dövlәtinә çevirdi vә amerikan banan şirkәtlәrinә yeni konsessiyalar verdi.
    İkinci dünya müharibәsi illәrindә H. antihitler koalisiyasına daxil idi, 1941 ilin dekabrında Almaniya, İtaliya vә Yaponiyaya müharibә elan etdi, lakin hәrbi әmәliyyatlara qatılmadı. 1942 ildә ABŞ H.-a mәxsus Suon a-rını işğal etdi vә burada hәr bitikililәr (aerodrom, radiostansiya vә s.) inşa etdi.
    H. 1945 ildәn sonra. İkinci dünya müharibәsindәn sonra H. ABŞ-dan tam asılı vәziyyәtdә idı. Onun әrazisindә Qvatemala, Nikaraqua vә Kubada inqilabi hәrәkatlara qarşı mübarizәdә istifadә olunan muzdlular tәlim keçirdi. ABŞ-ın xarici siyasәtinin tәsirilә H. 1961 ildә Kuba ilә diplomatik vә iqtisadi münasibәtlәri kәsdi.
    1963 ildә ABŞ-dan asılılğı zәiflәtmәk mәqsәdilә polkovnik O.Lopes Arelyanonun başçılığı ilә H. hәrbçilәri dövlәt çevrilişi etdilәr. 1963–71 illәrdә hakimiyyәtdә olmuş hәrbi xunta vә onu әvәz edәn Lopes Arelyanonun vәtәndaş hökumәti aqrar islahat keçirmәyә, meşә tәsәrrüfatını millilәşdirmәyә, mәdәn sәnayesi üzәrindә dövlәt nәzarәtini vә sabit әmәk haqqı minimumunu tәtbiq etmәyә, sosilaist ölkәlәri ilә münasibәtlәri normallaşdırmağa vә Kuba ilә ticarәtә başlamağa cәhd etdi. Lakin bu cәhdlәr ABŞ-ın fәal müqavimәti sәbәbindәn uğursuzluqla nәticәlәndi. Lopes Arelyanonun mövqelәrini sarsıtmaq mәqsәdilә ABŞ-ın dәstәklәdiyi Mәrkәzi Amerika mürtәce dairәlәri H. ilә Salvador arasında “Futbol müharibәsi”ni (1969) törәtdilәr. 1975 ilin aprelindә Lopes Arelyano oliqarxiyanın yuxarı tәbәqәlәrinin vә hәrbçilәrin tәzyiqi ilә prezident postunu tәrk etdi, bundan sonra 1982 ilin yanvarınadәk ölkәdә hakimiyyәt sәlәflәrinin bütün islahatlarını lәğv edәn hәrbi xuntaya keçdi.
    1982 ildә H.-ın yeni, 1821 ildәn sayca 17-ci konstitusiyası qәbul edildi. 1982–90, 1994–2002, 2006–09 illәrdә H.-da Liberal partiyanı, 1990–94, 2002–06, 2009–14 illәrdә Milli partiyanı tәmsil edәn prezidentlәr hakimiyyәtdә oldular. Hәr iki partiyada 1980-ci illәrin әvvәllәrindәn müәyyәn dәyişikliklәr baş verdi. Liberal partiyada BVF-nin vә ABŞ-ın diktatına qarşı mübarizәyә çağıran qruplaşma formalaşdı. 1986 ildә Milli partiya yeni proqramında “kasıblıq vә zәif inkişafa qarşı müharibә”ni özünün әsas siyasi mәqsәdi elan etdi. Lakin aparıcı partiyalar qarşıya qoyduqları mәsәlәlәrin hәllinә nail ola bilmәdilәr. H. Latın Amerikasının әn geridә qalmış ölkәlәrindәn biri olaraq qalır.
    2009 ildә H.-ın prezidenti X.M.Selayya ölkә konstitusiyasında nәzәrә tutulmayan mәsәlә (ikinci dәfә prezident müddәtinә seçilmә) ilә bağlı referendumun keçirilmәsini elan etdi. Ölkәnin Ali mәhkәmәsi referendumun keçirilmәsini qeyri-qanuni әmәl kimi tanıdı. X.M.Selayya hәbs olunaraq Kosta-Rikaya sürgün edildi. 2009 il noyabrın 29-da keçirilәn seçkilәrdә Milli partiyanın nümayәndәsi P.Lobo H.-ın prezidenti seçildi. 2014 ildәn ölkәnin prezidenti X.O.Ernandesdir.
    H. ilә Azәrb. arasında diplomatik әlaqәlәr 1994 il dekabrın 22-dә qurulmuşdur.
    Tәsәrrüfat
    H. Latın Amerikasının әn yoxsul vә iqtisadi cәhәtdәn zәif inkişaf etmiş ölkәlәrindәn biridir: ümumi gәlirin tәqr. 43%-i zәngin ailәlәrin (10%) payına düşür. H.-ın dövlәt borcu 10,73 mlrd. dollardır (2019).
    ÜDM-in hәcmi 54,18 mlrd. dollar (alıcılıq qabiliyyәti paritetinә görә), adambaşına – 5450 dollar, ÜDM-in real artım tempi 8,0% tәşkil edir (2020). İnsan inkişafı indeksi 0,632-dir (2019; 188 ölkә arasına 133-cü yer). ÜDM-in 25,95%-i sәnaye vә tikintidә, 12,12%-i kәnd, meşә tәsәrrüfatları vә balıqçılıqda, 58,34%-i xidmәt sferasında yaranır (2020). İşlәyәnlәrin sayı 4,73 mln. nәfәrdir (2020), onların tәqr. 50,207%-i xidmәt sferasında, 19,691%-i sәnaye sahәsindә, 30,103%-i k.t.-nda çalışır. İşsizlik sәviyyәsi 5,229%-dir (2020).
    İqtisadiyyatın әsasını banan vә qәhvәnin plantasiya istehsalı tәşkil edir. 1990-cı illәrin ortalarından başlayaraq xarici turizm sürәtlә inkişaf edir; әsas turizm r-nu İslasde-la-Baiya a-rıdır (Roatan vә Utila adaları).
    Sәnaye. Yerli sahibkarlara mәxsus vә texnika ilә zәif tәchiz olunmuş xırda müәssisәlәr üstünlük tәşkil edir. Nisbәtәn iri sәnaye istehsalı xarici kapitalın nәzarәtindәdir. İxracyönlü k.t. mәhsullarının emalı müәssisәlәri, hәmçinin 1990-cı illәrdәn ixracyönlü emal zonalarında xarici (әsasәn, Amerika, Tayvan vә Cәnubi Koreyanın) şirkәtlәrin filialları yaradılmışdır. Sәnaye istehsalının artımı 4,5% tәşkil edir (2017).
    Energetika tәsәrrüfatının zәif olması sәnayenin inkişafın әngәllәyir. Elektrik enerjisi istehsalı 7,215 mlrd. kVt/saatdır (2015); ölkә әhalisinin tәqr. 80%-inin ondan istifadә etmәk imkanı yoxdur. Bir neçә nisbәtәn iri SES ölkәnin daha yaxşı inkişaf etmiş vә әhalisi sıx olan rayonunda, Ulua çayı vә onun qollarında inşa edilmişdir: “Canaveral”, “Rio Lindo” SES-lәri (hәr birinin müәyyәn edilmiş gücü 50 – 100 min kVt), “San Buenaventura” (50 kVt-dan az). İspaniya şirkәti “Empresa Nacional de Electricidad” tәrәfindәn inşa edilmiş E.x. (elektrikötürmә xәtti) Mәrkәzi Amerika ölkәlәrinin enerji sistemini birlәşdirdi. Puerto-Kortesdә neft emalı z-du fәaliyyәt göstәrir. Qızıl vә gümüş, hәmçinin qurğuşun-sink (Tequsiqalpa vә Santa-Barbara yaxınlığında), dәmir (Tela) vә mis (Santa-Rosa-de-Kopan) filizlәri hasil edilir.
    Aparıcı sahә yeyinti sәnayesidir (sәnaye mәhsulu dәyәrinin tәqr. 2/5-si, sәnayedә çalışanların ümumi sayının tәqr. 2/3-si). Əsasәn, banan vә qәhvәnin nәqlә hazırlanması (çeşidlәmә, qablaşdırma vә s.), yaxud plantasiya mәhsullarının emalı (çox vaxt yarımfabrikatların istehsalı ilә mәhdudlaşır) vә daxili bazar üçün әrzaq mәhsullarının istehsalı istiqamәtlәrindә inkişaf etmişdir. Sahәnin aparıcı müәssisәlәri Tequsiqalpa, San-Pedro-Sula, La-Lima, San-Luis-Paxon vә La-Seyba şәhәrlәrindә; San-Pedro-Sulada tütün f-klәri, Telada palma yağı istehsal edәn z-dlar fәaliyyәt göstәrir. Yüngül sәnaye pambıqtәmizlәmә (pambıq plantasiyaları rayonlarının kiçik yaşayış mәntәqәlәrindә yerlәşәn müәssisәlәr), pambıq parça istehsalı ilә (Tequsiqalpa, San-Pedro-Sula vә Nakaome) tәmsil olunur. Meşә sәnayesi müәssisәlәrindә taxta-şalban vә digәr ağac emalı mәhsulları (Tequsiqalpa, San-Pedro-Sula, Komayaqua vә Truxilyo), o cümlәdәn mebel (Tequsiqalpa vә San-Pedro-Sula) istehsal edilir. Tequsiqalpa vә San-Pedro-Sulada kimya sәnayesinin bir neçә kiçik müәssisәsi, o cümlәdәn әczaçılıq f-lәri, San-Pedro-Sulada sement z-du fәaliyyәt göstәrir.
    H. Karib hövzәsi ölkәlәri arasında әn iri hazır geyim istehsalçısı vә ixracatçısıdır. San-Pedro-Sula rayonunda, elәcә dә La-Seyba, La-Lima, Çoloma vә s. şәhәrlәrdә idxal olunan parçalardan geyimlәrin hazırlanması sürәtlә inkişaf edir (illik artım tәqr. 20%). Mәhsul istehsalının tәqr. 1/2%-inә ABŞ şirkәtlәri (o cümlәdәn “Sara Lee”, “Wrangler”, GAP) nәzarәt edir. Dәri mәmulatları, mebel vә s. istehsalı üzrә müәssisәlәrdә fәaliyyәt göstәrir.
     
    Honduras. Rio-Platano biosfer rezervatı.
    Kәnd tәsәrrüfatı. K.t. üçün yararlı torpaqlar ölkә әrazisinin tәqr. 1/3-ini tutur, onun 28,9%-i real istifadә olunur (2017; 9,1%-i әkin sahәlәri, 4%-i otlaq yerlәri; k.t. üçün yararlı torpaqlar ölkә әrazisinin tәqr. 30%-ini tutur, 430537 ha әkin sahәsi, 2018). Ölkә әrazisinin 45,3%-i meşә zolağından ibarәtdir (57,2%, 2018). 90 min ha (2018) şumluq torpaq suvarılır. Hәr il k.t. tropik qasırğalardan zәrәr çәkir; 2004 ildә banan vә qәhvә plantasiyalarının 70%-i mәhv olmuşdu.
    Honduras. El-Kaxon SES-i.
    İri torpaq sahibkarlığı (H.-ın zәngin ailәlәrinә vә Amerika şirkәtlәrinә mәxsus) vә xırda kәndli pay torpaqları sәciyyәvidir. Plantasiya tәsәrrüfatı ixracyönümlü sahәlәr üzrә ixisaslaşmışdır, xırda tәsәrrüfatlar daxili bazar üçün mәhsul istehsal edir. Ənәnәvi olaraq, bitkiçilik üstünlük tәşkil edir, onun mәhsulunun әsas hissәsi (qәhvә vә bananın çәrәz sortlarının, hәmçinin şәkәr qamışı, sitrus meyvәlәri, pambıq vә tütün) ixrac üçün nәzәrdә tutulmuşdur. H. qәhvә istehsalına görә (ildә 476,4 min. t, 2019) dünyanın 10 әn iri istehsalçıları sırasına daxildir vә 2011 ildәn Mәrkәzi Amerika ölkәlәri arasında liderdir.
     
    Honduras. Kofe plantasiyası. Okotepeke departamenti.
    Qәhvә dağ silsilәlәrinin yamaclarında, әsasәn, Komayaqua vә La-Pas (әn iri areal), Kortec, Santa-Barbara vә Kopan, hәmçinin El- Paraiso vә Çoluteka dep-tlәrindә becәrilir. Banan plantasiyalarında ümumi yığım ildә tәqr. 6,4 mln. t tәşkil edir (2019) vә ölkәnin şm. hissәsindә, Karib dәnizinin aşağı sahilboyu dağ silsilәsinә bitişik yamaclarda (Atlantida, Kolon vә Yoro dep-tlәrindә) becәrilir; istehsalın böyük hissәsinә Amerikanın “Chiquita Brands International“ vә “Dole Food Co.” şirkәtlәri nәzarәt edir. Pambıq Sakit okean sahilboyunun yüksәk rütubәtli ovalıqlarında (Valye vә Çoluteka dep-tlәri), tütün dağ yamaclarında (Santa-Barbara dep-ti) becәrilir. Şәkәr qamışı plantasiyaları (5,4 mln. t, 2019) ümumilikdә banan vә pambıq plantasiyalarının yayıldığı areallar ilә üst-üstә düşür. Sitrus bitkilәri, әsasәn, Ulua çayı dәrәsindә (Kortes dep-ti); az miqdarda kakao (Atlantida dep-ti, La-Seyba ş. yaxınlığında) vә sizal (Valye dep-ti); tәrәvәz vә meyvәlәr (manqo, papayya, yemiş, hindqozu vә s.) becәrilir. İstehlak olunan bitkilәr arasında qarğıdalı vә paxlalı bitkilәr (әsasәn, lobya) üstünlük tәşkil edir. Mәhsul yığımı: qarğıdalı 500 min t, yağlı bitkilәr 511,6 min t, dәnli bitkilәr 675 min t, tәrәvәz 337,4 min t, sitrus bitkilәri 320,04 min t vә s. (2019). 20 әsrin sonlarından әtlik-südlük heyvandarlıq sürәtlә inkişaf etmişdir: mal әti 60 min t, donuz әti 10 min t, quş әti 217,7 min t, yumurta 51,6 min t (2019). Maldarlıq (әsasәn, әtlik) ixracyönlüdür, qoyunçuluq vә donuzçuluq mәhsulları daha çox daxili bazarı tәmin edir. H.-ın savannalarında ilboyu mal-qara otarılır. Əmtәәlik maldarlığın әsas r-nları Olanço, El-Paraiso, Komayaqua, Yoro vә Çoluteka dep-tlәrindә yerlәşir. Əhalinin gәlir sәviyyәsi aşağı olduğundan әtә tәlәbatı azdır; әt ixrac olunur (әsasәn, ABŞ-a).
     
    Honduras. Roatan adası.
    H. iqtisadiyyatında meşә tәsәrrüfatı vә dәniz mәhsullarının hasilatı әhәmiyyәtli rol oynayır. Zәngin meşә ehtiyatının olması oduncaq tәdarükünün geniş inkişafına imkan yaratmışdır (әsasәn, şamağacı, maxaqoni, qızılgül ağacı). Oduncaq daşınması üçün yolların әlverişsiz olması meşә tәdarükünün inkişafına mane olur. Meşә tәsәrrüfatının әnәnәvi sahәsi qoz, fındıq tәdarüküdür. Balıq ovu vә dәniz mәhsulları hasilatı, әsasәn, Fonseka körfәzindәdir (illik balıq ovu 28 min t-dan çoxdur).
    Nәqliyyat. Daxili sәrnişin vә yük daşımalarında avtomobil nәql. aparıcı rol oynayır. Avtomobil yollarının ümumi uz. 14742 km tәşkil edir, onun 3367 km-i bәrkörtüklüdür (2012). Qonşu ölkәlәrlә әlaqәdә Panamerika avtomobil yolunun H.-ın c.-unda yerlәşәn hissәsi (uz. 160 km, Salvadorla sәrhәddәn Nakaome-San-Lorenso-Çoluteka-San-Markos-de-Kolon vasitәsilә Nikaraqua ilә sәrhәdә qәdәr uzanır) mühüm yer tutur. D.y.-larının uz. 699 km-dır (2014), onların 253 km-i dövlәt d.y.-larıdır. D.y.-nun böyük hissәsi darraylıdır, әsasәn, k.t. mәhsullarının dәniz portlarına daşınmasına xidmәt göstәrir. Dәniz nәql.-nda kabotaj daşımalarının hәcmi kiçikdir. H.-ın dәniz donanması 552 gәmidәn ibarәtdir (o cümlәdәn 250 yük, 90 neft tankeri vә s.; 2017). Xarici daşımalarda digәr ölkәlәrdәn icarәyә götürülmüş gәmilәrdәn geniş istifadә olunur; bananın ixracını, neft vә neft mәhsullarının idxalını hәyata keçirәn şirkәtlәrin özünün gәmiçilik şöbәlәri var. Puerto-Kortes (xarici ticarәt yüklәrinin 1/2-indәn çoxu; tәqr. 400 min İFE) vә La-Seyba әsas dәniz portlarıdır. Daxili su yollarının ümumi uz. 465 km-dir (2012); Yoxoa gölü, Ulua, Aquan, Çoluteka, Patuka vә s. çaylar gәmiçilik üçün yararlıdır. Daxili su nәql. ölkәnin uzaq vә çәtin keçilәn rayonlarının (o cümlәdәn Moskit sahili ovalığı) nәql. xidmәtindә mühüm rol oynayır. 116 uçuş-enmә meydançası var, onlardan 11-i bәrkörtüklüdür (o cümlәdәn 3-ünün uçuş-enmә zolağı 2,5 km-dәn çoxdur; 2013). Roatan a-nda, Tequsiqalpa, La-Seyba vә San-Pedro-Sulada beynәlxalq aeroportlar fәaliyyәt göstәrir.
    Xarici ticarәt. Xarici ticarәt dövriyyәsinin hәcmi 18702 mln. dollar, o cümlәdәn ixracatın dәyәri 7164 mln. dollar, idxalatın dәyәri tәqr. 11504 mln. dollar tәşkil edir (2019). Əsas ixrac mәhsulları: qәhvә, banan, dәniz mәhsulları, qızıl, palma yağı, oduncaq, sitrus vә digәr meyvәlәr, әt. ABŞ (dәyәrin tәqr. 53%-i), Salvador (8%), Qvatemala (5%), Nikaraqua (5%) әsas alıcılardır (2019). İxracyönlü emal zonaları üçün maşın vә avadanlıq, kimya mәhsulları, neft vә neft mәhsulları, sәnaye yarımfabrikatları, elәcә dә qida mәhsulları vә s., әsasәn, ABŞ (42%), Çin (10%) Qvatemala (8%), Salvador (8%) vә Meksikadan (6%) idxal olunur (2019). Xarici ticarәt dövriyyәsinin kәsiri turizmdәn gәlәn gәlirlәr vә H.-ın xaricdә yaşayan vәtәndaşlarının pul köçürmәlәri vasitәsilә qismәn ödәnilir.
    Silahlı qüvvәlәr
    H.-ın silahlı qüvvәlәri (SQ) quru qoşunları (QQ; 5,5 min nәfәr), HHQ (1,8 min nәfәr) vә HDQ-dәn (1 min nәfәr), hәmçinin hәrbilәşdirilmiş bölmәlәrdәn (6 min nәfәr) ibarәtdir. Ali baş komandan ölkә prezidentidir; SQ-nin Baş komandanı vasitәsilә SQ-yә rәhbәrliyi hәyata keçirir. Qoşunlara bilavasitә QQ komandanı (o hәmçinin SQ baş qәrargahının rәisidir), HHQ vә HDQ komandanları öz qәrargahları vasitәsilә rәhbәrlik edir. Müdafiә Nazirliyi inzibati funksiyaları yerinә yetirir. SQ 12 tank, 67  döyüş-kәşfiyyat maşını, sәhra vә zenit artilleriyası, 49 döyüş tәyyarәsi, 11 patrul vә desant kateri ilә silahlanmışdır. SQ ümumi hәrbi mükәllәfiyyәt qanunu әsasında 18 yaşına çatmış şәxslәrdәn komplektlәşdirilir; hәqiqi hәrbi xidmәt müddәti 2 ildir. Zabit kadrları, bir qayda olaraq, ABŞ hәrbi-tәdris müәssisәlәrindә hazırlanır. H. әrazisindә hәrbi bazalar şәbәkәsi var. Ən mühümü Palmeroladır; ABŞ SQ-sinin istifadәsindәdir (1 mindәn çox hәrbi qulluqçu, aerodrom, yanacaq vә hәrbi sursat anbarları). Hava vәziyyәtini izlәyәn (Seroda-Mole), hava vә suüstü vәziyyәtә nәzarәt (El-Tiqre a.) edәn Amerika st.-ları da var. Sәfәrbәrlik ehtiyatı 1,6 mln. (o cümlәdәn hәrbi xidmәtә yararlı 900 min) nәfәrdir.
    Sәhiyyә
    Əhalinin hәr 100 min nәfәrinә 57 hәkim, 129 orta tibb işçisi, 21 stomatoloq, 14 әczaçı, 3 mama düşür (2000). Sәhiyyәyә qoyulan xәrc ÜDM-in 6,2 %-ni tәşkil edir (2002; büdcәdәn maliyyәlәşmә 51,2%, özәl sektordan 48,8 %). Sәhiyyә sistemindә dövlәt sektoru 60 %, sosial sığorta 12%, özәl sektor 10 %-dir (2001). Ən çox yayılmış infeksion xәstәliklәr: bakterial diareya, A hepatiti, qarın yatalağı, malyariya (2003).
    İdman
    H. Olimpiya Komitәsi 1956 ildә BOK tәrәfindәn tanınmışdır. Ölkә idmançıları 1968 ildәn Olimpiya Oyunlarında iştirak edirlәr. Ən populyar idman növü futboldur: 1951 ildә Milli Federasiya tәsis edilmişdir, hәmin ildәn FİFA-nın, 1961 ildәn isә KONKAKAF-ın (Şimali vә Mәrkәzi Amerika vә Karib hövzәsi ölkәlәri Futbol Konfederasiyası) üzvüdür: 1981 ildә H. yığması KONKAKAF çempionatının qalibi olmuşdur. Basketbol, yüngül atletika, ağır atletika, yelkәnli qayıq idmanı, triatlon vә s. populyar idman növlәridir.
    Tәhsil. Elm vә mәdәniyyәt müәssisәlәri
    Ölkәdә 7–14 yaşlı uşaqlar üçün tәhsil pulsuz vә icbaridir. Mәktәbyaşlı uşaqların 91%-i ibtidai tәhsillә, tәqr. 67%-i orta tәhsillә әhatә olunmuşdur. 15 yaşdan yuxarı әhalinin savadlılıq dәrәcәsi 80%-dir (2004). Ali tәhsil sisteminә H.-ın Milli muxtar un-ti (1847; Tequsiqalpada) vә bir sıra qeyri-dövlәt ali tәhsil müәssisәlәri daxildir. Elmi müәssisәlәr Tequsiqalpada yerlәşir: Milli Coğrafiya İn-tu (1945), Honduras Akademiyası (1949), Milli Antropologiya vә Tarix İn-tu (1952), H.-ın Coğrafiya vә Tarixi Akademiyası (1968),
    Qәhvә İn-tu, Milli K.T. İn-tu vә s. Milli kitabxana (1880). Ən iri muzeylәr: Resp.-nın Milli Tarixi, Milli muzey, Milli rәssamlıq qalereyası – hәr üçü Tequsiqalpadadır, Mayya arxeologiyası regional muzeyi (1939; Kopanda), Milli müstәmlәkә tarixi (1959; Puerto-de-Omoada), Antropologiya (San-Pedro-Sulada) vә s.
     
    Honduras. La-Seyba şәhәrindәn görünüş.
    Kütlәvi informasiya vasitәlәri
    Gündәlik 6 qeyri-dövlәt qәzeti buraxılır (2005): Tequsiqalpada “El Periódico” (tәqr. 30 min nüsxә), “La Tribuna” (25 min nüsxә), “El Heraldo” (45 min nüsxә); San-Pedro-Sulada “La Prensa” (tәqr. 50 min nüsxә), “El Tiempo” (tәqr. 30 min nüsxә; 1911 ildә tәsis olunmuşdur; liberal müxalifәtin mәtbu orqanıdır), “El Nuevo Dia” (tәqr. 20 min nüsxә; 1948 ildә tәsis olunmuşdur). Hәftәlik çıxan qәzetlәr: “Tiempos del Mundo”, “Honduras this week” (tәqr. 15 min nüsxә; ingilis dilindә). 100-dәn çox ümummilli vә yerli radiostansiya (әksәriyyәti özәldir) fәaliyyәt göstәrir. Əsas informasiya stansiyaları – “Radio Honduras” (dövlәt), “Radioamerica” (özәl). Verilişlәr ispan dilindә yayımlanır. Doqquz televiziya kanalı (hamısı özәl) vә ABŞ televiziya proqramlarını ispan dilindә subtitrlәrlә translyasiya edәn çoxlu sayda kabel kanalı var.
    Ədәbiyyat
    H. әdәbiyyatı ölkә 1821 ildә müstәqillik әldә etdikdәn sonra ispan dilindә inkişaf etmәyә başlamışdır. İlk әsәrlәr ispan nümunәlәrini tәqlid edirdi. 19 әsr әdәbiyyatı, әsasәn, poeziya ilә tәmsil olunur: X.T.Reyes, T.Agilus, X.Sisneros vә X.A.Domingesin yaradıcılığı neoklassisizm әnәnәlәrinә әsaslanırdı; M.Molina Vixilin şeirlәrindә romantizm әlamәtlәri özünü göstәrirdi. 19 әsrin sonlarında nәsr tәşәkkül tapmış, K.Qutyerresin “Anhelina” (1898) әsәri kostumbrizm istiqamәtindә yazılmış ilk roman olmuşdur.
     
    Honduras. Tequsiqalpa şәhәrindәn görünüş.
    20 әsrin ilk on illiklәrindә X.R.Molina (“Torpaq, dәniz, sәma” mәcmuәsi, 1911), X.X.Reyna vә A.Koelyonun şeirlәrindә, hәmçinin F.Tursiosun yaradıcılığında modernizm әksini tapmışdır. Romantizmin modernistcәsinә yenidәn mәnalandırılması 20 әsrin 1-ci yarısına aid nәsr әsәrlәrinin mәrkәzindә dayanır: X.F.Duron, A.Dias Losano, A.Mexiya Nyeto [“Yerli hekayәlәr” (1929), “Köhnә çәkmәlәr” (1930) topluları; “Özündәn qaçan” (1934) romanı vә s.]. Milli xüsusiyyәtlәr vә sosial mövzular A.Gilyen Selay, V.Aleman, X.Karkamo, K.Barrera, hәmçinin H. әdәbiyyatını xaricdә tanıtdıran R.E.Valyenin yaradıcılığı üçün sәciyyәvidir. K.Suaresin poeziyası parlaq bәdiiliyi vә ekspressiyası ilә seçilir: “Yanar ürәk” (1930), “Ümidsizlikdәn ümidә” (1944) topluları vә s. K.İsagirrenin fәlsәfi sonetlәri vә kapitalizm әleyhinә nәsr әsәrlәri şöhrәt qazanmışdır. 1950–60-cı il lәr H. әdәbiyyatında sosialist ideyalarının әn ardıcıl tәrәfdarı R.Amaya Amador [“Yaşıl zindan” (1950), “Qırmızı dәstә” (1962) romanları] olmuşdur. X.L.Borxesin vә magik realizmin tәsiri V.K.Lara, E.P.Kadalso, A.Kalso vә xüsusilә S.X.Fiallosun yaradıcılığında әksini tapır; X.Eskoto, M.K.Zapata, R.Kastilyo, E.Boryas, X.P.Baraxon, hәmçinin O.Akosta H. әdәbiyyatını digәr ölkә әdәbiyyatlarının nailiyyәtlәri ilә zәnginlәşdirmәyә çalışır; K.M.Arita, R.Elvir 20 әsrin sonlarının şairlәridir.
    Tәsviri sәnәt vә memarlıq
    3–9 әsrlәrdә H. әrazisindә mayyaların iri mәdәniyyәt mәrkәzi Kopan ş. olmuşdur. Müstәmlәkәlәşdirmә gedişindә hindi mәdәniyyәti xeyli dәrәcәdә ispanlaşdırılsa da, bir sıra hindi tayfaları әnәnәvi sәnәtlәrini (ağac maskalar, naxışlı qablar) qoruyub saxlamışdılar. Müstәmlәkә dövründә şәhәrlәr müntәzәm plan әsasında inkişaf edirdi (mәrkәzi meydan, çiy kәrpicdәn tikilmiş birmәrtәbәli evlәr). İspan vә yerli xüsusiyyәtlәri özündә birlәşdirәn, çox vaxt oyma naxış vә heykәllәrlә bәzәdilәn, geniş fasadları, naxışlı taxta tavanları olan kilsә binaları әn çox diqqәti cәlb edir. Komayaquadakı baş kilsә (1678–1825) barokko dövrünün әn yaxşı nümunәlәrindәndir. Ciddi formaları vә parlaq dekor San-Migel (1675–1765), Los Dolores (1732–1815; hәr ikisi Tequsiqalpadadır) kilsәlәri üçün dә sәciyyәvidir. 19 әsr H. memarlığına neoklassisizm (Danlidә kilsә, 19 әsrin әvvәli), bozar üslubu (Tequsiqalpada Mәrkәzi rayon sarayı, 19 әsrin sonu) vә eklektizm tәsir göstәrmişdir. Formaca ispan qәsrlәrinә bәnzәyәn Prezident sarayı (1919) vә klassik portikli Milli teatr (1915, hәr ikisi Tequsiqalpadadır) 20 әsrin diqqәtçәkәn ictimai binalarındandır. 1910–20-ci illәrdә ar nuvo, sonralar ar deko vә beynәlmilәl üslub inkişafda idi. 20 әsrin 2-ci yarısında F.Martines, L.Qarsiya vә F.Rodrigesin Avropa memarlığının yeni üslubi cәrәyanlarına, o cümlәdәn postmodernizmә isnad edәn layihәlәri әsasında binalar inşa edilirdi.
    Ölkәnin müstәmlәkә dövrü tәsviri sәnәtindә dini mövzu üstünlük tәşkil edirdi. Qvatemala heykәltәraşlarından V. Xavyer, V. de la Para; rәssamlardan B. de Messa, A. de Alvares, X.M. Qomes 17–18 әsrlәrdә H.-da çalışmışlar. 19 әsrin әvvәllәrindә boyakarlıq vә heykәltәraşlığa fransız incәsәnәti tәsir göstәrirdi. 19 әsrin sonu – 20 әsrdә milli rәssamlıq mәktәbi inkişaf edirdi (P.Selaya Syerra vә K.Sunyiqa Figeroa, A.Lopes Rodesno); 20 әsrin sonu – 21 әsrdә M.Kastilyo, R.M.Sançes, T.Fortin fәaliyyәt göstәrirlәr.
     
    Honduras. Komayaqua baş kilsәsi.
    Musiqi
    Mayya vә tolupan xalqlarının musiqi әnәnәlәri 13–15 әsrlәr Mezoamerika dövlәtlәrinin mәdәniyyәtlәrindәn qaynaqlanır. Honduraslıların folklorunun, әsas qatı ladino musiqi vә rәqslәrindәn ibarәtdir. 17–18 әsrlәrdәn ispan klassik musiqisi yayılmışdır. Messalar müәllifi X.T.Reyes 1834 ildә ilk musiqi mәktәbini yaratmışdır. 19 әsrdә hәrbi vә şәhәr nәfәs alәtlәri ork.lәri dövlәt himayәsinә keçdi, 1876 ildә H.Dövlәt nәfәs alәtlәri ork.-inin ilk konserti olmuşdur. 1887 ildә alman dirijoru Q.Ştammın rәhbәrliyi ilә yaradılmış Ali nәfәs alәtlәri ork.-i, sonralar bütün Mәrkәzi Amerikada mәşhurlaşmışdı; M. Adadid-i- Qameronun, X. Kanonun rәhbәrliyi ilә ork. müntәzәm olaraq milli müәlliflәrin әsәrlәrini ifa etmişdir. 20 әsrin görkәmli bәstәkarları: İ.V.Qaleano (dini musiqi vә nәfәs alәtlәri üçün әsәrlәrin müәllifi), R.K.Ramos (uşaqlar üçün vә vәtәnpәrvәrlik әsәrlәrinin müәllifi), F.R.D. Zelayya (Ada did-i-Qameronun şagirdi, H.-ın simfoniya yazan ilk bәstәkarı), R.D.Aqursiya (violin ilә ork. üçün konsertin müәllifi). 20 әsrin sonu – 21 әsrin әvvәllәrinin musiqiçilәri sırasında pianoçu, bәstәkar vә pedaqoqlardan N.Erazo (H.-ın uşaq musiqisi bәstәkarlarının kataloqunun müәllifi) vә S.S. Lanqa fәaliyyәt göstәrir. 20 әsrin 2-ci yarısında R.Vaqner ad. simfonik ork.-i, C.Verdi ad. simfonik ork.-i, Milli Musiqi Mәktәbinin polifonik xoru, H.-ın Tequsi qalpada Milli muxtar un-tinin vә San-Pedro-Suladakı musiqi kollektivlәri ölkәnin musiqi hәyatında mühüm rol oynamışlar. H.-da milli musiqi әnәnәlәrinә dövlәt qayğısı göstәrilir. Ölkә xalqlarının әnәnәvi musiqisinin öyrәnilmәsi ilә Mәdәniyyәt üzrә Baş müdiriyyәt vә Milli Antropologiya vә Tarix İn-tunun Elmi araşdırmalar dep-ti mәşğul olur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 