Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HONDURASLILAR 
    HONDURASLILAR (özlәrini hondurenos adlandırırlar) – xalq, Hondurasın әsas әhalisi. Sayları tәqr. 8 mln. nәfәrdir (2017). İspan dilinin yerli variantında danışırlar. Dindarların çoxu xristiandır.
    Müstәmlәkәyәqәdәrki dövrdә Hondurasın yerli әhalisi q.-dә әkinçilklә (Mayya sivilizasiyası mәrkәzlәrindәn biri olan Kopanın yaradıcıları çortilәr, lenkalar), ş.-dә ovçuluq, yığıcılıq vә ibtidai әkinçilklә (mis kitolar, çibçalar) mәşğul idi. Hindilәr ispan işğalçılarına şiddәtli müqavimәt göstәrdilәr (1536–37 illәrdә ispanlara qarşı döyüşәn hindi başçısı Lempira Hondurasın milli qәhrәmanı oldu). Müstәmlәkәlәşdirmә nәticәsindә hindi әhalisi q.-dә qullara çevrildi vә ya maldar-latifundistlәrdәn asılı vәziyyәtә düşdü, onların sayları bir neçә dәfә azaldı. Hindilәr ilә ladino metislәri arasında gәrginlik müstәqillik әldә olunandan sonra da qalmaqda idi. Əlçatmaz ş. rayonlarında tәcrid olunmuş halda yaşayan hindilәr müstәqilliklәrini vә әnәnәvi hәyat tәrzini 19 әsrin sonunadәk saxladılar (vәhşi, yaxud meşә hindilәri). Olanço dep-tindә ki Katakamas ş. vә onun dairәsindә mütlәq çoxluq tәşkil edәn hindilәr alkaldlara kimi bütün inzibati vәzifәlәri tuturdular. Olançanolar, demәk olar ki, hökumәtdәn asılı deyildilәr. 1893 ildә hindilәr Hondurasın digәr vәtәndaşları ilә bәrabәr hüquqlara malik oldular vә bir sıra imtiyazlar (hәrbi xidmәtdәn, vergilәrdәn azad edilmә vә s.) qazandılar. Sayları 425 min nәfәrdir. Hindilәrin әnәnәlәri mәtbәxdә (qarğıdalı unu masadan bayram xörәklәri, kokos südündәn istifadә), kәnd evlәrindә (gillә suvanmış hörmә divarlı evlәr) vә s.-dә saxlanılır. Hondurasın az sayda olan sadә mәnşәli ispan әhalisinin (kreollar) hindilәrlә metislәşmәsi sürәtlә gedirdi. İspan-hindi metislәri (ladinolar) ölkәnin әsas әhalisini tәşkil edirdi (5,9 mln. nәfәr). Onlar, әsasәn, kәndlilәr vә mәdәn fәhlәlәri idi, inzibati aparatda vә orduda aşağı vәzifәlәri tuturdular.
    Zәnci kölәliyi Hondurasda әhәmiyyәtlirol oynamırdı. İspanların gәtirdiklәri (әsasәn Qәrbi Afrikadan) zәncilәrin çoxu tezliklә azadlıq әldә edirdi (1623 vә 1625 illәrdә Karib dәnizi sahillәrini dәniz quldurlarından müdafiә edәn azad zәncilәrdәn ibarәt hәrbi dәstәlәr formalaşdırılmışdı). Quldarlığın lәğvindәn (1824) sonra gümüş mәdәnlәrindә işlәyәn zәncilәr şәhәrlәrә gedәrәk sәnәtkarlara vә alverçilәrә çevrildi; onların arasında Milli konqresin üzvlәri var idi. İrqi ayrı-seçkilik olmasa da, hәr hansı uzaq ispan әcdadının olması üstünlük sayılırdı: bu zaman mulat özünü ağdәrili adlandırırdı. Hazırda zәncilәr (morenolar), әsasәn, şm.-da (Kolon, Atlantida vә Yoro dep-tlәri) yaşayır, ladino metislәri tәrәfindәn assimilyasiyaya uğrayırlar. Morenoların sayları 144 min nәfәrdir.
    Qaradәrili әhalinin digәr qruplarını şm. sahilboyunda yaşayan qarifonalar (122 min nәfәr) vә 19 әsrin sonlarından plantasiyalarda işlәmәk üçün amerikalıların gәtirdiklәri (әsasәn, Yamayka vә Kayman a-rın dan) Vest-hind zәncilәri tәşkil edir. Sayları tәqr. 80 min nәfәrdir. İngilis vә Yamay kakreol dilindә danışırlar, әsasәn, balıqçılıq vә dәniz ovu ilә mәşğul olurlar.
    19–20 әsrlәrdә Hondurasa İspaniyadan (әsasәn, Kataloniyadan), ABŞ-dan, Britaniya a-rından vә Kubadan azsayda mühacirәt davam edirdi. Hazırda Hondurasın ağ dәrili әhalisinin sayı 144 min nәfәrdir, onlar, әsasәn, Fransisko–Morasan dep-tindә vә Karib dәnizi sahilboyunda yaşayırlar. Sahilboyunda amerikalıların kiçik qrupları (10 min nәfәr) vә Britaniyadan gәlmәlәr (7 min nәfәr) mәskunlaşmışlar. Utila vә Quanaxa adalarında ingilislәrin nәsillәri (11 min nәfәr) әnәnәvi ingilis mәdәniyyәtini vә protestantizmi qoruyub saxlayır, ingilis dilinin yerli variantında danışırlar. 1910 il dәn ölkәyә Suriya, Livan vә Fәlәstindәn xristian әrәblәr mühacirәt etmişlәr. Hazırda әrәblәrin sayı 100 mindәn çoxdur, әsasәn, şәhәrlәrdә yaşayır, ticarәtlә mәşğul olurlar. 20 әsrin sonlarında ölkәyә Nikaraquadan 200 mindәn çox mühacir gәlmişdir.
    Honduraslılar. Qarifona festivalında tәbilçilәr. Roatan adası.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 