Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÓNEKKER 
    HÓNEKKER Erix (25.8.1912, Almaniya, Saar, Noynkirxen – 29.5.1994, Çili, Santyaqo) – Almaniya dövlәt vә siyasi xadimi. Sovet İttifaql qәhrәmanı (1982). Şaxtaçı ailәsindәndir. 1922–26 illәrdә ”Spartak ittifaqı” kommunist tәşkilatının, 1926 ildәn Almaniya Kommunist Gәnclәr İttifaqının (AKGİ), 1930 ildә Almaniya Kommunist Partiyasının (AKP), hәmçinin digәr solkom munist tәşkilatlarının üzvü olmuşdur. 1930–31 illәrdә Moskvada Beynәlxalq Lenin mәktәbindә oxumuşdur, AKGİ-nin funksioneri, 1933 ildәn gizli fәaliyyәt göstәrәn AKGİ MK-nın üzvü idi. 1934 ildә qısa müddәtә hәbs olunmuş, Niderlanda mühacirәt etmiş, Saara dönmüş, Saarın Almaniyaya birlәşdirilmәsinә qarşı aparılan mübarizәyә qoşulmuşdur. 1935 ildә Fransaya mühacirәt etmiş, sonra Almaniyada gizli fәaliyyәt göstәrmiş, gestapo tәrәfindәn hәbs olunmuş, 1937 ildә dövlәt çevrilişinin hazırlanmasında ittiham olunaraq 10 il müddәtinә azadlıqdan mәhrum edilmişdir. 1945 ilin aprelindә sovet ordusu tәrәfindәn azad olunmuşdur. Almaniya Vahid Sosialist Partiyası (AVSP) yaradıldıqdan sonra 1946 ildә onun rәhbәrliyindә vәzifә almuşdur. 1949 ildәn AVSP MK-nın üzvü, 1950–58 illәrdә AVSPMK Siyasi Bürosu üzvlüyünә namizәd, 1958 ildәn AVSP Siyasi Bürosunun tәhlükәsizlik, kadrlar vә s. mәsәlәlәrә nәzarәt edәn üzvü, 1960–71 illәrdә Milli Müdafiә Şurasının katibi olmuş, 1961 ildә Berlin divarının inşası üzrә hazırlıq işlәrinә rәhbәrlik etmişdir. AVSP MK-nın birinci katibi (1976 ildәn baş katibi) vә Milli Müdafiә Şurasının sәdri, 1976 ildәn Almaniya Demokratik Respublikası (ADR) Dövlәt Şurasının sәdri olmuşdur. 1987 ildә SSRİdә yenidәnqurma siyasәtini dәstәklәmәmiş, Berlin divarının saxlanmasını tәkid etmişdir. 1989 il oktyabrın 18-dә bütün vәzifәlәrindәn kәnarlaşdırılmış, dekabrda AVSP-dәn xaric olunmuşdur. 1990 ilin yanvarında hәbs edilmiş, lakin tibbi göstәricilәrә görә tezliklә azadlığa buraxılmışdır. Noyabr ayında ADR sәrhәdindә adamların hәlak olmasında ittiham edilәrәk hәbsi barәdә order verilmişdir. 1991 ilin martında H. SSRİ-yә qaçmış, noyabrda Rusiya hakimiyyәt orqanlarının onun ekstradisiyasına dair qәrarı ilә әlaqәdar Çilinin Rusiyadakı sәfirliyinә siyasi sığınacaq üçün müraciәt etmişdir. Çili hökumәtinin rәdd cavabından sonra Almaniyaya sürgün edilmiş, hәbs olunmuş vә Moabit hәbsxanası hospitalına yerlәşdirilmişdi. 1992 ilin mayında  H.-ә qarşı 1961–89 illәrdә sәrhәddә 68 nәfәrin bilәrәkdәn öldürülmәsindә ittiham irәli sürülmüşdür. 1992 ilin dekabrında H. mәhkәmәdәki çıxışında bu ölümlәrә görә yalnız siyasi mәsuliyyәt daşıdığını etiraf etmişdir. 1993 ilin yanvarında ağır xәstә olan H.-ә qarşı mәhkәmә prosesi dayandırılmışdır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 