HÓNEN (Honembo Genku) (1133, indiki Okayama prefekturasının Mimasaka әyalәti– 1212, Kioto) – yapon buddist rahibi, Dzyodosyu mәktәbinin (“Tәmiz torpaq” mәktәbi) banisi. Hiey dağında Enryakudzi monastırında oxumuşdur. O, Sanron-syu, Hossosyu vә Keqon-syu mәktәblәrinin tәlimlәri ilә tanışlıqdan sonra başa düşmüşdü ki, öz gücünlә aydınlıq әldә etmәk qeyri-mümkündür, yalnız budda Amidanın şәfqәt vә mәrhәmәtinә güvәnmәlisәn. Nem butsu – budda Amidanın adının zikr edilmәsi praktikası odzyoya – budda Amidanın “tәmiz torpağı”nda yenidәn doğulmaya çatmağın yeganә yoludur. 1175 ildә öz vәzlәrinә başlamış vә Kiotoda Dzyodosyu mәktәbinin әsasını qoymuşdur. H.-in “Sentyaku-syu” traktatı yapon amidaizminin kanonik әsәridir.










