HONKÓNQ UNİVERSİTETİ – Asiyada әn nüfuzlu un-tlәrdәn biri. Əsası Federik Luqard tәrәfindәn qoyulmuş un-t 1911 ildә açılmışdır. Un-tin özәyini 1887 ildәn fәaliyyәt göstәrәn Tibb kolleci tәşkil etmişdir.
H.u.-ndә 10 fakültә: memarlıq, incәsәnәt, pedaqogika, tәbiyyat elmlәri, biznes vә iqtisadiyyat, mühәndislik, humanitar elmlәr, hüquq, tibb, stomatologiya; 100-dәn artıq ixtisaslaşdırılmış tәdris vә tәdqiqat intu vә s. fәaliyyәt göstәrir. Kitabxana sisteminә 7 kitabxana daxildir. Un-tin kompüter mәrkәzi, Fung Ping Şan muzeyi (1932 ildә kitabxana kimi yaradılmışdır; keramika vә tuncdan qәdim әşyalar, rәsm әsәrlәri, Neolit dövrünә, Sin sülalәsi dövrünә aid nümunәlәr), 20 yataqxanası var. Un-tdә 14 mindәn çox tәlәbә tәhsil alır (2019–2020).

Honkong Universitetinin әsas binası.










