HONLAMA DƏZGAHI (ing. honinq, hone – bülövlәmәk; hәrfi mәnası – itilәmәk), b ü l ö v l ә m ә d ә z g a h ı – pәstah sәthinin tamamlama emalı üçün metalkәsmә dәzgahı. H.d.-nın şpindelinә kәsici alәt – bülöv başlığı (hon) bәrkidilir. Bülöv başlığı fırlanma hәrәkәti ilә yanaşı öz oxu boyunca irәli-geri hәrәkәt edir. Emal olunan pәstah tәrpәnmәz qalır. Ümumi tәyinatlı vә ixtisaslaşdırılmış, bir vә çoxşpindelli (şpindellәri şaquli, üfüqi vә maili yerlәşdirilmiş) H.d. vardır.










