Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HONOLÚLU 
    HONOLÚLU – ABŞ-da şәhәr. Havay ştatının inz. m. Əh. 343,3 min (2020). Oahu a.-nın (Havay a-rı) c.-ş. sahilindә yerlәşir. Sakit okeanın mәrkәzi hissәsindә mühüm dәniz vә hava yolları qovşağı. Dәniz portu. Beynәlxalq aeroport.
    1794 ildә H. buxtasına gәlәn ilk avropalı ingilis kapitanı U. Braun olmuşdur; o, burada polineziyalıların mәskәnlәrini aşkarlamışdır. 19 әsrin әvvәllәrindә H. portu Şimali Amerikadan Asiyaya gedәn dәniz ticarәt yolunun üzәrindә mühüm tranzit mәrkәzi, hәmçinin balina ovu bazası olmuşdur. 1845 ildә Havay adaları kralı III Kamehameha öz paytaxtını Maui a.-ndan H.-ya köçürmüşdü. 1898 ildәn H. ABŞ tәrkibindә Havay әrazisinin inzibati mәrkәzi olmuşdur. 20 әsrin әvvәllәrindә Pörl-Harbor (H.-dan q.-dә) buxtasında ABŞ-ın hәrbi-dәniz bazası yaradılmışdır.
    H.-da göydәlәnlәr çoxdur (o cümlәdәn First Hawaian Center, 134 m.; 1996). Şәhәrin görmәli yerlәri arasında “İolani” Havay kralları sarayı (1882), Havay un-ti (1907; un-t statusu 1920 ildәn), Şaminad un-ti (1955), Havay Sakit okean un-ti (1965), Tәsviri sәnәt akademiyası (1927); Bi şop muzeyi (1889), Havay opera teatrı (1980), “Diamond Head” teatrı, H. simfonik orkestri (1900), Polineziya mәdәniyyәt mәrkәzi (1963); Zoopark (1896), Vaykikidә akvarium (1904) vә s. var.
    H. beynәlxalq turizm mәrkәzidir. Turizm şәhәr iqtisadiyyatına ildә tәqr. 10 mlrd. dollar gәlir gәtirir. H. hәm dә işgüzar, ticarәt vә Şәrq ilә Qәrbi birlәşdirәn nәql. mәrkәzidir. Şәhәr iqtisadiyyatında Pyorl-Harbor hәrbi-dәniz bazası, hәmçinin müxtәlif tәdqiqat vә istehsal mәrkәzlәri (әsasәn, informasiya texnologiyaları, müasir materialların yaradılması, tibb vә biotexnologiyalar sferalarında) mühüm rol oynayır. H.-da yerlәşәn әsas şirkәtlәr: “Alexander & Baldwin”, “Bank of Hawaii”, “Central Pacific Bank”, “First Hawaiian Bank”, “Hawaii Medical Service Association”, “Hawaii Pacific Health”, “Hawaiian Electric Industries”, “Matson Navigation Company”, “The Queen’s Health Systems”.
    “Go! Mokulele”, “Hawaiian Airlines”, “Island Air” vә “Aloha Air Cargo” şirkәtlәrinin mәnzil-qәrargәhları H.-da yerlәşir. Daşınmaz әmlak bazarının dәyәrinә görә ABŞ-ın 210 aqlomerasiyası arasında H. ikinci yeri tutur.
    Havay adaları әrazisindә әn iri vә birinci bank “First Hawaiian Bank”dır. Bankın baş ofisi “First Hawaiian Center”dә (ştatın әn hündür göydәlәni) yerlәşmişdir.
    Honolulu şәhәrindәn görünüş.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 