HOPF Eberhard (17.4.1902, Zaltsburq – 24.7.1983, ABŞ, İndiana ştatı, Bluminqton) – alman riyaziyyatçısı. Əsas elmi işlәri dinamik sistemlәr nәzәriyyәsinә vә xüsusi törәmәli diferensial tәnliklәrә aiddir. Dinamik sistemlәrin spektral nәzәriyyәsinә hәsr olunmuş “Erqodik nәzәriyyә” monoqrafiyasının müәllifidir. Astrofizika sahәsindә dә işlәri var.










