HOPİLƏR (özlәrini Hopituh Shi-nu-mu –xeyirxah, dinc, müdrik adlandırırlar) – ABŞ-ın Cәnub-Qәrbindә qәrbi pueblo qrupundan hindi xalqı. Sayları 18,3 min nәfәrdir (2010). Əsasәn, Arizona ştatının şm.-ş.-indәki rezervasiyalarda yaşayırlar. H. arasında albinosların әn yüksәk faizi müşahidә olunur (200 nәfәrә 1 albinos düşür). Əsasәn, ingilis dilindә, üçdә biri isә Yuta-astek dil ailәsinә aid ana dilindә danışır. Dindarların çoxu әnәnәvi kultlarını saxlamışlar, xristianlar da var.
H.-in әcdadlarını Anasazi mәdәniyәti arealının q.-indәki puebloların (mәskәnlәrin) sakinlәri ilә eynilәşdirirlәr. 13 әsrin ortalarında navaxolar, apaçilәr vә yutaların gәlişindәn sonra әkinçilәr müdafiәsi asan olan yüksәkliklәrdә (mesa) yerlәşәn böyük pueblolarda cәmlәşirdilәr. Əsas mәşğuliyyәtlәri suvarma terraslı әkin çilik (qarğıdalı, paxlalılar, balqabaq, pambıq vә s. idi; qaramal vә davar, at bәslәyirdilәr. Mövsümi ovçuluq da mövcud idi. Keramikanın, ev vә mәbәd (kiva) divarlarının naxışlanması inkişaf etmişdi, kişilәr toxuculuqla mәşğul olurdular. 1890 ildәn navaxolardan gümüşün emalını mәnimsәmişdilәr. Ekzoqam fratriyalarda birlәşәn, qohumluğu ana xәtti üzrә hesablanan totem qәbilәlәr mövcuddur. Fratriyalar daxilindә aparıcı qәbilә seçilir. Hәr qәbilәnin kaçina kultu ilә bağlı olan xüsusi ayinlәri var. Nikah monoqamdır, keçmişdә matrilokal idi. Krou tipli qohumluq sistemi mövcuddur. Mәskәn irsi başçı, yaxud baş mәbәd kahini tәrәfindәn idarә olunur.
H.-in ispanlarla ilk әlaqәlәri 1540 ildәn başladı. İlk xristian missiyası 1629 ildә fransiskçilәr tәrәfindәn Avatovi pueblosunda yaradıldı. Pueblodakı üsyan (1680–92) missionerlәrin öldürülmәsi vә ispanların qovulması ilә nәticәlәndi. Ağların gәlişi H. arasında çiçәk epidemiyasının yayılmasına (1843–54) sәbәb oldu. 1864 ildә ABŞ-da H. üçün hindi agenti tәyin edildi, 1870 ildә Oraibi pueblosunda agentlik yaradıldı. 1870 ildәn sonra H. arasında Moraviya qardaşlarının vә mormonların missionerlәri fәaliyyәt göstәrirdilәr. Əsası mormonlar tәrәfindәn qoyulan Tuba-Sitinin (H.-in başçısı Tuuvinin şәrәfi nә adlandırılmışdı) tikintisi vә d.y.-nun çәkilmәsi ağ gәlmәlәrin sayının kәskin surәtdә artırdı. 1882 ildә H.-in rezervasiyası yaradıldı. H. müqavimәt göstәrdiklәri üçün onların torpaqları allodlara çevrilmәdi. 1936 ildә H.-in konstitutsiyası qәbul edildi. 1960-cı – 70-ci illәrdә H.-in liderlәri torpaq üzәrindә hüquqlarını vә mәdәni muxtariyyәtlәrini qoruyub saxlaya bildilәr.

Hopi qadını әnәnәvi geyimdә.
19 әsrin sonu –20 әsrin әvvәllәri.
19 әsrin sonu –20 әsrin әvvәllәri.

Hopilәrә aid keramik qab. Dulusçu vә
rәssam Nampeyo. 1905. Kroker
incәsәnәt muzeyi. Sakramento (ABŞ).










