HÓPKİNS Frederik Qoulend (20.6.1861, İstborn – 16.5.1947, Kembric) – ingilis biokim yaçısı. Nobel mükafatı laureatı (1929; X.Eykmanla birlikdә). London Kral Cәmiyyәtinin üzvü (1905 ildәn; 1930–35 illәrdә prezidenti), SSRİ EA- nın әcnәbi fәxri üzvü. London Un-tini bitirmiş (fәlsәfә doktoru, 1894) vә 1898 ilә qәdәr orada işlәmiş, sonra Kembric Un-tinә keçmişdir (1914 ildәn biokimya üzrә prof.). Əsas әsәrlәri orqanizmin azot mübadilәsi haqqındadır. Trip tofan (1901) vә qlutationu (1921) kәşf etmişdir. 1906 ildә әvәzolunmaz qida amillәri (әvәzolunmaz aminturşular) haqqında fikir formullaşdırmışdır. İşlәyәn әzәlәdә birinci olaraq südtur şusunun toplanmasını müәyyәn etmişdir. Vitaminologiyanın banilәrindәn biridir. Südün tәrkibindә boyu stimullaşdıran vitaminlәri (A vә D) kәşf etmişdir.











