HOPPE-ZÉYLER (Hoppe-Seyler) Feliks (26.12.1825, Hamburq yaxınlığında Frayburq – 11.8. 1895, Bodensk gölü yanında Vasserburq malikanәsi) – alman hәkimi, fizioloji kimyanın banilәrindәn biri. Tibb tәhsilini Halle, Leypsiq, Praqa, Vyana vә Berlin untilәrindә almışdır (1850). 1856–61 illәrdә R.Virxovun yanında assistent vә Berlindә Patologiya İn-tunda kimya laboratoriyasının rәhbәri olmuşdur. 1861 ildәn Tübingendә tәtbiqi kimya üzrә prof., Strasburqda fizioloji kimya üzrә prof. olmuşdur. Elmi әsәrlәri, әsasәn, qanın, ödün, sümüyün biokimyәvi tәdqiqinә, qan zülallarının, hemoqlobinin öyrәnilmәsinә hәsr edilmişdir. sübut etmişdir ki, oksidlәşmә proseslәri qanda deyil, orqanizmin әsas toxumalarında baş verir. H.-S. biokimyәvi vә patokimyәvi analiz (1856; 7-ci nәşri 1903), fizioloji kimya (1877–81) vә s. üzrә fundamental dәrsliklәrin müәllifidir. Onun adını daşıyan “Zeitchritfür physiologische Chemic” jurnalının (1877) әsasını qoymuşdur.










