HORADİZ – Azәrb. Resp. Füzuli r-nunda şәhәr (2007 ilәdәk ştq). Horadiz ә.d.-nin mәrkәzi. Əh. 10 min (2019). R-n mәrkәzindәn 30 km c.-ş.-dә, Araz çayının sol sahilindә, düzәnlikdәdir. D.y. st.
Yaşayış mәntәqәsi 19 әsrin sonundan Şuşa qәzasının, sonralar Yelizavetpol qub.-nın Cәbrayıl qәzasının tәrkibindә idi. 1993 ildә Füzuli r-nu ilә birlikdә Ermәnistan silahlı qüvvәlәri tәrәfindәn işğal edilmişdi. 1994 il yanvarın 5-dә Azәrb. ordusunun Horadiz әmәliyyatı nәticәsindә işğaldan azad olunmuşdur. 2007 ildә şәhәr statusunu almışdır. H.-dә memarlıq abidәlәrindәn İmamzadә türbәsi (19 әsr), 2 mәscid (1889; 20 әsr); 19 әsrә aid 2 bulaq var.
Şәhәrdә 2 mәktәbәqәdәr tәhsil müәssisәsi, 3 tam orta mәktәb, uşaq musiqi mәktәbi, 2 kitabxana, tarix-diyarşünaslıq muzeyi, rәsm qalereyası, Heydәr Əliyev Mәrkәzi, Muğam mәrkәzi, Gәnclәr evi, dram teatrı, klub, Olimpiya idman kompleksi, 2 park var.

Horadiz ş. Mәdәniyyәt sarayı.

Horadiz ş. Muğam mәrkәzi.










