HORMİK PSİXOLOGİYA (yun. horme– hәyәcan, hәvәs, canatma) – Qәrb psixologiyasında cәrәyan. Əsasını psixika vә davranışın xüsusi qeyri-maddi güc (instinkt şәklindә meydana çıxan horme) ilә şәrtlәndiyini irәli sürәn ingilis-amerikan psixoloqu U.Mak-Dau qoll (1871–1938) qoymuşdur. H.p. hәm mürәkkәb, hәm dә primitiv davranış formalarına mәqsәdli davranış vә mәqsәdә uyğunluq anlayışını tәtbiq edir vә әn aşağı sәviyyәli varlıqlarda belә ruhi hәyatın elementar formalarının mövcudluğu haqqında nәticәyә gәlir. H.p. psixi tәzahürlәri bioloji baxımdan şәrh edәn, psixi hadisәlәrin sәbәblәndirilmәsindә instinkt vә meyillәrin rolunu şişirdәn, şüurun önәmini azaldan müasir psixologiya cәrәyanlarına yaxındır.










