Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HORMONLAR 
    HORMONLAR (yun. ορμάω – hәrәkәtә gәtirmәk, hәyәcanlandırmaq sözündәn), h e y v a n l a r d a – ixtisaslaşmış orqanların (daxili sekresiya vәzilәri), ixtisaslaşmış hüceyrәlәr yığımının, yaxud ayrı-ayrı hüceyrәlәrin ifraz etdiyi biol. aktiv maddәlәr qrupu; hüceyrәlәrin metobolik fәallığının tәnzimlәnmәsindә vә müxtәlif orqan vә toxumaların funksiyalarının әlaqәlәndirilmәsindә iştirak edir. Bir çox H., o cümlәdәn vәzilәrin ifraz etdiyi H. qana daxil olur vә onların sintez olunduğu yerdәn xeyli aralı yerlәşәn digәr orqan vә toxumalara tәsir edir . Bәzi H. yerli vә yaxında yerlәşәn hüceyrәlәrin (parakrin effekt), hәmçinin özlәrinin әmәlә gәldiyi (autokrin effekt) hüceyrәlәrin vәziyyәtinә tәsir göstәrә bilir. Bu halda onlar çox vaxt h o r m o n o i d l ә r , toxuma H.-ı, yaxud  p a r a h o r m o n l a r adlandırılır. Bunlara mәs., histamin serotonin, bradikinin, prostaqlan dinlәr vә bir çox digәr H. aiddir. Sinir toxuması hüceyrәlәrinin hasil etdiyi fizioloji aktiv maddәlәr neyrohormonlar adlanır. Bir çox halda eyni maddәlәr hәm H., hәm dә mediatorlar (mәs., dofamin, serotonin vә bәzi peptid H.-ı) funksiyasını yerinә yetirir.
    H. yüksәk biol. aktivliyi (çox aşağı konsentrasiyalarda 10–6–10–12 mol/dm3 tәsir göstәrir) vә spesifikliyi (hәtta kimyәvi strukturuna görә çox yaxın olan H. çox vaxt müxtәlif biol. effekt göstәrir) ilә xarakterizә olunur. Heyvanların bütün inkişaf mәrhәlәlәri, hәyat fәaliyyәtinin bütün әsas proseslәri H.-ın nәzarәti altında baş verir; onlar orqan vә toxumaların böyümәsini, hüceyrә fenotipinin formalaşmasını vә toxumaların ayrılmalarını (fәrqlәnmәlәrini), cinsin formalaşmasını vә çoxalmasını, onun xarici mühitin dәyişkәn şәraitinә uyğunlaşmasını, davranış reaksiyalarını, hәmçinin orqanizmin daxili mühitinin saxlanmasını (homeostazı) tәmin edir. Orqanizmin funksiyalarına müxtәlif H.-ın göstәrdiyi tәnzimlәyici tәsirlәrin mәcmusu h o r m o n a l t ә n z i m l ә n m ә adlanır.
    Bәzi H. müxtәlif toxumalara fәrqli cür tәsir edir. Onurğalılarda mәs., insulin әzәlә hüceyrәlәrindә qlükozaya tәlabatı vә onun oksidlәşmәsini, piy toxumasında lipogenezi, qara ciyәr hüceyrәlәrindә vә limfositlәrdә aminturşuların nәqlini, qara ciyәrdә vә әzәlәlәrdә zülal sintezini artırır. 1980-ci illәrin sonunda elmdә belә bir qәti fikir formalaşdıki, yüksәk inkişaf etmiş heyvanlarda vә insanda daxili sekresiya vәzilәri vә onların sintez etdiyi H. vahid endokrin sistemini әmәlә gәtirir; periferik vәzilәr üzәrindә ümumi nәzarәti informasiyanı baş beynin müxtәlif şöbәlәrindәn vә onu әhatә edәn qandan alan hipotalamus hәyata keçirir. Onda әmәlә gәlәn rilizinq hormonlar vә statinlәr sinir vә endokrin sistemlәri arasında әlaqәlәndirici halqa rolunu oynayır. Onlar hipofizin ifraz etdiyi t r o p H.-ı tәnzimlәyir (güclәndirir vә ya әngәllәyir), trop H. isә öz növbәsindә müxtәlif orqan vә toxumalara bilavasitә tәnzimlәyici tәsir göstәrәn periferik vәzilәrin (qalxanabәnzәr vәzinin, böyrәküstü qabıq maddәsinin, cinsiyyәt vәzilәrinin) H. ifraz etmәsini stimullaşdırır. Bu sistemin bütün sәviyyәlәri öz aralarında әks-әlaqә mexanizmlәri ilә bağlıdır: H.-ın qanda artıqlığı onların ifrazını dayandırır, çatışmazlığı isә ifrazı stimullaşdırır. Bundan әlavә, tәnzimlәmәdә simpatik vә parasimpatik sinir liflәrinin mediatorları mühüm rol oynayır (mәs., stres zamanı sinir impulslarına cavab olaraq böyrәküstü vәzilәrin beyin maddәsi adrenalin vә noradrenalin sekresiyasını artırır). Bir sıra H.-ın ifrazı antaqonist hormonların nisbәti (mәs., insulin – qlükaqon), habelә qanda spesifik metabolitlәrin miqdarı ilә (mәs., qlükozanın artıq olması mәdәaltı vәzinin insulin ifrazını stimullaşdırır) tәnzimlәnә bilәr. Hipotalamusda (vazopressin vә oksitosin) vә hipofizdә (somatotropin vә prolaktin) hasil olunan bәzi peptid H.-ı periferiyaya vә bilavasitә hәdәf orqanlara vә hәdәf toxumalara tәsir göstәrir.
    Əvvәllәr hesab edirdilәr ki, H. yalnız daxili sekresiya vәzilәri ilә ifraz olunur. Lakin 20 әsrin sonlarında digәr orqanlar vә toxumalar tәrәfindәn qana sekresiya olunan H. kәşf edildi. Mәs., insulinәbәnzәr boy amillәri (İBA) qaraciyәr vә digәr orqanlar tәrәfindәn hazırlanır; onlar kimyәvi strukturuna vә tәsir mexanizminә görә insulinә oxşardır, lakin somatotropinlә nәzarәt olunan digәr fizioloji funksiyaları yerinә yetirir. Müxtәlif orqanlar qana bir sıra epidermal boy amillәrini (yaraların sağalmasını, әzәlәlәrin vә qan damarlarının böyümәsini sürәtlәndirәn vә s.) sekresiya edir, qan damarlarının böyümәsinә vә formalaşmasına kömәk edәn damarların endotelisinin boy amilini hasil edir. Ürәk-damar sistemi hüceyrәlәrinin ifraz etdiyi natriumuretik H. orqanizmdәn natrium ionlarının xaric olmasını güclәndirir, damarların genişlәnmәsinә sәbәb olur, sümük toxumasının böyümәsinin tәnzimlәnmәsindә iştirak edir, digәr funksiyalara nәzarәt edir. Ürәk әzәlәsindә әhәmiyyәtli miqdarda adrenomedullin, habelә parathormona oxşar zülal hasil edilir. Natrium-uretik H. kimi bu H.-ın hәr ikisi damarların genişlәnmәsini induksiyalandırır, onların kömәyi ilә ürәk qan tәzyiqini nizamlayır, onların funksiyasının pozulması isә müxtәlif formalı ürәk qüsurları ilә birlikdә bәdxassәli hipertoniyanın inkişafına sәbәb olur.
    Qan damarlarının divarlarında üç tip endotelin әmәlә gәlir (onlardan biri qan damarlarını daraldır, digәr ikisi әks-tәsir göstәrir). Piy toxumasında sintez olunan leptin vә adiponektin lipid mübadilәsini aktivlәşdirir, yağların oksidlәşmәsini stimullaşdırır, immun sisteminin nizamlanmasında iştirak edir, digәr funksiyaları yerinә yetirir. Adiponektin hәmçinin hipotenziv tәsirә malikdir, sklerotik düyünlәrin әmәlә gәlmәsinә vә aterosklerozun inkişafına mane olur. Mәdә-bağırsaq yolunun hüceyrәlәri çoxlu H. ifraz edir (bax Qastrointestinal hormonlar). Prostaqlandinlәr vә doymamış yağ turşuları ilә qarşılıqlı tәsir göstәrәn nüvә reseptorları qrupu tәsvir edilmişdir; bu onu göstәrir ki, qida ilә orqanizmә daxil olan doymamış yağ turşuları (olein, linol, araxidon vә s.) da hormonal xassәyә malikdir. “Qida hormonları”na hәmçinin mineral mübadilәsindә iştirak edәn Dvitamini dә aiddir.
    Onurğalı heyvanların, o cümlәdәn insanın H.-ı kimyәvi tәbiәtinә görә üç әsas qrupa bölünür: 1) peptid H.-ı vә arasında hәm sadә (insulin, somatotropin, prolaktin vә s.), hәm dә mürәkkәb (qlikoproteinlәr –tireotrop hormon, lütropin vә follitropin) zülallar rast gәlinәn zülal H.-ı, tәsadüf edilir; 2) amin turşu törәmәlәri (adrenalin, noradrenalin, treoid H.-ı – tiroksin, triyodtironin); 3) steroid H.-ı (cinsiyyәt H.-ı vә kortikosteroidlәr).
    H. müvafiq informasiyanı (siqnalı) hәdәf hüceyrәlәrә daşıyan siqnal maddәlәr kimi tәsir göstәrir. Onların tәsiri hәdәf hüceyrәlәrin sәthindә vә ya daxilindә yerlәşәn hәmin hormon üçün spesifik olan reseptor zülalları ilә birlәşmәsi nәticәsindә hәyata keçirilir. Zülal H.-ı vә peptid H.-ı, adrenalin vә norad renalin hüceyrә membranına yerlәşdirilmiş reseptorlarla qarşılıqlı tәsir göstәrir. Bu zaman әvvәlcә hüceyrә daxilinә ikinci vasitәçilәr (messençerlәr) rolunda çıxış edә bilәn tsiklik 3′3′-, 5′5′- adenozinmo nofosfat (tsAMF), tsiklik 3′3′-, 5′5′- quanozinmonofosfat (tsQMF) vә fosfoinozitidlәrin keçmәsi baş verir. Onlar müxtәlif zülalları (çox vaxt digәr fermentlәri) fosforlaşdıran fermentlәrin aktivliyini nizamlamaq yolu ilә başlanğıc siqnalları güclәndirәn silsilә fermentativ reaksiyalar zәncirini – hüceyrәdaxili kaskadlı mexanizmi işә salır. Mәs., adrenalinin öz reseptoru ilә qarşılıqlı tәsiri tsAMF sәviyyәsinin yüksәlmәsi ilә müşayiәt olunur vә hüceyrә daxili tsAMF–proteinkinazanın aktivlәşmәsinә sәbәb olur; sonuncu ki naza fermentini fosforlaşdırır (aktivlәşdirir), o isә öz növbәsindә daha bir fermenti – qlükoza-1-fosfatın әmәlә gәlmәsi ilә qlikogenin parçalanmasını (fosforolizini) tәmin edәn fosforilazanı aktivlәşdirir. Vazopressin, tireotropin, qlükaqon, lütropin, follitropin vә bir çox digәrlәri (bax Tsiklik nukllotidlәr) oxşar mexanizmlә tәsir göstәrir. Steroid H.-ı vә tizozin törәmәlәri olan tireoid H.-ı lipofil birlәşmәlәr olduğu üçün hüceyrә membranından sәrbәst keçir vә sitoplazmadakı, yaxud hüceyrә nüvәsindәki reseptorlarla birlәşir . H.-ın reseptorlarla әmәlә gәtirdiyi komplekslәr genlәrin tәnzimlәyici sahәlәrinә qarşılıqlı tәsir edәrәk, onların ekspressiyasını aktivlәşdirir vә ya әngәllәyir.
    H.-ın az vә ya artıq miqdarda ifraz olunması endokrin xәstәliklәrinә sәbәb olur. Qocalma prosesi, ürәk-damar vә digәr xәstәliklәrin inkişaf etmәsi bir çox cәhәtdәn hormonal tәnzimlәmәnin pozulması ilә әlaqәdardır. Mәs., insulinin sekresiyasının azalması şәkәrli diabetә, tireoid H.-ının sekresiyasının azalması Addison xәstәliyinә, boy hormonunun az hasil olması nanizmә, erkәn yaşda çox miqdarda sekresiyası giqantizmә, yaşlı şәxslәrdә isә akromeqaliyaya sәbәb olur. H. haqqında elm endokrinologiya adlanır. Bitkilәrin H.-ı haqqında bax Fitohormonlar.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 