Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HORMONTERAPÍYA 
    HORMONTERAPÍYA (hormonlar + terapiya) – hormon preparatları ilә müalicә. H. endokrin xәstәliklәri zamanı daxili sekresiya vәzilәrinin funksiyasının azalması vә ya artıq olması nәticәsindә pozulmuş hormonal statusun vә metabolik proseslәrin normallaşmasına yönәldilir. Endokrin pozulmalarla әlaqәdar olmayan bir çox xәstәliklәrin dә müalicәsindә H. tәyin olunur. Bu zaman H.-nın rolu xәstәliyin inkişafının patogenetik mexanizminә spesifik tәsir göstәrmәsidir. Endokrin xәstәliklәrindә müvafiq daxili sekresiya vәzilәrinin funksional vәziyyәtinә görә şәrti olaraq әvәzedici, stimullaşdırıcı vә tormozlayıcı (tәcridedici) H. ayırd edilir.
    Əvәzedici H. daxili sekresiya vәzilәrinin funksiyasının tam düşmәsi vә ya mühüm dәrәcәdә azalması zamanı istifadә edilir. Endokrin orqanın әsas xәstәliyi müalicә olunmadığına görә әvәzedici H., adәtәn, ömürlük olur (mәs., şәkәrli diabetdә). Hormonal preparatın başlanğıc vә daimi müalicә dozası xәstә orqanizmin funksional vәziyyәti nәzәrә alınaraq fәrdi seçilir. Tәcridedici H. daxili sekresiya vәzilәrinin mütlәq vә ya nisbi hiperfunksiyasının (mәs., anadangәlmә adrenogenital sindromun qlükokortikoidlәrlә müalicәsi), habelә hormonal asılı şişlәrin kompleks müalicәsindә (mәs., prostat vәzinin xәrçәngindә) istifadә edilir. Lakin H.-nın әksәriyyәt imkanları cәrrahi müalicә vә şüa müalicәsi üsulları ilә müqayisәdә, adәtәn mәhdudlaşdırılmışdır.
    Stimullaşdırıcı H. vәzinin funksional aktivliyinin yüksәldilmәsi zәruriliyi olduqda, yaxud onun funksional imkanlarının qiymәtlәndirilmәsi üçün tәtbiq edilir. Bu mәqsәdlә hipofizin ön payının hormonları vә hipotalamik neyrohormonlar istifadә olunur. Uzunmüddәtli stimullaşdırıcı H. nadir hallarda işlәdilir. O, әsasәn, ikincili hipoqonadizmin müalicәsi üçün istifadә edilir.
    Qeyri-endokrin xәstәliklәr zamanı H. patogenetik müalicә hesab olunur. Bu, xәstәliyin inkişafının bәzi mexanizmlәrinә әlverişli istiqamәtdә tәsir etmәyә imkan verir. Bu zaman böyrәküstü vәzilәrin qabıq maddәsinin hormonları (qlükokortikoidlәr) istifadә edilir. Bax hәmçinin Hormonal preparatlar.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 