HÓRTOBAD (Hortobágy) – Orta Dunay düzәnliyinin bir hissәsi; Macarıstanın şm.-ş.-indә, Tisa çayının sol sahilboyundadır. Sah. tәqr. 2 min km2, hünd. tәqr. 100 m-dir. Allüvial qumlardan ibarәtdir. Tisa çayının axını tәnzimlәndikdәn sonra (19 әsr) düzәnliyin bataqlıq hissәsinin sahәsi xeyli azalmışdır. Dәnli bitkilәr (o cümlәdәn düyü) әkilir, üzümlüklәr salınmışdır. Nohur balıqçılığı inkişaf etmişdir. Yanar qaz yatağı (Nadudvar vә s.) var. Hortobad Milli Parkı (sah. 52 min ha, 1973 ildә yaradılmışdır) buradadır.

Hortobad Milli Parkı.










