HO-SA TEGİN (?–840) – Ötükәn uyğurlarının sonuncu xaqanı [839–840]. Hu-Teginin ölümündәn sonra hakimiyyәtә gәlәn H.T.-ә qarşı uyğur sәrkәrdәsi Külüq Baqa 100 min qırğız süvarisi ilә hücuma keçdi. Tarixin әn böyük qәtliamlarından biri sayılan bu basqında minlәrlә uyğur qәtlә yetirildi, xaqan H.T. öldürüldü, iqamәtgahı yandırıldı. Uyğurların bir qismi Beşbalıq bölgәsinә, digәrlәri Kanchou bölgәsinә vә Çinә qaçdılar. 841 ildә Xalxa, Karakorum, hәmçinin uyğurların xәzinәsi qırğızların әlinә keçdi. Qırğız basqını Orxon bölgәsindә uyğur hakimiyyәtinә son qoysa da, onların müqavimәti ayrı-ayrı yerlәrdә davam edirdi.










