HÓSPİS (ing. hospice, lat. hospitium – mehmanxana, karvansara) – müalicә müәssisәsi; burada, xәstәliyin son mәrhәlәsindә onun tәzahürlәrini müvәqqәti yumşaldan palliativ yardım göstәrilir. Sağalmaz xәstәlәrә (әsasәn, onkoloji) H. adlanan ilk sığınacaqlar hәlә 4 әsrdә Romada varlı dul qadın Fabiola tәrәfindәn tәşkil edilmişdi. 5 әsrdә geniş yayılmış H.-lәrdә zәvarlara, evsizlәrә, xәstәlәrә vә ehtiyacı olanlara yardım göstәrilirdi. Bu terminlә 6 әsrdәn başlayaraq sәfәrdә әldәn düşmüş, yaxud xәstәlәnmiş xristian zәvvarları üçün olan sığınacaqlar göstәrilirdi. Müasir H.-dә xәstәlәrә qulluq xüsusi hazırlıqlı tibb personalı, habelә xәstәlәrin qohumları vә H.-dә tәlim keçmiş könüllülәr tәrәfindәn hәyata keçirilir. Xәstәlәrә göstәrilәn kompleks tibbi-sosioloji vә psixoloji yardım ağrı sindromunun vә ölüm qorxusunun aradan qaldırılmasına vә ya yumşaldılmasına yönәldilir. H.-lәr dövlәt büdcәsindәn, xeyriyyә cәmiyyәtlәrinin vәsaitlәrindәn, vәtәndaşların vә tәşkilatların könüllü ianәlәrindәn maliyyәlәşdirilir.










