Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HOSPİTALİZM
    HOSPİTALİZM, g e n i ş a n l a m d a – xәstәnin uzun müddәt stasionar müalicә müәssisәsindә qalması nәticәsindә onun sağlamlıq vәziyyәtinin ağırlaşması. Termin 19 әsrdә әmәlә gәlmiş, әvvәlcә cәrrahiyyә vә mamalıq şöbәlәrindә geniş yayılmış hospital qanqrenlәri, doğum qızdırması şәklindә kütlәvi ağırlaşmalara sәbәb olan xәstәxanadaxili infeksiyaları (“hospital üfunәti”) bildirirdi. Aseptika vә antiseptikanın tәtbiq olunması xәstәxana daxili infeksiya “epidemiyalarının” aradan qaldırılmasına imkan verdi. 1960-cı illәr dә yenidәn cәrrahi H. (“neohospitalizm”) problemi meydana çıxdı, lakin bu, xәstә xanadaxili infeksiyanın vaxtaşırı kәskin artmasına sәbәb olan cәrrahiyyә stasionarlarının antibiotiklәrә dözümlü mikrofloralarla çirklәnmәsi ilә әlaqәdar idi. Müasir elmi әdәbiyyatda H. termini, başlıca olaraq, uşaq psixologiyası vә psixiatriyasında işlәdilir (institusionalizm – әsasәn, şizofreniyadan әziyyәt çәkәn xәstәlәrin psixi vәziyyәtinin ağırlaşması). Uşaq psixologiyasında H.-ә uşaqlarda hәyatın ilk illәrindә ünsiyyәt defisitinin, yaxın adamların diqqәt vә sevgisinin olmaması ilә şәrtlәnәn psixi vә somatik pozuntular mәcmusu kimi baxılır (R.Spits, 1945). H.-li uşaqlar lәng, passiv, emosional cәhәtdәn miskin olur, әtrafdakılarla kontaktdan qaçırlar. Körpәlәrdә vә uşaqlarda H.-in nәticәsi uzunsürәn vә çox vaxt bәrpaolunmaz olur: zehni, danışıq vә hәrәki inkişaf cәhәtdәn kәskin geriqalma, özü haqqında tәsәvvürlәrdә yanlışlıq, әtrafdakılara adaptasiya sәviyyәsinin aşağı olması, zәiflәmiş immunitet vә s. Ağır hallarda H. uşağın ölümü ilә nәticәlәnә bilәr. Kliniki tәcrübә dә H. adı ilә bәzәn xroniki xәstәlәrin xәstәxanadan çıxmamaq vә tibbi readaptasiya vә resosiallaşma prosesindә iştirak etmәmәk istәyi göstәrilir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 