Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HOSPİTALYERLƏR
    HOSPİTALYERLƏR, i o a n ç ı l a r, R o d o s c ә n g a v ә r l ә r i, M a l t a c ә n g a v ә r l ә r i – katolik ruhani-cәngavәr ordeni. İslam mәnbәlәrindә “әl-istibariyyә” adlandırılır.
    Qüds dövrü. H. ordeninin tarixi köklәri 11 әsrdә Amalfidәn olan italyan tacirlәrinin tәşәbbüsü vә Fatimi xәlifәsi Zahirin [1021–36] icazәsi ilә tәqr. 1023 ildә Qüdsdә xrisian zәvvarlar üçün xeyriyyә evinin (hospitium) inşa olunduğu dövrә gedib çıxır. Bu ev İsgәndәriyyә patriarxı Lütfkar İoannın şәrәfinә adlandırılmış, Yәhya (İoann) Vәftizçi kilsәsinә yaxın olduğuna görә evin hamisi kimi mәhz bu şәxs qәbul edilmiş, sonralar orden dә onun adını daşımışdır. H. 1099 ildә Qüdsün tutulmasında sәlibçilәrә yardım etmiş, 1110 ildә Qüds kralı I Balduin [1100–18] tәrәfindәn müstәqil icma kimi tanınmış, 1113 ildә Roma papası II Pasxalinin [1099–1118] bullası ilә ordenә çevrilmişdir. Raymon dü Püinin rәhbәrliyi dövründә H. sırf cәngavәr ordeni olmuş, 2-ci sәlib yürüşündә (1147–49), Dәmәşqә yürüşdә (1148), Askalonun (Aşkelon; 1153) tutulmasında, Qüds kralı I Amorinin [1162–74] tәşkil etdiyi Misir yürüşündә yaxından iştirak etmiş, elә o zaman Şimal-Şәrqi Suriyada xeyli torpaq mülklәrini әlә keçirmişdilәr.
    Sәlahәddin Əyyubi Hittin yaxınlığında sәlibçilәri mәğlubiyyәtә uğratdıqdan (1187 ilin iyulu) vә Qüdsü azad etdikdәn (2.10. 1187) sonra H.-in Fәlәstindәki hәrbi-strateji mövqelәri xeyli zәiflәdi, ordenin iqamәtgahı Mәrqәb qalasına (Suriya), 1191 ildәn isә Sen Jand’Akra (indiki İsrail, Əkka) köçürüldü. Müsәlmanlara qarşı bütün hücum cәhdlәrinә baxmayaraq 13 әsr ümumilikdә H.-in uğursuz dövrü idi. Mәğlubiyyәtlә nәticәlәnmiş 3-cü (1189–92) vә 5-ci (1217–21) sәlib yürüşlәrindәn vә Misir Mәmlüklәrinin hәrbi uğurlarından sonra H. Fәlәstin vә Suriyadakı mühüm mövqelәrini itirәrәk geri çәkilmәyә mәcbur oldu. 1310 ildә ordenin kuriyası vә iqamәtgahı tamamilә Rodosa köçürüldü.
    Rodos dövrü H. ordeni tarixindә iqtisadi vә hәrbi yüksәlişlә sәciyyәlәnir. Lәğv olunmuş tampliyerlәr ordeninin әmlakının böyük hissәsi Roma papası V Klimentin [1305–14] qәrarı ilә H.-ә verildi. 1423 ildә Misirlә ticarәt müqavilәsi imzalandı. 14– 15 әsrlәrdә ordenin iyerarxiyası vә inzibati sisteminin formalaşması başa çatdı. Ordenin başında Böyük magistr dururdu. İyerarxiya cәngavәrlәr, keşişlәr vә xidmәtçilәrdәn ibarәt idi.
    Bu dövrdә H. Aralıq dәnizi bölgәsindә, qismәn dә Suriya vә Fәlәstindә müsәlmanlara qarşı mübarizәni davam etdirirdilәr. Orden I Bәyazidin başçılıq etdiyi Osmanlı ordusu ilә sәlibçilәr arasında baş vermiş Nikopol döyüşündә (1396) iştirak etmişdi. Sonralar H. Anadoluda hәrbi mövqe qurdular. 1408 ildә Petrunionu (Müq. Pyotr qalası, indiki Bodrum) tikdilәr, hәmçinin Kos a.-nda möhkәmlәndilәr. H.-in istehkamları 1480 ilin may–avqust aylarında sultan II Mehmedin hücumunu dәf etmәyә imkan verdi. 1522 ilin iyulunda sultan I Süleyman Qanuni Rodosa qoşun yeritdi. 6 ay çәkәn mühasirәdәn sonra dekabrda qala tәslim oldu vә H.-in sağ qalan qismi adanı tәrk etdi.
    Malta dövrü. Avropada 7-illik sәrgәrdanlıqdan sonra 1530 ildә Roma papası VII Klimentin [1523–34] xahişi ilә imperator V Karl Rodos geri alınacağı tәqdirdә Maltadan çıxmaq, Osmanlılara vә Aralıq dәnizindә Afrika quldurlarına qarşı vuruşmaq şәrtlәri ilә Malta, Qozo vә Komino adalarını, hәmçinin Tripolini (ispan donanması 1510 ildә tutmuşdu) H.-ә len mülkiyyәti kimi verdi. H. 1551 ildә Tripolini itirdilәr, lakin 1565 ildә I Süleymanın başçılığı ilә Osmanlı qoşunları tәrәfindәn Maltanın mühasirәsinә müqavimәt göstәrә bildilәr. Sәlibçilәrin yaratdığı Müq. İttifaqın Osmanlılara qarşı apardığı Lepanto dәniz döyüşündә (1571), hәmçinin Osmanlılarla döyüşdә Kandiyanın müdafiәsindә (1645– 69) iştirak etdilәr. Reformasiya dövründәH.-ә әrazi itkilәri (xüsusәn Almaniya vә İngiltәrәdә) üz verdi. 18 әsrin 2-ci yarısında ordenin hәrbi әhәmiyyәti tәdricәn azaldı. 1792 ildә Fransadakı mülklәr әlindәn çıxdı. 1798 ilin iyununda Napoleon Bonapartın Misirә yürüşü zamanı Malta döyüşsüz tәslim edildi. Bu, ordenin әrazi suverenliyinin itirilmәsi idi.
    Yeni vә Ən yeni dövr. Fransızlar Maltanı tutduqdan sonra ordenin Rusiyadakı üzvlәri Böyük magistr Ferdinand fon Hompeşi devrilmiş elan edәrәk rus imperatoru I Paveli [1796–1801] Böyük magistr seçdilәr vә Rusiyada 1798–1817 illәrdә Müq. İoann ordeni adı ilә fәaliyyәt göstәrdilәr. İngiltәrә kralı VIII Henri [1509–47] H.-in әmlakını müsadirә etdirdikdәn vә onların İngiltәrәdәki fәaliyyәtinә son qoyduqdan sonra Şotlandiya H.-i Fransadakı orden üzvlәri ilә әlaqәni davam etdirdilәr. Onların tәşәbbüsü ilә 1831 ildә orden fәaliyyәtini bәrpa etdi vә sonralar indiki Müq. İoann ordeninә (iqamәtgahı Londondadır) çevrildi.
    1800 ildә Britaniya qoşunları Malta, Qozo vә Komino adalarına girdikdәn sonra bütün cәhdlәrә rәğmәn H. Maltanı geri qaytara bilmәdilәr. 1834 ildә ordenin iqamәtgahı Romaya köçürüldü. 1854 ildә ordenin әrazilәr üzrә “dillәr”ә bölgüsünün lәğvini vә milli assosiasiyaların yaradılmasını nәzәrdә tutan yeni nizamnamәsi qәbul olundu. 1864 ildә Reyn-Vestfaliya, 1876 ildә Britaniya, 1880–90-cı illәrdә İspaniya vә Fransa, 1927 ildә Amerika assosiasiyaları yarandı. Orden 2-ci Dünya müharibәsi illәrindә hospitalizasiya vә xeyriyyә fәaliyyәti ilә mәşğul olmuşdur. Hazırda Qüds, Rodos vә Maltanın Müq. İoann hospitalyerlәrinin suveren hәrbi ordeni adını daşıyır. Romakatolik kilsәsi ilә әqidә vәhdәtindә olan orden beynәlxalq hüququn suveren vә müstәqil subyektidir. Romadakı Malta sarayı (baş ofis) vә Magistr villası, hәmçinin Birqu ş.-ndәki (Malta) Sant-Ancelo qalası (Malta Resp. tәrәfindәn 5.12.1998 il müqavilәsinә әsasәn 99 il müddәtinә verilmişdir) eksterritoriallıq statusu ilә ordenә mәxsusdur. Orden 110 ölkә ilә diplomatik әlaqә saxlayır, BMT vә Avropa Şurasında müşahidәçi statusuna malikdir.
    Hazırda Almaniyada fәaliyyәt göstәrәn protestant hospitalyerlәrdәn ibarәt Müq. İoann ordeni 1382 ildә H.-in alman qolunun ayrılması nәticәsindә meydana gәlmişdir. 1812 ildә Prussiya kralı III Fridrix Vil helm tәrәfindәn buraxılmış vә әmlakı müsadirә edilmiş, IV Fridrix Vilhelm onu katolik H. ordenindәn tam müstәqil tәşkilat kimi yenidәn bәrpa etmişdir. 1693 ildәn bu günәdәk ordenin bütün böyük magistrlәri Hohensollernlәr sülalәsinә mәnsub olmuşlar.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 