HOŞİMİN (Hô Chi Minh; 1976 ilәdәk S a y q o n, S à i G ò n) – Vyetnamın әn böyük şәhәri. Əh. 8,9 mln. (2019). Ölkәnin c.-unda, Donqnay çayı vә onun sağ qolu Sayqon çayının sahilindәdir. Cәnubi Vyetnamın iri nәql. qovşağı; Sayqon çayı üzәrindә 2100 m uz.nda avtomobil körpüsü salınmışdır; ölkәnin әsas “Şimal – Cәnub” d.y. magistralı (1936, uz. 1726 km) H.-i Hanoy ş. İlә әlaqәlәndirir. Çay portu. Beynәlxalq aeroport (Tanşonnyat).
1778 ildә kiçik mәskәnin yerindә Fransa Hind-Çininin iqtisadi mәrkәzi vә port kimi salınmışdı. 1859 ildә fransız qoşunları tәrәfindәn yandırılmış, 1860 ildә fransız qalası kimi bәrpa olunmuşdu. 1867 ildәn Fransanın Koxinxina müstәmlәkәsinin inz. m. idi. 1940–45 illәrdә yapon qoşunlarının işğalı altında olmuşdur. 1945 ilin sentyabrında ingilis-fransız desantçıları tәrәfindәn tutulmuşdu. Cәnubi Vyetnamın oyuncaq hökumәtinin iqamәtgahı (1954–75) vә ABŞ-ın Vyetnamdakı әsas bazası olmuşdur (bax “Vyetnam müharibәsi”). 1976 ildә Ho Şi Minin şәrәfinә adlandırılmışdır.
H.-dә müstәmlәkә dövrünün çoxsaylı tikililәri saxlanılmışdır: neoroman üslubunda Notr-Dam kilsәsi (1877–80, memarlar J.Burar, E.Bulanje), neoyunan üslubunda Koxinxina qubernatorunun sarayı (1880-ci illәrin 2-ci yarısı, memar A.Fulu), poçt idarәsi (1891, memarlar Fulu vә A.Vildyö), Şәhәr teatrı (1900, memar F.Olivye vә b.), Ratuşa (1902–08, memar P.Qarde), Vyetnam tarixi muzeyi (1929, memar O.E.J.Delaval; hamısı eklektizm üslubunda). 20 әsrin 2-ci yarısı – 21 әsrin әvvәllәrindә inşa edilmiş tikililәr: son modernizm üslubunda İstiqlaliyyәt sarayı (1962–66, memar Nqo Vyet Txu), çox sayda göydәlәnlәr (“Bitexco Financial Tower”, 2008–10, memar K.Sapata, hünd. 262 m – şәhәrdә әn hündür bina), şaquli yaşıllaşdırılmış yaşayış binaları, memar Vo Çonq Nqia (2010-cu illәr). Ənәnәvi Çin tikililәri Tölon (Şolon) Çin rayonundadır (әsası 18 әsrdә qoyulmuşdur).

Hoşimin şәhәr bәlәdiyyәsinin binası.
Ölkәdә әn iri elm vә tәhsil mәrkәzlәrindәn biridir. Aparıcı ali tәhsil müәssisәsi Vyetnam milli un-tidir (1995; nәzdindә bir neçә un-t, in-t vә s. var). Digәr un-tlәr tәsviri sәnәt (1913; 1981 ildәn indiki statusu ilә), H. memarlıq (1924; 1976 ildәn indiki statusu ilә), tibb vә әczaçılıq (1947; 1976 ildәn indiki statusu ilә), kәnd vә meşә tәsәrrüfatı (1955; 1985 ildәn indiki statusu ilә), sәnaye (1956; 2004 ildәn indiki adı vә statusu ilә), pedaqoji (1957; yenidәn tәsisi 1976 ildә), texniki tәdris (1962), H. bank, H. iqtisad (hәr ikisi 1976 ildә), idman vә bәdәn tәrbiyәsi (1985), nәqliyyat (1988; 2001 ildәn indiki statusu ilә), “Fam Nqok Txat” tibb vә s. un-tlәr; Vyetnam aviasiya akademiyası (1978; 2006 ildәn indiki statusu ilә); kampuslar: Dövlәt idarәçiliyi milli akademiyası (1959; digәr kampusu Hanoydadır), Xarici ticarәt vә Su ehtiyatları un-tlәri (hәr ikisi Hanoydadır) vә Paster in-tu (Paris ş.); Konservatoriya (1956 ildәn; 1980 ildәn indiki adı vә statusu ilә). Ümumi elmi kitabxana (1868; 1978 ildәn indiki adı vә statusu ilә); Şәhәr (1978 ildәn İnqilab muzeyi; 1999 ildәn indiki adı ilә), Vyetnam tarixi (1929–56 illәrdә Blanşar de La Bros muzeyi; 1956–79 illәrdә Sayqonda Vyetnam milli muzeyi; 1979 ildәn indiki adı ilә), Müharibәnin әks-sәdası (1975; 1993 ildәn indiki adı ilә), Cәnub qadınları (1985), tәsviri sәnәt (1987), Cәnub-Şәrq silahlı qüvvәlәri (1988) muzeylәri, “Əjdaha evi” memorialı (1863; 1995 ildәn Hanoydakı Ho Şi Min muzeyinin filialı); Kuti (Kıti) tunellәri 1946–48 illәrdә inşa edilmişdir; ümumi uz. 200 km.-dәn çoxdur; muzey statusu 1979 ildәn); Şәhәr (Sayqon operası; 1900), “Ben Txan” (1995; şou vә digәr mәdәni tәdbirlәr), “Le Txan” (rәqs şouları vә sәrgilәr), “Honq Van” (komediyalar), “Qızıl әjdaha” (kukla) vә s. teatrlar, “Saigon Players” (2004) dram truppası fәaliyyәt göstәrir. Ölkәnin kino şirkәtlәrinin çoxu H.-dә yerlәşir. Say qon zooparkı vә Botanika bağı (1865; ölkәdә әn iri), “Şuoy Tyen” әylәncә parkı (1995) var.
Stadionlar: “Txonq Nyat” (indiki adı 1975 ildәn; 25 min yer), “Kuan kxu 7” (2007 ildә Asiya kubokunun matçları burada keçirilmişdir; 25 min yer).
Vyetnamınәn iri iqtisadi mәrkәzidir. Ölkә ÜDM-inin 20,2%-i, sәnaye mәhsulunun 27,9%-i vә birbaşa xarici investisiyaların 34,9%-i H.-in payına düşür. ÜRM-in 3/5-ündәn çoxu xarici kapital müәssisәlәrindә yaradılır (2014). ÜRM-in illik artım tempi 9–10% tәşkil edir. ÜRM-in strukturu (%, 2014): xidmәt sferası 51,1, sәnaye vә tikinti 47,7, kәnd, meşә tәsәrrüfatı vә balıqçılıq 1,2. Xidmәt sferasının başlıca sektorları: inzibati, maliyyә, nәql.-logistika xidmәtlәri vә ticarәt. Burada – Hoşimin fond birjası (HSX; 2000; indiki adı 2007 ildәn; ölkәnin ilk vә әn iri birjası), Housing Bank of Mekong Delta ixtisaslaşdırılmış dövlәt bankının vә bir çox aparıcı özәl kommersiya banklarının (Sacombank, Asia Commercial Bank, Techcombank vә s.), konqlomerat vә şirkәtlәrin baş ofislәri yerlәşir. “Quang Trung” proqram tәminatı parkı (2001) fәaliyyәt göstәrir. Dәniz portunun yük dövriyyәsi 50 mln. t-dan (2010; Vyetnam portlarının ümumi yük dövriyyәsinin tәqr. 1/3-i) çoxdur. Vyetnama gәlәn xarici turistlәrin tәqr. 70%-i H.-indә olur. Şәhәr yaxınlığında Kanzö çimәrlik kurortu yerlәşir.

Hoşimin. Sayqon Opera Teatrı.
Sәnayenin әsas sahәlәri: maşınqayırma vә metal emalı, kimya, yüngül vә tamlı mәhsullar. Sәnaye müәssisәlәrinin çoxu 20 sәnaye parkında cәmlәşmişdir. Sayqon yüksәk texnologiyalar parkında Yaponiya “Nidec Corporation” (sәrt disk intiqalları; tәqr. 20 min işçi), Amerikanın “Intel Corporation” (kompüter lövhәlәrinin istehsalı üzrә dünyada әn iri z-d) vә “Jabil Circuit” (elektron komponentlәr), Amerika-İtaliya “Data-logic” (ştrix-kodları tutuşdurub yoxlayan), Danimarkanın “Sonion” (eşitmә aparatları), Fransanın “Air Liquide” (sәnaye qazı vә tibbi qaz) şirkәtlәrinin müәssisәlәri vә s. fәaliyyәt göstәrir. Sәnaye parklarında elektron texnika vә komponentlәrinin, geyim, ayaqqabı, idman malları vә mәtbәx üçün metal qabların istehsalı üzrә aparıcı xarici şirkәtlәrin filialları yerlәşir. Avtomobilqayırma “Mekong Auto Corporation” (“Iveco” yük vә “Fiat” minik avtomobillәrinin, “Ssang Young” krossover vә ciplәrinin istehsalı) şirkәtinin z-du, avtokom plektlәşdiricilәrin (“Daimler” alman şirkәti), motosikl hissәlәrinin vә s. istehsalı üzrә müәssisәlәrlә tәmsil olunmuşdur.










