Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÓUARD 
    HÓUARD (Howard) Ebenizer (29.1.1850, London – 1.5.1928, Hartfordşir, Uelin-Qarden-Siti) – ingilis sosioloq-utopisti vә şәhәrsalma memarı. Londonda klerk, ABŞ-da (1872–77) vә İngiltәrә parlamentindә stenoqrafçı işlәmişdir. Müstәqil tәdqiqatçı kimi sosializmin, ABŞ-ın müasir şәhәrsalma layihәlәrinin vә s. tәsirilә ictimai problemlәrin (o cümlәdәn şәhәrlәrdә әhali sıxlığı, çirklәnmә, yoxsulluq, әhalinin kәndlәri tәrk etmәsi) hәlli mәqsәdilә “şәhәr-bağ” şәhәrsalma konsepsiyasını işlәyib hazırlamış vә “Sabah: dinc yolla hәqiqi islahata doğru” (“To morrow: a peaceful part to real reform”, 1898; 1902 ildә “Gәlәcәyin şәhәrbağları” – “Garden citis of tomorrow” adı ilә yenidәn nәşr edilmişdir) kitabında formullaşdırmışdır. H. böyük şәhәrlәrin әtrafında hәr birinin diametri 2 km, әhalisi tәqr. 30 min olmaqla sentrik planlaşdırılmış 6 peyk şәhәrdәn ibarәt “federasiya” yaradılmasını tәklif edirdi. Peyk şәhәrin (“şәhәrbağın”) mәrkәzindәki bağı ictimai binalar әhatәlәyir, bunlardan arxada dairәvi park vә yaşayış mәhәllәlәri yerlәşir. Nәqliyyat vә tәhlükәsiz istehsalat (tikiş, mebel emalatxanaları) şәhәr kәnarına çıxarılır. Şәhәrin böyümәsi onu әhatәlәyәn k.t. sahәlәri ilә mәhdudlaşdırılır. H.-ın fikrincә, belә quruluş şәhәr (iş, asudә vaxt, tәhsil) vә kәnd yerlәrinin (tәmiz hava, tәbiәt vә ucuz torpaq) üstünlüklәrini ehtiva edir vә onların çatışmazlıqlarını aradan qaldırır. 1899 ildә H. Şәhәr-bağların assosiasiyasını yaratdı. H. ideyalarını reallaşdırmaq cәhdlәri 20 әsrin әvvәllәrindә baş tutdu: İngiltәrәdә Letçuert (Letçuert-Qarden-Siti; 1903, memar P.Anuin, baş plan) vә Uelin (indiki Uelin-Qarden-Siti; 1920) ilk “şәhәr-bağ”lar oldu. H.-ın davamçısı F. Osborn bu ideyaları inkişaf etdirәrәk, şәhәr tikililәrinin aşağı sıxlıqlı olmasını vurğulamışdır, bu, 20 әsrdә şәhәrәtrafı yaşayış mәskәnlәrinin saxlanması üçün bir növ nәzәri baza olmuşdur.
    “Şәhәr-bağ” konsepsiyası 20 әsr şәhәrsalmasına güclü tәsir göstәrmişdir. Almaniyada ilk “şәhәr-bağ” olan Hellerau 1907 ildә planlaşdırılmışdı; H.-ın ideyalarını Finlandiyada memar Eliel Saarinen, Fransada jurnalist J.Benua-Levi, Rusiyada Moskvanın baş planının (1935) müәllifi memar V.N.Semyonov yayırdılar. H.-ın ideyaları 20 әsrin 2-ci yarısında şәhәrlәrin böyümәsini mәhdudlaşdırmaq üçün “yaşılzolaq”-dan istifadә olunmasına vә peyk şәhәrlәrin yaradılmasına tәsir göstәrmişdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 