HÓUPVELL (Hopewell) – Şimali Amerikanın Orta Qәrb hindilәrinin e.ә. 2 әsr – eramızın 5 әsrinә aid arxeoloji mәdәniyyәtlәrinin birliyi. 1890-ci illәrdә U. Murhed tәrәfindәn M.Houpvellin mülkündәki (ABŞ, Ohayo ştatı) maundda (torpaq tәpәsindә) aparılan qazıntılarla әlaqәdar adlandırılmışdır. Yaşayış mәskәnlәri dam örtüyü samandan olan möhrә daxmalardan ibarәtdir. Maund qrupları Ohayo ştatının әrazisindә (Nyuark, Fort-Eynşent, Maund-Siti; Ümumdünya irsi siyahısına daxil edilmişdir) forma vә ölçülәrinә görә xüsusilә fәrqlidir. Tapıntılar saxsı qablardan, vazalardan, cızma vә ya möhür ornamentli (o cümlәdәn stilizә edilmiş quş tәsviri) kasalardan; daş ucluqlardan, o cümlәdәn Houp vell tipli (aşağı kәnarında 2 kәsiyi olan yar paqşәkilli ucluqlar), gәtirilmә dәniz balıqqulağıdan, misdәn, slyudadan, obsidiandan (d ә v ә g ö z ü) düzәldilmiş bәzәk әşyalarından vә s. ibarәtdir. Ticarәt Meksika körfәzinә, Böyük göllәrә, Qayalı dağlaradәk aparılırdı. Qәbir avadanlığındakı fәrqlәr vә s. burada icma birliklәrinin mövcudluğunu tәsdiqlәyir. Sakinlәr әkinçiliklә (әsasәn, günәbaxan, balqabaq) yanaşı, ovçuluq, balıqçılıq, yığıcılıqla da mәşğul olurdular. H. Adena mәdәniyyәti (e.ә. 10–2 әsrlәr) әsasında tәşәkkül tapmışdır. H. әnәnәsinin itmәsi әhali artımı, iqlim dәyişikliyi vә lokal müharibәlәrlә әlaqәlәndirilir.










