HOVUZ – Yaxın vә Orta Şәrq ölkәlәrindә, Orta Asiya, hәmçinin Azәrb.-da süni su anbarı. Memarlıq kompleksi kimi park, bağ, bağça, meydança vә s.-nin bir hissәsi olan H. ilk dәfә Qәdim Şәrq ölkәlәrindә, sonralar Qәdim Yunanıstan vә Romada tikilmişdir. H.-un fәvvarәli, fәvvarәsiz, heykәlli vә dekorativ tiplәri var. 16 әsrin 2-ci yarısından dekorativ, 18 әsrdәn fәvvarәli H.-lar İtaliyada yaradılmışdır. Ölçü vә formalarına görә müxtәlif olur. Əsasәn, düzbucaqlı planda daşdan tikilir. Hәyәtyanı sahәlәrdә tikilәn H.-dan mәişәt vә tәsәrrüfat mәqsәdilә istifadә edilir.
H i d r o e n e r g e t i k a d a H . SES-in işinin optimal şәraitini tәmin etmәk üçün tikilir. Derivasiyalı SES-lәrdә basqılı vә sutkalıq tәnzimlәnәn H.-lar qurulur. B a s q ı l ı H . basqısız derivasiyanı basqılı turbin suötürәnlәri ilә birlәşdirmәk, daxil olan suyu zibildәn, buzdan tәmizlәmәk, hәmçinin SES hidroaqreqatlarının bәzilәri energetika sistemindәn ayrıldıqda artıq suyu atmaq vә әlavә hidroaqreqatları tәcili işә qoşarkәn lazım olacaq su ehtiyatını saxlamaq üçün istifadә edilir. Basqılı H.-un dibi vә divarları dәmirbetondan tikilir. S u t k a l ı q t ә n z i m l ә n ә n H., sutkanın müxtәlif saatlarında SES-dә sәrf edilәn su axınını tәmin etmәk üçündür. Adәtәn, basqılı H.-a yaxın yerlәşdirilәrәk onunla qısa kanal vә derivasiya xәtti ilә birlәşdirilir. Onun tikintisi üçün perimetri üzrә torpaq damba vә ya dәmir-beton divarla hüdudlaşdırılan çuxurlar (xәndәklәr), yaxud yerli relyef enişlәrindәn istifadә olunur; H.-un dibi vә torpaq divarları süzülmә әleyhinә örtüyә malikdir. Mәcra SESlәrinin aşağı byefindә süni sututar kimi tikilәn d ü z l ә n d i r i c i (bәrabәrlәşdirici) H. hidroturbindәn keçәn suyun zamana görә qeyri-bәrabәr sәrfini düzlәndirmәk vә aşağı byefdәki suyun sәviyyәsini hidroturbinin işinә uyğun hәddә saxlamaq üçündür.
Hidroakkumulyasiya elektrik stansiyalarının (HAES) tәrkibindә biri digәrindәn hündürdә yerlәşәn vә boru kәmәri ilә birlәşәn iki (yuxarı vә aşağı) H. olur. Y u x a r ı (akkumulyasiyaedici) H. HAES generator rejimindә işlәyәrkәn hidroaqreqatlara su verilmәsini tәmin edir; a ş a ğ ı H. isә işlәnmiş suyu toplayaraq HAES nasos rejimindә işlәyәn saatlarda yuxarı H.-a ötürür. Yuxarı H. süni vә ya tәbii (mәs., göl) ola bilir; aşağı H. kimi, adәtәn, çayın bәndlә kәsilmәsi nәticәsindә yaranan su anbarından istifadә edilir.










