HOYÁN (Hoi An) – Mәrkәzi Vyetnam da, Kuanqnam әyalәtindә şәhәr. Əh. 121,7 min (2008). Dananq ş.-ndәn c.-ş.-dә, Cәnubi Çin dәnizi sahilindә port. D.y. qolu H.-ı Transhindçin d.y. xәtti ilә birlәşdirir. Balıqovlama, duz hasilatı vә dәniz mәhsullarının emalı mәrkәzidir. Mәhsuldar aqro biznes şәhәr iqtisadiyyatının inkişafında mühüm rol oynayır. Fermerler çay adalarında әnәnәvi qaydada çәltik becәrirlәr
H.-da bir neçә kiçik sәnaye müәssisәsi (qida mәhsulları f-ki, kәrpic z-du vә s.) fәaliyyәt göstәrir. Hoyan ilә Dananq şәhәrlәri arasında mühüm sәnaye parkı yerlәşir.
ÜDM-in hәcmi tәqr. 7423 mlrd. donq, o cümlәdәn turizm vә ticarәt sahәsindә tәqr. 5182,6 mlrd. donq, sәnayedә tәqr. 1632,6 mlrd. donq, kәnd vә meşә tәsәrrüfatları, balıqçılıqda 609,9 mlrd. donq tәşkil edir (2016). K.t.-na yararlı torpaqların ümumi sahәsi tәqr. 1767,6 ha; o cümlәdәn çәltik tәqr. 778,4 ha-dır (çәltik istehsalı tәqr. 4750 t; 2015).

Hoyan. Köhnә şәhәrdәn görünüş.
Avtomobil yollarının ümumi uz. 265,8 km, o cümlәdәn betonörtüklü –161,4 km, asfaltörtüklü – 87,9 km tәşkil edir (2010).
Trixon çayı vasitәsilә yük vә sәrnişin daşınması hәyata keçirilir. Hoyan ş.vә Çam adaları arasında müntәzәm әlaqә sürәtli kater vә bir neçә bәrә vasitәsilә tәmin olunur. Hoyan – Dananq, hәmçinin Hoyandan Laos sәrhәdinә aparan avtomobil yolu mühüm әhәmiyyәt kәsb edir. Turizm inkişaf etmişdir. H. 1999 ildә Cәnub-Şәrqi Asiyanın nümunәvi ticarәt-port şәhәri kimi YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Fan-Tyau Çin ad. un-tin kampusu; xalq sәnәti, qiymәtli daşlar, tarix vә mәdәniyyәt, keramika muzeylәri vә s. fәaliyyәt göstәrir. Terrakota parkı var.
Hoyan. Yapon körpüsü. 16 әsr.
Qәdim dövrlәrdә indiki H. әrazisi Sahyuin mәdәniyyәti (e.ә. 200 il – eramızın 200 ili) arealına daxil idi. Eramızın ilk әsrlәrindә Lamapfo kimi tanınan H. Linyi dövlәtinin әn böyük şәhәri olmuşdur. 4 әsrdә beynәlxalq ticarәtdә iştirak edәn Lamapfo Cәnubi Çin ilә Şәrqi Hindistan arasındakı ticarәt yolunda mühüm yükboşaltma mәntәqәsi vә әn böyük port idi. 9 әsrin ikinci yarısında Lamapfo portuna gәlәn Çin, әrәb vә fars gәmilәri burada ipәk parça, mirvari, tısbağa çanağı, qiymәtli ağac növlәri ilә ticarәt aparırdılar. 1535 ildәn etibarәn avropılılar şәhәrә gәlsәlәr dә, bu rada möhkәmlәnә bilmәdilәr. 16 әsrin sonlarında H. portu xeyli genişlәndirildi vә tәdricәn Şәrqi Asiyanın әn böyük portuna çevrildi. 17 әsrin ikinci yarısı – 18 әsrin birinci yarısında hollandlar, fransızlar, ispanlar vә portuqallar burada kiçik faktoriyalarını yaratdılar. 18 әsrin sonlarında qonşu Dananq ş.-nin yüksәlişi H.-ın inki şafına ciddi zәrbә vurdu. 19 әsrin әvvәllәrindәn H. iqtisadi durğunluq dövrünü yaşayırdı. 1884 ildә Vyetnam fransızlar tәrәfindәn işğal etdildi, 1887 ildә Fransa HindÇini müstәmlәkәsinin tәrkibinә qatıldı. Müstәmlәkә dövründә (1887–1954) H. Kuanqnam әyalәtinin milli hәrәkatının mәrkәzlәrindәn biri idi. 1940 ildә Vişi rejimi ilә razılaşmaya әsasәn Vyetnam Yaponiyanın nәzarәtinә keçdi. H. Avqust inqılabında (1945) fәal iştirak etdiyinә görә “Xalq silahlı qüvvәlәrinin qәhrәmanı” fәxri adını (1998) aldı. Vyetnam müharibәsi (1959–75) gedişindә 1975 ildә H. Şimali Vyetnam qoşunları tәrәfindәn azad olundu.










