HÖKMƏLİ – Azәrb. Resp.-nın Abşeron r-nunda qәsәbә. Hökmәli ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn (Xırdalan ş.) 5 km c.-q.-dә, Abşeron yandadır. Əh. 9,9 min (2019). Tam orta mәktәb, uşaq bağçası, kitabxana, idman meydançası, tibb mәntәqәsi; mәscid var.
Bәzi tәdqiqatçılar “H.” toponiminin mәnasını “Əli hökmü” kimi izah edir, digәrlәri isә burada mәskәn salmış Hökmәli adlı şәxslә bağlayırlar. 1937 ildә şәhәr tipli qәsәbә statusunu almışdır. H.-dә arxeoloji abidәlәrdәn 9–18 әsrlәrә aid yaşayış yeri, memarlıq abidәlәrindәn 18 әsrә aid türbә var.










