Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÖKUMƏT
    HÖKUMƏT – icra hakimiyyәtinin alikollegial orqanı. H. dövlәt işlәrinin ümumi idarәetmәsini hәyata keçirir, o cümlәdәn xarici siyasәt kursunu formalaşdırır vә hәyata keçirir; milli iqtisadiyyatın komfortlu mühitini, vәtәndaşların hüquq vә azadlıqlarının reallaşdırılmasını, milli tәhlükәsizliyi vә ictimai asayişi tәmin edir, dövlәt aparatının (idarәetmә strukturlarının) effektivliyini formalaşdırır vә dәstәklәyir.
    Xarici ölkәlәrdә H.-in statusu vә formalaşma qaydası dövlәti idarәetmә forması ilә müәyyәnlәşir. Parlament idarәetmә formasında H. icraedici hakimiyyәtin kollegial daşıyıcısıdır vә әn mühüm qәrarları o, yalnız birlikdә qәbul edә bilәr. Belә ölkәlәrdә H. parlament әsasında formalaşır: parlament üzvlәri H.-in tәrkibinә daxil ola bilәr, H.-in proqramı vә H. başçısının (yaxud bütün tәrkibinin) namizәdliyi parlamentin aşağı palatasının (İtaliyada hәr iki palatanın) razılığını almalıdır. Bәzi ölkәlәrdә (Yunanıstan, İtaliya, Kanada) dövlәt başçısı seçkilәrdә qalib gәlmiş partiya liderini baş nazir tәyin edir, bәzilәrindә (Almaniya, İspaniya, Yaponiya) әvvәlcә parlament baş nazirin namizәdliyinә sәs verir, bundan sonra onun qәrarı dövlәt başçısının fәrmanı ilә qanunilәşdirilir. H.-in tәrkibi baş nazir tәrәfindәn formalaşdırılır vә dövlәt başçısının aktı ilә rәsmilәşdirilir. H. parlamentin ona etimad etdiyi zaman әrzindә hakimiyyәtdә olur vә parlament seç kilәrindәn sonra sәlahiyyәtlәrini tәhvil verir. Prezident respublikasında H. kollegial orqan kimi mövcud deyil (müvafiq olaraq baş nazir vәzifәsi, hәmçinin ona etimadsızlıq göstәrmәk imkanı yoxdur), dövlәt başçısı icraedici hakimiyyәti tәkbaşına hәyata keçirir vә öz administrasiyasını formalaşdırır. Bәzi dövlәtlәrdә (ABŞ, Ekvador) parlamentin yuxarı palatası razılıq verdikdәn sonra nazirlәrin tәyinatı hәyata keçirilir. Bu cür idarәçilik formasında vәzifәlәrin bir yerә sığmazlığı prinsipi fәaliyyәt göstәrir: nazirlәr parlament üzvü ola bilmәzlәr. Qarışıq idarәçilik respublikalarında H., bir qayda olaraq, yeni seçilmiş prezident qarşısında istefa verir, lakin yeni tәrkibinin formalaşdırılması qaydalarında milli xüsusiyyәtlәr mövcuddur. Mәs., Fransada dövlәt başçısı baş naziri tәyin etsә dә, parlamentdәki qüvvәlәr nisbәtini nәzәrә almalıdır. Prezidentin partiyası aşağı palatada çoxluğa malikdirsә, dövlәt başçısı faktiki olaraq әn mühüm nazirlәrin namizәdliyini müәyyәnlәşdirir vә H. onun rәhbәrliyi altında fәaliyyәt göstәrir. Prezident partiyası aşağı palatada çoxluğa malik deyilsә, dövlәt başçısı H.-in tәrkibinә tәsir göstәrә bilmir vә yalnız öz aktı ilә baş nazirin – parlament seçkilәrindә qalib gәlmiş partiya liderinin qәrarlarını rәsmilәşdirir. Belә H. parlament çoxluğuna әsaslanaraq, baş nazirin rәhbәrliyi altında işlәyir, prezident isә icraedici hakimiyyәtdә әhәmiyyәtli sәlahiyyәtlәrini yalnız formal olaraq saxlayır. Fransada H. üzvlәri parlament üzvü ola bilmәzlәr, lakin yerli vә regional özünüidarә çәrçivәsindә seçkili vәzifәlәr tutmağa tam ixtiyarları var. Bәzi ölkәlәrdә H. üzvlüyünә namizәd üçün xüsusi tәlәblәr nәzәr dә tutulur: doğulandan vә tәndaşlıq (Finlandiya, Meksika), yaş senzi (Braziliya), müәyyәn dini konfessiyaya mәnsubluq (Norveçdә nazirlәrin yarıdan çoxu dövlәt dininә etiqad etmәlidir), peşәsenzi (Yaponiyada yalnız mülki şәxslәr), etnik mәnsubiyyәt (İsveçrәdә H.-in yeddi üzvündәn dördü almandilli, ikisi fransızdilli, biri italyan dilli olmalıdır). Strukturuna görә H.-in kontinental vә Britaniya modellәri fәrqlәndirilir. Birinci model H.-in tәrkibinә bütün nazirlik vә idarә rәhbәrlәrinin daxil olmasını nәzәrdә tutur. İkincidә yalnız әn mühüm nazirlik vә idarә rәhbәrlәrindәn ibarәt kabinet üzvlәri H. qismindә nәzәrdәn keçirilir. Adәtәn, H. daxilindә müәyyәn bir nazirliyә başçılıq edәn nazirlәr vә ayrı-ayrı mәsәlәlәrә nәzarәt edәn portfelsiz nazirlәr fәrqlәndirilir. Nazirlәrin H.-ә fәrdi qaydada, yaxud partiya nümayәndәsi kimi daxil olmasından asılı olaraq, partiyalı vә partiyasız H.lәr mövcuddur. Parlament vә qarışıq idarәetmә formasında birpartiyalı vә bir neçә partiya nümayәndәsinin daxil olduğu koalisiyalı H.-in yaradılması mümkündür. Koalisiyalı H. parlament palatasında çoxluğa (çoxluq H.-i) sahib ola bilәr, yaxud azlıqda olmaqla (azlıq H.-i) onun tәrkibinә daxil olmayan partiyaların dәstәyini alaraq hakimiyyәtdә qala bilәr. Parlament idarә etmә formasında H. öz fәaliyyәtinә görә parlament qarşısında mәsuliyyәt daşıyır: bütünlükdә H. vә onun ayrıayrı üzvlәri öz fәaliyyәtini parlament palatası qarşısında izah etmәli vә әsaslandırmalı, hәmçinin parlament sәs verdiyi halda istefaya getmәlidir. Kollektiv mәsuliyyәt konsepsiyası H. üzvlәrinin H.-in proqramı vә kollegial qәrarları ilә bağlılığını, H.-in rәsmi siyasәtindәn fәrqli olan fikirlәrin ifadәsinin yol verilmәzliyini, H.-ә, yaxud onun başçısına etimadsızlıq göstәrildiyi, elәcә dә H. başçısının öldüyü halda kollektiv istefanı nәzәrdә tutur. Bәzi ölkәlәrdә (Yunanıstan, İtaliya, Slovakiya) parlament ayrı-ayrı nazirlәrә dә etimadsızlıq göstәrә bilәr. Nazirin fәrdi mәsuliyyәti әnәnәvi konsepsiyası nazirin öz nazirliyindә çalışan bütün әmәkdaşların hәrәkәt vә aktlarına görә mәsuliyyәt daşımasını nәzәrdә tutur, lakin onun istefasına şәxsi tәqsiri vә KİV-in, siyasipartiyaların güclü tәsiri şәraitindә yol verilir.
    Azәrb. Resp.-nın H.-i – Nazirlәr Kabineti Azәrb. Resp.-nın Prezidenti tәrәfindәn öz icra sәlahiyyәtlәrinin hәyata keçirilmәsi mәqsәdilә yaradılır. Azәrb. Resp.-nın Nazirlәr Kabineti Azәrb. Resp. Prezidentinin yuxarı icra orqanıdır. Nazirlәr Kabineti Prezidentә tabedir vә onun qarşısında cavab dehdir. H.-in iş qaydasını Prezident müәyyәnlәşdirir. Nazirlәr Kabinetinin tәrkibinә Baş nazir, onun müavinlәri, nazirlәr vә başqa mәrkәzi icra hakimiyyәti orqanlarının rәhbәrlәri daxildir. Onun iclaslarına, bir qayda olaraq, Baş nazir sәdrlik edir. Baş naziri Azәrb. Resp.-nın Milli Mәclisinin razılığı ilә Azәrb. Resp.-nın Prezidenti vәzifәyә tәyin edir. Baş nazir vәzifәsinә yaşı 30-dan aşağı olmayan, seçkilәrdә iştirak hüququna malik, ali tәhsilli, başqa dövlәt qarşısında öhdәliyi olmayan, Baş nazirin müavini, nazir, digәr mәrkәzi icra hakimiyyәti orqanının rәhbәri vәzifәsinә yaşı 25-dәn aşağı olmayan, seçkilәrdә iştirak etmәk hüququna malik, ali tәhsilli, başqa dövlәt qarşısında öhdәliyi olmayan Azәrb. Resp.-nın vәtәndaşı tәyin edilә bilәr. Baş nazir, onun müavinlәri, nazirlәr, digәr mәrkәzi icra hakimiyyәti orqanlarının rәhbәrlәri heç bir başqa seçkili vә ya tәyinatlı vәzifә tuta bilmәzlәr, elmi, pedaqoji vә yaradıcılıq fәaliyyәtindәn başqa heç bir sahibkarlıq, kommersiya vә digәr ödәnişli fәaliyyәtlә mәşğul ola bilmәzlәr, vәzifә maaşından, ha belә elmi, pedaqoji vә yaradıcılıq fәaliyyәtinә görә aldığı vәsaitdәn başqa mәvacib ala bilmәzlәr. Nazirlәr Kabineti Azәrb. Resp. dövlәt büdcәsinin layihәsini hazırlayıb Prezidentә tәqdim edir, büdcәnin icrasını, maliyyә-kredit siyasәtinin, dövlәtin iqtisadi, sosial tәminat proqramlarının hәyata keçirilmәsini tәmin edir, nazirliklәrә vә digәr mәrkәzi icra hakimiyyәti orqanlarına rәhbәrlik edir, onların aktlarını lәğv edir, Azәrb. Resp. Prezidentinin onun sәlahiyyәtlәrinә aid etdiyi digәr mәsәlәlәri hәll edir. Ümumi qaydalar müәyyәn etdikdә Nazirlәr Kabineti qәrarlar, başqa mәsәlәlәr üzrә sәrәncamlar qәbul edir; qәrar vә sә rәncamlarda başqa qayda nәzәrdә tutulmayıbsa, onlar dәrc edildiyi gündәn qüvvәyә minir. Yeni seçilmiş Azәrb. Resp.-nın Prezidenti vәzifәsini tutduğu vә sәlahiyyәtlәrini icra etmәyә başladığı gün Nazirlәr Kabineti ona istefa verir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 