Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÖKUMƏT BAŞÇISI
    HÖKUMƏT BAŞÇISI – dövlәtdә, yaxud onun özünüidarәedәn hissәsindә icraedici hakimiyyәtin ali kollegial orqanının başçısı (Nazirlәr şurasının sәdri, baş nazir, dövlәt naziri, Dövlәt şurasının sәdri vә s.).
    Hüquqi cәhәtdәn H.b.-nı vәzifәyә dövlәt başçısı (monarx, prezident) tәyin edir. Yarımmütlәqiyyәt (Sәudiyyә Ərәbistanı vә s.) vә dualist (İordaniya vә s.) monarxiyalarında kral H.b. vәzifәsinә öz istәyi ilә çox zaman qohumlarından birini tәyin edir. Klassik prezident respublikalarında (ABŞ, Braziliya vә s.) hökumәt kollegial orqan olaraq yoxdur, baş nazir vәzifәsini respublika prezidenti icra edir. Hökumәti olan prezident respublikalarında (Latın Amerikasının bәzi ölkәlәri, Türkiyә Respulikası vә s.) H.b.-nı dövlәt başçısı (prezident) öz istәyinә әsasәn tәyin edir, lakin belә H.b. faktiki olaraq hökumәtә rәhbәrlik edәn dövlәt başçısının tapşırıqları vә icazәsi ilә hәrәkәt edir (inzibatçı baş nazir).
    Parlament monarxiyaları vә respublikalarında H.b. parlamentin aşağı palatasına seçkilәrdә yerlәrin әksәriyyәtini qazanmış partiyanın (partiyalar koalisiyasının) lideri olur. Belә hallarda baş nazirin tәyinatı formal xarakter daşıyır: dövlәt başçısı yalnız H.b.-nın vә parlament çoxluğu liderinin ona tәqdim etdiyi nazirlәrin tәyinatı haqqında hüquqi aktı imzalayır. Bәzi parlament respublikalarında (Almaniya vә s.) dövlәt başçısı yalnız H.b.-nı tәyin edir, nazirlәri isә H.b. özü sәrbәst tәyin edir.
    Qarışıq prezident-parlament vә parlament-prezident respublikalarında (Belarus vә s.) H.b.-nı prezident parlamentin, yaxud onun aşağı palatasının razılığı ilә tәyin edir. H.b. hökumәtin kollegiyasına sәdrlik edir, onun iclaslarını tәşkil edir, gündәliyini müәyyәnlәşdirir, nazirlәrә tapşırıqlar verir vә onların işlәrinә nәzarәt edir. Prezident hökumәtin istәnilәn iclasına sәdrlik edә bilәr, lakin praktikada bunu nadir hallarda edir.
    Nazirlәr şurasında prezidium, hökumәt bürosu kimi daxili orqanlar yaradılmışsa, H.b. onun iclaslarına da sәdrlik edir. Hökumәtin sәdri maliyyә siyasәti, müdafiә vә s. mәsәlәlәrlә bağlı yaradılmış komitәlәrә, komissiyalara, şuralara başçılıq edә bilәr.
    Yarımmütlәq vә dualist monarxiyalarda vә inzibatçı baş nazirin olduğu prezident respublikalarında H.b. (hәm dә bütövlükdә hökumәt) yalnız dövlәt başçısı qarşısında mәsuliyyәt daşıyır, parlament qarşısında cavabdeh deyil vә hökumәtә etimadsızlıq votumu qeyri-mümkündür. Parlament monarxiyalarında vә respublikalarında H.b. (hәmdә bütövlükdә hökumәt) dövlәt başçısı qarşısında deyil, parlament (adәtәn aşağı palata) qarşısında mәsuliyyәt daşıyır. Qarışıq respublikalarda H.b. (hәm dә bütövlükdә hökumәt) hәm parlament, hәm dә dövlәt başçısı qarşısında mәsuliyyәt daşıyır (hәr ikisi onu istefaya göndәrә bilәr), lakin praktikada prezidentin rolu daha әhәmiyyәtlidir. Hökumәtin sәdri özü dә istefa verә bilәr. O, vәzifә sәlahiyyәtlәrini yerinә yetirәrkәn konstitusiyanı vә qanunları pozduğuna görә vәzifәli şәxs kimi cinayәt mәsuliyyәti (ümumi cinayәtlәrә görә adi vәtәndaş kimi mәsuliyyәt daşısa da, adәtәn, onu xüsusi mәhkәmә mühakimә etmәlidir); inzibati hüquq pozuntusuna görә inzibati mәsuliyyәt; xidmәti hüquq pozuntusuna görә intizam mәsuliyyәti; öz qeyri-qanuni hәrәkәtlәri ilә vurduğu zәrәrә görә mülki-hüquqi mәsuliyyәt daşıyır. H.b.nın (hәm dә bütövlükdә hökumәtin) hüquqi aktları qanunaltı aktlardır vә konstitusiyaya, qanunlara uyğun gәlmәlidir.
    Azәrb. Resp.-nda Azәrb. Resp.-nın Prezidenti Azәrb. Resp.-nın Milli Mәclisinin razılığı ilә Azәrb. Resp.-nın Baş nazirini vәzifәyә tәyin edir (Azәrb. Resp.-nın Konstitusiyası, maddә 118). Azәrb. Resp.-nın Baş naziri vәzifәsinә namizәdlik haqqında tәklifi Azәrb. Resp.-nın Prezidenti onun öz vәzifәlәrinin icrasına başladığı gündәn bir ay vә ya Azәrb. Resp.-nın Nazirlәr Kabinetinin istefa verdiyi gündәn iki hәftә müddәtindәn gec olmayaraq Azәrb. Resp. Milli Mәclisinin müzakirәsinә tәqdim etmәlidir. Milli Mәclis Baş nazir vәzifәsinә namizәdlik haqqında qәrarı hәmin namizәdliyin tәqdim edildiyi gündәn bir hәftәdәn gec olmayaraq qәbul edir. Göstәrilәn qayda pozularsa vә ya Prezidentin tәqdim etdiyi namizәdlәrin Baş nazir vәzifәsinә tәyin olunmasına üç dәfә razılıq verilmәzsә, Prezident Baş naziri Milli Mәclisin razılığı olmadan tәyin edә bilәr. Azәrb. Resp.-nın Baş naziri vәzifәsinә yaşı 30-dan aşağı olmayan, seçkilәrdә iştirak etmәk hüququna malik, ali tәhsilli, başqa dövlәt qarşısında öhdәliyi olmayan Azәrb. Resp.-nın vәtәndaşı tәyin edilir. Sәlahiyyәt müddәti әrzindә Azәrb. Resp.-nın Baş nazirinin şәxsiyyәti toxunulmazdır. O, cinayәt başında yaxalanma hallarından başqa tutula bilmәz, cinayәt mәsuliyyәtinә cәlb edilә bilmәz, onun barәsindә mәhkәmә qaydasında inzibati tәnbeh tәdbirlәri tәtbiq edilә bilmәz, axtarışa mәruz qala bilmәz, şәxsi müayinә edilә bilmәz. Baş nazirin toxunulmazlığına yalnız Azәrb. Resp.-nın Baş prokurorunun tәqdimatına әsasәn Azәrb. Resp.-nın Prezidenti tәrәfindәn xitam verilә bilәr.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 