HÖRMÜZD, H ü r m ü z d, H ö r m ü z, qәdim fars mәnbәlәrindә vә Avestada A h u r a M a z d a – qәdim irandilli tayfaların allahı; zәrdüştilikdә vә mәzdәkilikdә baş allah. Xeyir başlanğıcının rәmzi olan H. şәr rәmzi olan Əhrimәnә (qәdim farsca Anhra Manyu) qarşı daim mübarizә aparır. Bu mübarizә “Avesta”da әksini tapmışdır. Azәrb.-da islamın yayılmasınadәk H.-ә sitayiş mövcud idi. Gәbrlәrdә vә parslarda H.-ә sitayiş indi dә qalmaqdadır (bax hәmçinin Ahura Mazda).










