HÖRÜK – iki, bәzәn dә dörd naxış elementinin mürәkkәb şәkildә bir-birinә birlәşib-dolaşmasından әmәlә gәlәn ornament. H. bәzәyindә adәtәn, islimi, xәtai vә buta elementlәrindәn istifadә edilir. 16–19 әsrlәrdә Azәrb.-da miniatürlәrin, xalçaların, memarlıq abidәlәrinin bәdii tәrtibatında, dekorativ sәnәt nümunәlәrinin, o cümlәdәn metal, keramika, çini mәmulatlarının bәzәyindә H.-ә rast gәlinir.










