HÖRÜMÇƏKLƏR (Aranei) – hörümçәkkimilәr dәstәsi. Bәdәni (uz. 0,7–11 sm) qısa saplaqla birlәşmiş baş-döş vә qarıncıqdan ibarәtdir. Xeliserlәrә zәhәr vәzisinin axacaqları açılır. Qarıncığın arxa hissәsindә 1-4 cütәdәk hörümçәk toru ziyillәri vardır, bunlara hörümçәk toru vәzilәrinin axacaqları açılır. Geniş yayılmışdır. 42 minә yaxın növü var. 3 yarımdәstә: qarnı buğumlu H. (Liphistiomorphae, 50-dәn az primitiv tropik növ); quşyeyәn H. (Mygalomorphae, 2100-ә yaxın növ, әsasәn tropiklәrdә); ikiciyәrli H. (Araneo morphae, H.-in tәqr. 90 fәsilәdә birlәşdirilmiş növlәrinin әksәriyyәti). Daim yerini dәyişәn H.-lә yanaşı, mürәkkәb ovlama toru, yuvacıq vә ya yuva quranlar da var. Hәşarat vә digәr onurğasızlarla qidalanan yırtıcılardır. İnsan üçün qaraqurd vә tarantulun sancması tәhlükәlidir.

Əd.: И в а н о в А. В. Пауки, их строение, образ жизни и значение для человека. Л., 1965; М и х а й л о в К. Г. Общая арахнология: краткий курс. М., 2012. Ч. 2: Пауки: морфология, анатомия, биология










