HÖYRE (Høyre – sağ) – Norveçin aparıcı siyasi partiyalarından biri. Əsası 1884 ildә qoyulmuşdur. 1880-ci vә 1890-cı illәrdә böyük nüfuza malik olmuşdur. 1903–06 illәrdәn başqa, stortinqdә (parlament) çoxluğa malik olmamış, azlıq, yaxud koalisiyalı hökumәtlәr formalaşdırmışdır. 1920-ci illәrdәn 1997 ilә qәdәr H. parlament seçkilәrin dә hәmişә ikinci vә üçüncü yerlәri qazanmışdır. Dünya müharibәlәri arası dövr dә H.-nin tәsiri zәif olsa da, 1945–73 illәrdә seçicilәrin 20%-i partiyaya sәs vermişdi. 1975–81 illәrdә mәrkәzçi mövqelәrә keçmәsi vә cәmiyyәtdә ifrat solçu әhvali-ruhiyyәnin tәnәzzülü sәbәbindәn H.-nin nüfuzu artmışdı. 2015 il kommuna vә quberniya seçkilәrindә H.-nin nümayәndәlәri seçicilәrin 23,2%-nin sәsini almışdır. Bu, H. üçün rekord sayılan 2011 il göstәricisindәn (28,3%) 5% azdır. H.-nin proqramına (1971) görә, partiya xristian mәdәni dәyәrlәri әsasında mühafizәkar siyasәt yürütmәyә, şәxsi azadlıqlara, sosial mәsuliyyәtә, demokratiyaya әmәl olunması mәqsәdilә qanunun aliliyini vә demokratiyanı tәmin etmәyә çalışır. Partiya Norveçin Aİ ilә inteqrasiyasının ardıcıl tәrәfdarıdır.










