HRON – Slovakiyada çay. Dunay çayının sol qolu. Uz. 289 km, hövzәsinin sah. 5465 km2-dir. Alçaq Tatra d-rının c. yamaclarından başlanır. Yuxarı vә orta axını Qәrbi Karpat d-rının dәrә vә dağarası çuxurlarında, aşağı axını Orta Dunay düzәnliyindәdir. Yazda gursuludur. Ağac axıdılır. SES var. Banska-Bistritsa vә Zvolen ş.-lәri H sahilindәdir.

Hron çayı. Banska-Bistritsa şәhәri yaxınlığı.










