HU TEGİN, K u t T e g i n (?–839) – Ötükәn uyğurlarının xaqanı [832–839]. 832 ildә qohumu Gesa xanın yaxınları tәrәfindәn öldürülmәsindәn sonra Qaraqo rumda H.T. (Çin dilindә Hu-dele; farsca Hutuqlan xaqan) Aydınlıq uluq Munmiş Külüg Bilgә Can-sin xan titulu ilә hakimiyyәtә gәlmişdir. Çin şahzadәsi ilә evlәnmişdir. Onun dövründә Uyğur xaqanlığı xeyli zәiflәmiş, әyanlar arasında rәqabәt artmış, әsarәtdә olan tayfaların azadlıq uğrunda mübarizәsi davam etmişdir. 839 ildә kömәyinә gәlәn şatlara arxalanaraq әyan Külüg bәyin (Çin dilindә Güylofu) Qaraqoruma hücum etmәsi H.T.-in intiharına sәbәb olmuşdu. Üsyana rәğbәt göstәrәn әyanlar hakimiyyәtә azyaşlı Kesi Tegini gәtirmişdilәr.










