HUDEYDƏ (
) – Yәmәn Resp.-nda şәhәr. Hudeydә mühafazasının inz. m. Əh. 402,6 min (2004). Qırmızı dәnizdә ölkәnin mühüm portu. Beynәlxalq aeroport. Balıq sәnayesi kompleksi, mexaniki, pambıq tәmizlәmә, yeyinti, tütün, ağac emalı müәssisәlәri, pambıq parça f-ki fәaliyyәt göstәrir. Qәhvә, quru meyvә, dәri vә pambıq ixrac edilir. Şәhәrin köhnә hissәsindә Babәl- Müşrif darvazası, Cümә mәscidi var.
İlk dәfә yazılı mәnbәlәrdә 1454–1455 illәrdә qeyd edilir. 1520-ci illәrdә Osmanlı imperiyası tәrәfindәn tutulmuş vә sonralar Yәmәn vil.-nin әsas portlarından biri olmuşdur. 17 әsrdәn Yәmәn imamlıqlarının nәzarәtindә idi. 19 әsrdә yenidәn türklәrin hakimiyyәtinә keçmiş, 1899 ildә Hudeydә vil.-nin mәrkәzi olmuşdur. Birinci dünya müharibәsi gedişindә bir müddәt ingilis qoşunları tәrәfindәn tutulmuş, müharibәdәn sonra Əsir әmirliyinә verilmişdir. 1925 ildәn Yәmәn Mütәvәkkil krallığının tәrkibindәdir.










