HUGENOTLAR (fr. huguenots; ehtimal ki, alm. Eidgenossen – müttәfiqlәr sözündәndir) – 16–18 әsrlәrdә fransız protestantları (kalvinistlәr); dar mәnada, kral hakimiyyәtinin mәrkәzlәşdirmә siyasәtindәn narazı qalan Fransa zadәganlarının vә şәhәr yuxarı dairәlәrinin bir qisminin (әsasәn, Fransanın c. vә q. rayonlarında) dini-siyasi qruplaşması. Hugenot müxalifәti ilk dәfә 1560 ilin martında, H. Ambuaz ş.-ndә kral II Fransiski tutaraq ondan feodalların vә şәhәrlәrin әvvәlki siyasi imtiyazlarının bәrpasını, hәmçinin kilsә mülkiyyәtinin onların xeyrinә müsadirә olunmasını tәlәb etmәk cәhdi zamanı özünü göstәrdi. Cәhd uğursuz olsa da, hugenot müxalifәti katolik Valua sülalәsilә tәmsil olunan mәrkәzi hakimiyyәtә qarşı fәaliyyәtini davam etdirirdi. 1572 ildә Parisә Navarralı Henrixin (gәlәcәk kral IV Henrix) nikah mәrasiminә gәlәn H.-ın kütlәvi qırğını (Varfolomey gecәsi) baş verdi. H. ilә katoliklәr arasındakı münaqişә aramsız hәrbi toqquşmalara –Dini (hugenot) müharibәlәrә çevrildi. Bu müharibәlәrә H.-a bir sıra dini vә siyasi güzәşt verәn Nant edikti (1598) son qoydu. Mütlәqiyyәtin möhkәmlәnmәsi H.-ın hüquqlarının ardıcıl mәhdudlaşdırılması ilә müşayiәt olunurdu. XIII Lüdovikin hakimiyyәti zamanı 1628 ildә hugenot müxalifәtinin iki dayaq mәntәqәsi olan La-Roşel әlә keçirildikdәn vә Langedok tabe edildikdәn sonra H.-ın siyasi muxtariyyәtinә son qoyuldu. 1685 ildә Nant ediktini lәğv edәn XIV Lüdovikin dövründә H.-ın dini azadlıqları da әllәrindәn alındı, onların çoxu Fransanı tәrk etmәyә vadar oldu. H.-ın vәtәndaş vә dini hüquqları yalnız Böyük Fransa inqilabı (18 әsr) dövründә bәrpa edildi.










