Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HUK 
    HUK (Hooke) Robert (18.7.1635, Uayt a.sı, Freşuoter – 3.3.1703, London) – ingilis tәbiyyatşünası, ixtiraçı, memar. London Kral Cәmiyyәtinin üzvü (1663). Bu cәmiyyәtin katibi (1677–82) vә eksperiment kuratoru (1662–88; onun vәzifәsinә tәbiәtin yeni qanunlarını sübut edәn tәcrübәlәrin hәftәlik nümayişi daxil idi). Oksford Untindә oxumuş, burada R.Boylun assistenti olmuşdur. London Un-tinin prof.-u (1665 ildәn). H.-un elmi maraq dairәsi geniş idi. O, mexanika, optika, istilik hadisәlәri, astronomiya vә biologiyaya dair tәdqiqatlar aparmışdır. Elastiklik qanununu (Huk qanunu) kәşf etmiş, ümumdünya cazibә qanununun kәşfinә yaxın olmuş, istiliyi maddә hissәciklәri hәrәkәtinin nәticәsi hesab edәrәk flogiston fәrziyyәsinin әleyhinә çıxmışdır, termometrin sabit nöqtәlәrini (tәqr. 1660, H.Hüygenslә birlikdә), cisimlәrin qaynama vә әrimә nöqtәlәrinin sabitliyini müәyyәn etmişdir. İşığın dalğa nәzәriyyәsinin tәrәfdarı kimi fiziki optikanın әsasını qoymuş, nazik plyonkalarda optik hadisәlәri, işığın difraksiyasını öyrәnmiş, işıq dalğalarının eninә olması fәrziyyәsini irәli sürmüşdür. Bir sıra fizika vә astronomiya cihazlarını ixtira etmiş, hava nasosunu, (R.Boyl ilә birlikdә), mikposkopu tәkmillәşdirmişdir. Planetlәrin müşahidәsi vә onların hәrәkәt nәzәriyyәsi ilә mәşğul olmuşdur. Marsın fırlanma dövrünü ölçmüş, Yupiterdә böyük qırmızı lәkәni (1665, C.Kassinidәn asılı olmadan), onun öz oxu әtrafında fırlanmasını, bir sıra digәr astronomik kәşflәri etmişdir. Ulduzların sayrışmasının, yalançı günәşlәr hadisәsinin, ay kraterlәrinin әmәlә gәlmәsinin vә s. izahını tәklif etmişdir. Zәlzәlәlәrin vә vulkanik fәaliyyәtin “yeraltı od”la әlaqәsinә dair fәrziyyә söylәmişdir.
    Daşlaşmaların vә süxur çöküntülәrinin Ümumdünya daşqını nәticәsindә әmәlә gәldiyini iddia etmişdir. Bitki toxumalarını mikroskop altında müşahidә etmәklә onların hüceyrә strukturunu kәşf vә tәsvir etmiş, “hüceyrә” terminini elmә daxil etmişdir. Süni ipәk alınması ideyasını irәli sürmüşdür. Bir sıra texniki ixtiralar H.-a mәxsusdur: su nasosu (1659), dişli çarxların xüsusi sistemi (1666), cib saatlarının yaylı ötürücüsü (saatı qurmaq üçün), külәyin sürәtini ölçәn cihaz, optik teleqraf (1684). 1866 il yanğınından sonra Londonun bәrpasında memar kimi iştirak etmiş, onun layihәlәri әsasında bir neçә bina, o cümlәdәn Londonda “Bedlam” psixiatriya hospitalı ansamblı tikilmişdir.
    Ə s ә r l ә r i: Micrographia,1665, L.,1667; Posthumous vorks, L.,1705.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 