Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HUMANİSTİK PEDAQÓGİKA
    HUMANİSTİK PEDAQÓGİKA – tәrbiyә nәzәriyyәsi vә tәcrübәsindә istiqamәt; 1950-ci illәrin sonu – 1960-cı illәrin әvvәllәrindә ABŞ-da humanistik psixologiya ideyalarının pedaqoji ifadәsi kimi meydana gәlmişdir. H.p.-nın fәlsәfi-ideoloji yönlәnmәsi pedosentrizm, yeni tәrbiyә vә “proqressivizm” ideyalarına yaxındır. H.p.-nın әsas hәdәfi özünü aktuallaşdırmaya, yeni bilik vә tәcrübәlәri mәnimsәmәyә can atan unikal bütöv şәxsiyyәtdir. Şagirdin şüurlu seçim etmәdiyi biliklәri vә sosial normaları ona formal şәkildә ötürәn әnәnәvi pedaqogikadan fәrqli olaraq, H.p. şagirdin şәxsiyyәt potensialının üzә çıxması, öz tәlәbat vә maraqlarının dәrki üçün әlverişli şәraitin yaradılmasına istiqamәtlәnmişdir. H.p. әnәnәvi tәhsildә kök salmış sosial sifarişin yerinә yetirilmәsinә yönәlmәni qәbul etmir. H.p. tәdrisin istәnilәn formasını planlaşdırılmayan vә çevik (mәs., açıq tәhsil) tәhsildәn ciddi tәşkil olunmuş tәhsil formalarına (mәs., proqramlaşdırılmış tәhsil) hamısını tәtbiq edir. H.p.-nın tәşkilati-metodiki tövsiyәlәri, mәs., ibtidai mәktәbdә tәhsilin emosional vә idraki aspektlәrinin birlәşdirilmәsini nәzәrdә tutan “birlәşmiş tәhsil” (C.Braun, ABŞ), hәmçinin şagirdlәrin cәmiyyәtdә öz yerinin dәrkinә kömәk mәqsәdi daşıyan “direktivsiz tәhsil” (K.Rocers) konsepsiyalarında işlәnib hazırlanır. H.p.-nın beynәlxalq alәmdә tanınan ideyaları bir çox ölkәdә (әsasәn, ABŞ) tәhsilin mәzmununun seçilmәsinә, ibtidai, orta vә ali mәktәblәrdә tәdris kurslarının tәşkilinә tәsir göstәrir, bәzi beynәlxalq pedaqoji proqramlarda (mәs., “Dünyәvi tәrbiyә”) öz әksini tapır. 1960-cı illәrin ortalarından ABŞ-da H.p.-nın tәrәfdarlarını birlәşdirәn Milli Konsorsium fәaliyyәt göstәrir.
    Azәrb. Resp.-nın Tәhsil Nazirliyi nәzdindәki Tәhsil Problemlәri İn-tunda Humanist pedaqogika mәrkәzi (2014) fәaliyyәt göstәrir.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 