Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HUMANİSTİK PSİXOLÓGİYA
    HUMANİSTİK PSİXOLÓGİYA – insanı onun әn ali tәzahürlәri (şәxsiyyәtin inkişafı vә özünügerçәklәşdirmәsi, onun dәyәr vә mәqsәdlәri, sevgi, yaradıcılıq, azadlıq, mәsuliyyәt, muxtariyyәt, dәruni ünsiyyәt, transsendensiya vә s.) әsasında öyrәnәn psixologiya cәrәyanı.
    H.p. cәrәyan kimi 1960-cı illәrin әvvәlin dә ABŞ-da formalaşmışdır. Onun tәrәfdarları özlәrini bir tәrәfdәn insan davranışını heyvanların davranışı ilә oxşar şәkildә vә tamamәn xarici stimullardan asılı olaraq nәzәrdәn keçirәn biheviorizmә, digәr tәrәfdәn insanın hәyatında şüursuz meyillәr vә komplekslәrin rolunu böyüt düyünә görә tәnqid olunan psixoanalizә qarşı qoyaraq, “üçüncü qüvvә” adını almışlar. 1961 ildәn “Humanistik psixologiya jurnalı” (“Journal of Humanistic Psychology”) nәşr olunmuş, 1962 ildә H.p. assosiasiyası yaradılmış, 1970 ildә birinci Beynәlxalq H.p. konqresi keçirilmişdir.
    H.p. inkişaf vә özünügerçәklәşdirmә qüvvәsinә malik, xarici determinasiyalardan müәyyәn dәrәcәdә azad, kәnar vәziyyәtlәrә münasibәtdә mәna vә dәyәrlәrә әsaslanan müxtәlif mәktәblәrin konqlomeratından ibarәtdir. H.p. nümayәndәlәri (A.Maslou, R.Mey, K.Rocers, Ş.Bühler, C.Bücental) insana mexanistik yanaşmaya (bu yanaşma psixologiyaya tәbiyyat elmlәrindәn keçmişdi) qarşı çıxırdılar.
    İnsanın dünyanı vә özünü bu dünyanın bir parçası olaraq hiss etmәsi H.p.-da başlıca psixoloji reallıq kimi nәzәrdәn keçirilir, hәm dә dünya özü fenomenoloji anlamda – subyektә onun tәcrübәsi vә yaşantılarında verilmiş, subyektin öz dәyәr vә mәqsәdlәri prizmasından keçmiş gerçәklik kimi götürülür. H.p.-da hәr bir insanın unikallığı irsiyyәt vә әtraf mühit amillәri ilә şәrtlәnәn fәrdi fәrqlәrdәn deyil, ilk növbәdә insanın özü tәrәfindәn reallaşdırılan hәyati dәyәr vә mәqsәdlәrin unikallığından qaynaqlanır. İnsan hәyatı tәşәkkül vә varolmanın vahid prosesi kimi nәzәrdәn keçirilir: insan eyni zamanda hәm olduğu, hәm dә olmağa çalışdığı kәsdir.
    Yeni dövr humanizminin ideya әnәnәlәrinә әsaslanan H.p. ekzistensializm fәlsәfәsinin müxtәlif variantlarından, hәmçinin fenomenologiya vә Şәrqin bir sıra fәlsәfidini tәlimlәrindәn tәsirlәnmişdir. H.p.-ya yaxın ideyalara A.Adler vә K.Q.Yunqun son әsәrlәrindә, elәcә dә 1930–60-cı illәrin bir çox psixoloqlarında (Q.Olport, H.Mürrey, Q.Mörfi, C.Kelli, E.Fromm) rast gәlinir.
    H.p.-nın meydana çıxması müharibәdәn sonrakı Amerikada mәdәni vәziyyәtlә, gәlәcәk qarşısında qorxunun, tәnhalıq vә yadlaşmanın geniş yayılmasıyla әlaqәli idi. Ənәnәvi dәyәrlәr sisteminin dağıdılması vә hәyatın praqmatiklәşmәsi hәqiqi vә dәrin insani münasibәtlәrә canatma ilә onları qurmağın qeyri-mümkünlüyü arasında ziddiyyәtә sәbәb olmuşdu. Bu böhranlı vәziyyәti dәrketmә tәşәbbüslәrindәn biri olan H.p. 1960-cı illәrdә gәnclәr әks-mәdәniyyәtinә, o cümlәdәn hippi hәrәkatına tәsir göstәrmişdir.
    H.p.-nın praktikada әsas tәtbiq sahәlәri: H.p.-nın әsasını tәşkil edәn bir çox ideyaların yarandığı vә inkişaf etdiyi psixoterapiya; müәllimin şagirdlә direktivsiz qarşılıqlı әlaqәlәri prinsipinә (bu zaman müәllim şәxsiyyәt formalaşdırmağa cәhd etmir, onun özünügerçәklәşdirmәsi vә yaradıcılıq qabiliyyәtinin inkişafı üçün şәrait yaradır) әsaslanan pedaqogika. H.p.-nın tәtbiqinin geniş yayılmış formalarından biri şәxsiyyәtin inkişafına vә şәxsiyyәtlәrarası әlaqәyә yönәlmiş treninqlәr idi.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 