Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HUMANİTAR YARDIM 
    HUMANİTAR YARDIM – bir, yaxud bir neçә dövlәtin, hökumәtlәrarası vә ya qeyrihökumәt tәşkilatlarının humanitar böhranlar, tәbii fәlakәtlәr, aclıq, silahlı münaqişәlәr, yaxud hәr hansı digәr fövqәladә vәziyyәtlәrin qurbanlarına zәruri yardımın tәmin edilmәsinә yönәlmiş humanitar fәaliyyәtlәrinin mәcmusu. H.y. qida mәhsulları, dәrman lәvazimatı, isti geyim vә s.-in verilmәsi şәklindә hәyata keçirilir. Tәbii fәlakәtlәr vә hәrbi toqquşmaların qurbanlarına H.y.-ın göstәrilmәmәsi müasir beynәlxalq hüquq tәrәfindәn insan hәyatına tәhdid, insan lәyaqәtinin alçaldılması vә insan hüquqlarının pozulması kimi qiymәtlәndirilir.
    1980-ci illәrin ortalarına qәdәr H.y. problematikası, әsasәn, tәbii fәlakәtlәrin aradan qaldırılmasına şamil edilirdi. Lakin ölkәdaxili münaqişәlәrin vә humanitar böhranların artması nәticәsindә H.y.-ların verilmәsi konsepsiyası dәyişdi. Humanitar tәşәbbüslәr BMT Nizamnamәsinin VII fәsli çәrçivәsindә insan әzablarının beynәlxalq sülh vә tәhlükәsizlik üçün tәhdid yaratmasına istinad etmәklә, әsasәn, BMTnin himayәsi altında hәyata keçirilmәyә başladı. H.y.-ın göstәrilmәsi imkanı BMT Baş Assambleyasının qәtnamәlәrindә (43/131, 1988 il, 45/100, 1990 il, 46/182, 1991 il) rәsmәn әksini tapdı vә ilk dәfә orada ölkәdaxili fövqәladә vәziyyәtlәr zamanı yardımın göstәrilmәsi şәrtlәri vә prinsiplәri müәyyәnlәşdirildi. Bu qәrarlara әsasәn H.y. bütün qurbanlara fәrq qoyulmadan göstәrilir, zorla qәbul etdirilmir vә daxili işlәrә qarışmama prinsipi ilә kәsişmir. Humanitar aksiyalara qanuni xarakter vermәk üçün әrazisindә belә әmәliyyat keçirilәn dövlәtin razılığı tәlәb olunur. H.y.-ın zәrәrçәkәnlәrә sәrbәst şәkildә (zәrәrçәkәn dövlәt, yaxud onun qonşuları tәrәfindәn maneә törәdilә bilmәz) çatdırılması prinsipinin bәyan edilmәsinә baxmayaraq, zәrәr çәkәn dövlәtin su verenliyi tәsdiq edilir. O, humanitar aksiyanın tәşkili, koordinasiyası vә hәyata keçirilmәsindә aparıcı rola malikdir.
    H.y. aşağıdakı icbari prinsiplәrә әmәl etmәklә hәyata keçirilir: humanistlik (zәrәrçәkәnlәrin ehtiyaclarından çıxış etmәk); neytrallıq (qarşıdurma aparan münaqişә tәrәflәrinin siyasi vә hәrbi mәqsәdlәrinә münasibәtdә); proporsionallıq (H.y.-ın paylanmasında); qeyri-asılılıq (iştirakçı beynәlxalq tәşkilatların siyasi mәqsәdlәrindәn vә ayrı-ayrı dövlәtlәrin milli maraqlarından); münaqişә qurbanlarına mәhdudiyyәtsiz çatmaq imkanı; hakimiyyәt orqanları ilә konstruktiv dialoq.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 