HÚMBOLDT – ABŞ-ın q.-indә çay. Uz. tәqr. 600 km, hövzәsinin sah. 37,6 min km2. Böyük Hövzә yaylası hüdudlarında axır. Humboldt gölünә tökülür. Yağış suları ilә qidalanır. Dekabrdan mayadәk gursuludur; çox vaxt quruyur. Ortaillik su sәrfi 6–7 m3/san (maks. tәqr. 150 m3/san). Bir neçә su anbarı (әn böyüyü Ray-Patç) yaradılmışdır. Suvarmada istifadә olunur. H. dәrәsindәn avtomobil yolu vә Transkontinental d.y. keçir. A. fon Humboldtın şәrәfinә adlandırılmışdır.

Humboldt çayı.










