HUMİD İQLİM (lat. humidus – rütubәtli) – ifrat rütubәtli iqlim; H.i. atmosfer yağıntılarının buxarlanması üçün günәş istisi miqdarının kifayәt qәdәr olmadığı vilayәtlәrdә müşahidә edilir. Sәthi axınla kәnarlaşdırılan artıq sular erozion relyef formalarının yaranmasına sәbәb olur. Meşә bitkilәri sәciyyәvidir. H.i. iki tipә bölünür: qütb (çoxillik donuşluqla) vә freatik (qrunt suları ilә). Termin A.Penk tәrәfindәn tәklif olunmuşdur.










