HUMOLİTLƏR – bataqlıq şәraitindә alibitki qalıqlarının çevrilmә mәhsulu. İlkin materialın tәrkibindәn asılı olaraq h u m i t l ә r ә vә l i p t o b i o l i t l ә r ә bölünür. H.-i hәmçinin h u m u s k ö m ü r l ә r i dә adlandırırlar. Bir sıra tәdqiqatçılar humus kömürlәrinә yalnız humitlәri aid edirlәr. Dünya kömür ehtiyatının 97%-indәn çoxu H.-in payına düşür. H. kiçik yataqlar yaxud iri kömür hövzәlәri tәşkil edir. Ali bitkilәr Devon dövründә meydana gәldiyindәn Devon yaşlı H.-ә rast gәlinir. H.-in sәnaye әhәmiyyәtli hövzәlәri (Don -bas, Yuxarı Sileziya, Cәnubi Uels, Saar-Lotaringiya, Appalaç, İllinoys vә s.) Daş kömür dövründә yaranmışdır.










