HUN İMPERİYALARI – hunlar (hunnular) tәrәfindәn müxtәlif dövrlәrdә vә müxtәlif әrazilәrdә yaradılmış dövlәtlәr.
B ö y ü k H u n i m p e r i y a s ı. Çin mәnbәlәrinә görә, e.ә. 3 әsrin ortalarından Asiya çöllәrindә köç edәn hunnular e.ә. 220 ildә Teoman (Tuman) şanyuyun başçılığı ilә indiki Monqolustanın әrazisindә güclü konfederasiya yaratmışdılar. Mahir süvarilәr olan hunnuların qoşunu 300 min oxatan atlıdan ibarәt idi. Çinlilәr hunnuların hücumlarının qarşısını almaq mәqsәdilә “Böyük Çin sәddini” inşa etmişdilәr. E.ә. 209 ildә şanyuy Mode (Mete) hunnuların konfederasiyası әsasında böyük imperiya qurmuşdu. İpәk yoluna nәzarәt uğrunda Xan imperiyasına qarşı apardığı mübarizә e.ә. 200 ildә Metenin qәlәbәsi ilә nәticәlәnmişdi. E.ә. 2 әsrdә yueçjilәrә qalib gәldikdәn sonra hunnular Şәrqi Asiyanın çöl zonasında vә Mәrkәzi Asiyada әsas hәrbisiyasi qüvvәyә çevrilmişdilәr. Böyük Hun imperiyası Monqolustanın vә Cәnubi Sibirin böyük hissәsini әhatә edirdi.
Tәqr. e.ә. 46 ildә Çinlә vә syanbi tayfaları ilә müharibәlәr, hәmçinin konfederasiyaya daxil olan tayfalar arasındakı ara çәkişmәlәri nәticәsindә imperiya Şәrqi Hun vә Qәrbi Hun dövlәtlәrinә bölündü. Şәrqi hunlar Çin imperatorunun ali hakimiyyәtini tanıdı, qәrbi hunlar isә Orta Asiyaya sıxışdırıldı. Eramızın 93 ilindә İx-Bayan yaxınlığındakı vuruşmada Çin imperatorunun ordusu ilә syanbilәrin, dinlinlәrin vә çeşilәrin qoşunlarının koalisiyası hunları mәğlub etdi. 155 ildә syanbilәrin başçısı Tyan şixuay hunları darmadağın etdi, bu mәğlubiyyәt hun etnosunun dörd hissәyә parçalanması ilә nәticәlәndi. Bunlardan birincisi syanbilәrlә qaynayıb qarışdı, ikincisi Çinin әrazisinә köçdü, üçüncüsü Tarbaqatay dağ silsilәsinin dәrәlәrindә vә Qara İrtış çayının hövzәsindә qaldı, dördüncüsü isә döyüşә-döyüşә qәrbә doğru çәkildi vә tәqr. 158 ildә Dionisi Periegetin mәlumatına görә Volqaya gәlib çıxdı. Qәrbә çәkilәrkәn hunların bir hissәsi Yeddisu vә Qәrbi Sibir әrazilәrindә mәskunlaşaraq Yueban dövlәtini (160–490) yaratdı. Çin әrazisindә mәskunlaşan hun sәrkәrdәlәrindәn biri Li Yuan 304 ildә özünü bütün hunların şanyuyu vә Şimali Xan dövlәtinin imperatoru elan etdi. 329 ildә Li Yuan digәr hun sәrkәrdәsi Şi Le tәrәfindәn devrildi. 4–5 әsrlәrdә cәnubi hunların Şimali Çin әrazisindә Şimali Xan (304–318), Erkәn Çjao (318–329), Son Çjao (329–351), Şimali Lyan (397–439) vә Sya (407–431) dövlәtlәri mövcud idi. 5 әsrdәn sonra hunlar Çin mәnbәlәrindә qeyd olunmur.
A ğ h u n ( e f t a l i l ә r ) i m p e r i y a s ı 4–6 әsrlәrdә Orta Asiya vә Şәrqi Türküstan әrazilәrindә mövcud olmuşdur. Sasanilәrә qarşı doqquz il (349–358) müharibә aparmış ağhunların qarşısını alan Sasani şahı Bәhramqurun ölümündәn sonra Ağ hun imperiyasının İrana tәzyiqi yenidәn güclәndi. Ağhun hökmdarı Ağsunvar Telekanı, Tirmizi (459) vә Şimali Hindistanda Pәncabı (470) imperiyanın tәrkibinә qatdı. 499 ildә Qubad ağhunların 30 minlik süvari qoşununun yardımı ilә İranda hakimiyyәti yenidәn әlә keçirdi. 6 әsrin әvvәllәrindә Şimali Hindistan vә Orta Asiyada Kuça, Karaşar, Qәndәhar, Ağsu әrazilәri Toraman xan vә oğlu Mihirakul xan tәrәfindәn әlә keçirildi vә İpәk yolunun bir hissәsi nәzarәtә alındı. Göytürklәrә qarşı avarlarla ittifaq yaratmasına baxmayaraq Ağhun imperiyası 6 әsrin ikinci yarısında süqut etdi.
Q ә r b i H u n ( A v r o p a H u n l a r ı ) i m p e r i y a s ı. Qәrbә çәkilәn hunlar Şimali Qafqazda, Krımda vә Şәrqi Avropada mәskunlaşdılar. Avropa әrazisindә Hun imperiyasının banisi hunların başbuğu Balamir (Balamber) [tәqr. 374–378] hesab olunur. 374 ildә Balamir ostqotları özünә tabe etdi. 376 ildә Dnepr sahillәrindә vestqotlara qalib gәldi. 378 ildә hunlar Pannoni yada mәskunlaşdılar. 395 ildә hunlar Bazukun vә Kursixin başçılığı ilә Cәnubi Qafqaz әrazisinә yürüş etdilәr. İmperiyanın әrazisi Ruanın [tәqr. 410–434] vә Attilanın [434–453] hakimiyyәti illәrindә xeyli genişlәndi. 445–453 illәrdә hunlar Attilanın başçılığı ilә gәlәcәk Almaniya, Fransa vә Şimali İtaliya әrazilәrini istila etdilәr, Roma imperiyası üzәrinә vergi qoydular. Nedao yaxınlığındakı vuruşmada (450-ci illәrin birinci yarısı) mәğlubiyyәtlәri nәticәsindә hunlar Dunayın aşağı axarına, Azovyanı vә Xәzәryanı әrazilәrә çәkildilәr. Attilanın oğlu Ellak (Ernak, Heran) 451 ildә Albaniyaya yürüş edәrәk Bizansın hüdudlarına çatdı. Q a f q a z (V o l q a b o y u) Hun d ö v l ә t i (tayfa konfederasiyası) 6 әsrin birinci yarısında Şimali Qafqazda vә Aşağı Volqaboyunda mövcud olmuşdur. 6 әsrin әvvәllәrindә hunların hökmdarı Bolax (Valax) idi. Ondan sonra hakimiyyәtә Ziliqd (Zilgibi) gәldi. Bizans imperatoru Yustinianın müttәfiqi olan Ziliqd Sasanilәrә qarşı 26-minlik qoşun yeritdi, lakin döyüşlәrin birindә hәlak oldu. 6 әsrin birinci yarısında hunların arasında xristianlıq yayılmağa başladı. Sasani şahı Qubadın müttәfiqi olan Stiraks 520 ildә әsir alınaraq Bizans imperatorunun yanına göndәrildi. 558 ildә hunlar avarlar tәrәfindәn darmadağın olundular, onların bir qismi (sabirlәr, utiqurlar) Albaniya әrazisinә köçdü.










