HUNLAR (yun. Ούννοι, lat. Hunni) – Avropaya Asiyadan gәlmiş qәdim xalq. Mәnbәlәrdә adları ilk dәfә tәqr. 375 ildә, onlar tәrәfindәn Hermanarixin başçılıq etdiyi ostqotlar birliyinin darmadağın edilmәsi ilә әlaqәdar qeyd olunur. Bundan әvvәl şәrqdәn gәlmiş H. Şimali Qafqaz vә Donboyunda yaşayan alanları tabe etmişdilәr. H.-ın antik müәlliflәr tәrәfindәn eramızın ilk әsrlәrindә Avropadakı hadisәlәrlә bağlı qeyd olunan unnularla eynilәşdirilmәsi adların oxşarlığı kimi qiymәtlәndirilir. H.-ın hunnularla әlaqәsi haqqında fikir bir çox tәdqiqatçı tәrәfindәn qәbul edilsә dә, tәkzibolunmaz sübutlara malik deyil. Lakin H.-ın monqol irqinә aidiyyәti, köçәri hәyat tәrzi vә Mәrkәzi Asiya әrazilәri ilә әlaqәlәri şübhәsizdir. H.-ın dili mәlum olmasa da, bir sıra qәnaәtlәrә görә türk dillәrinin qәdim qatına aid olmuşdur.
Alanları vә qotların şәrq qruplarını, daha sonra Şәrqi Avropanın c.-undakı bir sıra digәr xalqları da tabe edәn H. 4 әsrin sonlarında burada aparıcı hәrbi vә siyasi qüvvәyә çevrilәrәk Xalqların böyük köçünün başlanğıc mәrhәlәsindә mühüm rol oynamışlar. 370-ci illәrdә H.-ın iri birliklәrindәn birinә Balamber başçılıq edirdi. H.-ın bәzi qrupları qotlar vә alanlarla birgә Alatey vә Safrakın (Safraksın) birliyinә daxil idi. 379 ildә imperator I Feodosi tәrәfindәn darmadağın edilmiş bu vә ya digәr birliklәrdәki H. 388 vә 394 illәrdә imperator taxtının qәsbkarlarına qarşı mübarizәyә cәlb olunmuşlar. 394/395–398 illәrdә H. Balkanlara vә Cәnubi Qafqaza yürüşlәr etmiş, Suriyaya qәdәr gedib çıxmışlar. 5 әsrin әvvәllәrindә Aşağı Dunayboyunda Uldinin (Uldisin) başçılığı ilә H.-ın (Dunay boyunda bir sıra xalq onların tabeliyindә olmuşdur) güclü birliyi mövcud idi. Hun dәstәlәri Stilixon tәrәfindәn Radaqaysın hәrbi birlәşmәsinә, hәmçinin vestqotlara qarşı mübarizәdә istifadә olunurdu. Tәqr. 405–408 illәrdә H.Aetsini girov qismindә saxlayırdılar. 408–409 illәrdә H. Şәrqi Roma imperiyasına yürüşlәr etsәlәr dә, onların hücumları dәf olundu. H.-dan ibarәt qvardiyaçılar dәstәsi imperator Honoriyә xidmәt edirdi. Tәqr. 412 ildә romalıların vә“hun başçılarından birincisi” olan Xaratonun iştirakı ilә H.-ın hökmdarı Donat öldürüldü. Tәqr. 415–420/421 illәrdә H. İrana da yürüş etdilәr.
420-ci illәrdә H.-ın konsolidasiyası başlamışdı. Uptarın (Oktarın) burqundlara qarşı yürüşdә hәlak olmasından (430) sonra Rua (Ruqa) tәkbaşına hökmdar oldu. 434 ildә Ruanı qardaşı oğulları Attila vә Bleda әvәz etdilәr (445 ildә Attila tәkbaşına hökmdar oldu). 427 (yaxud 433) ildә Qәrbi Roma imperiyası ilә bağlanan sülh müqavilәsinә görә Pannoniya torpaqları H.-ın nәzarәtinә keçdi. 435 ildәn H.-ın dәstәlәri Qәrbi Roma sәrkәrdәsi Litorinin komandanlığı ilә baqaudlara vә vestqotlara qarşı müharibә aparırdılar, lakin 439 ildә mәğlub oldular. 436 ildә H. Attilanın başçılığı ilә bu orqundları darmadağın etdilәr (bu hadisә “Nibelunq nәğmәlәrindә” әksini tapmışdır). Bir sıra xalqların müstәqil siyasәt yürütmәk cәhdlәrinin, xüsusilә Qara dәnizdәn şm.-ş.-dә yaşayan akatsirlәrin Konstantinopolla әlaqәlәr qurmasının qarşısı alındı. 435 ildә H. Şәrqi Roma imperiyası ilә yeni müqavilә bağladılar. Müqavilәyә görә, imperiya H.-a edilәn ödәmәlәrin artırılmasını vә “qaçaqların” (H.-ın tabeliyindәn qaçanların) geri qaytarılmasını öhdәsinә götürdü. H.-ın Balkanlara viranedici yürüşlәrindәn (441–442) sonra müqavilәnin şәrtlәri 443 ildә daha da sәrtlәşdirildi. 446 ildә Aetsi ilә bağlanan müqavilәyә әsasәn Sava çayı boyundakı әrazilәr H.-a keçdi. 447 ildә Şәrqi Roma imperiyası üzәrinә H.-ın hücumunun davam etmәsi 448 ildә sülh bağlanması ilә nәticәlәndi, H. bütün Aşağı Dunayboyuna nәzarәti qazandılar. Tәqr. 450 ildә H. frankların daxili çәkişmәlәrinә müdaxilә etdilәr.
5 әsrin ortalarında Hun dövlәtinin әrazisi Dunayboyundan Volqaboyuna vә Şimali Qafqaza qәdәr uzanırdı. Bu әrazidә H.-dan başqa alanlar, gepidlәr, ostqotlar vә digәr xalqlar yaşayırdılar. Avropanın meşә zonasındakı bir sıra xalqlar H.-dan müxtәlif sәviyyәdә asılı idilәr. Attilanın qәrargahı Tisa çayı yaxınlığında yerlәşirdi. Bir sıra tәdqiqatçı H.-ın tayfa başçıları tabeliyindә ki xalqların hesabına varlanmasını fәrz etsә dә, digәrlәrinә görә, H. Çin vә İranın tәsirilә kifayәt qәdәr inkişaf etmiş ictimai-siyasi institutlara malik idilәr. Buna müvafiq olaraq H.-ın Avropa xalqlarının inkişafında rolu müxtәlif cür qiymәtlәndirilir. H. köçәri hәyat tәrzi sürsәlәr dә, onların vә tabeliyindә olan birliklәrin “bazaları” (sәnәtkarların vә onlara xidmәt göstәrәn digәr әhali qruplarının mәskunlaşdığı yaşayış mәskәnlәri) Don çayı sahillәrindә aşkar edilmişdir; Dunay boyunda tәrk olunmuş antik şәhәrlәr, hәmçinin Krımdakı Pantikapey vә s., ehtimal ki, belә “bazalardan” idi. H.-ın maddi mәdәniyyәtinә Asiya prototiplәri olan göbәlәkvarı qulplu tökmә tiyanlar, diademalar, bәzi bәzәk әşyaları, kamanların, ağac heykәllәrin vә kasaların qızıl haşiyәlәri, rombvarı üçpәrli, saplaqlı oxucluqları aiddir. Hun dövrünә aid köçәrilәrlә әlaqәlәndirilәn tapıntıların böyük qisminin mәnşәyi Avropa tiplәri ilә bağlıdır.
450-ci illәrdә H.-ın zәrbәsi, әsasәn, Qәrbi Roma imperiyasına yönәlmişdi. Lakin H.-ın Qalliyaya müdaxilәsi romalılara, vest qotlara vә franklara qarşı Katalaun döyüşündә (451) onların mәğlubiyyәtlәri ilә nәticәlәndi. 452 ildә İtaliyaya hücum edәrәk Akvileyanı, Milanı vә s. şәhәrlәri aldılar, lakin sonra geri döndülәr. Attilanın ölümündәn (453) sonra Hun dövlәti parçalanmağa başladı, gepidlәr vә H.-ın tabeliyindә olan digәr xalqlar üsyanlar qaldırdılar. Nedao çayı (Pannoniya) yaxınlığındakı vuruşmada (455) H. vә onlara sadiq qalan qruplaşmalar mәğlubiyyәtә uğradılar. Bu vuruşmada Attilanın xәlәfi – böyük oğlu Ellak qәhrәmancasına hәlak oldu. H.-ın qalıqları Aşağı Dunayboyu vә Şimali Qaradәniz çöllәrinә getdilәr. 456 ildә onların hücumu ostqotlar tәrәfindәn dәf edildi. 465–466 illәrdә Hormidakın başçılığı ilә H.-ın Balkanlara hücumu da dәf olundu, 466 ildә Attilanın oğulları Dintsik vә Ernakın imperiya ilә әlaqәlәr qurmaq cәhdi nәticәsiz qaldı. H.-ın 467–469 illәr qәnimәt әldә etdilәr. Peyğәmbәr düşmәn әsirlәrini geri qaytardı. Huneyndәki qәlәbә Quranın “Tövbә” surәsinin 25–26-cı ayәlәrindә Allahın möminlәrә lütfünün tәcәssümü kimi әksini tapmışdır.










