Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HUNNULAR 
    HUNNULAR (Çin dilindә – sünnu) – Asiya hunları; әsasәn, qәdim Çin dövlәtlәrindәn şm.-dakı vә şm.-q.-dәki çöllәrdә yaşayan qәdim xalq. Dillәri mәlum deyildir; әsas nәzәriyyәlәr H.-ı türk, yaxud monqol xalqlarına aid edirlәr. Qәdim Çin yazılı әnәnәsindә e.ә. 3 әsrdәn qeyd olunurlar; H.-ın sәlәflәri Şan (İn) dövlәtinә qarşı vuruşan quyfanlar vә Qәrbi Çjou dövlәti ilә müharibәlәr aparan syanyünlәr idi. Xan dövründә H. hәmçinin hular adlandırılırdılar. E.ә. 208 ildә şanyuy Modenin hakimiyyәti altında birlәşәn H. ş.-dә dunxuları, q.-dә yueçjilәrin bir qismini, şm.-da Baykalarxası vә Cәnub-Şәrqi Sibirin bir sıra xalqını (Tes mәdәniyyәti) vә digәr tayfaları tabe etdilәr, Xan imperiyası ilә müqavilә münasibәtlәri qurdular. Hәrbi-inzibati struktura vә bürokratik institutlara malik ilk “köçәri” imperiya (Çin fәrarilәrinin iştirakı ilә) yaratdılar. Böyük ipәk yolu üzәrindәki nәzarәt uğrunda mübarizә aparırdılar. Eramızın 48 ilindә “şimali” vә “cәnubi” (Qobi sәhrasından c.-da) H.-a parçalanma baş verdi. ”Cәnubi” H.-ın әksәriyyәti Xan imperiyasının himayәdarlığını qәbul etdi, 155 ildә onun ordusuna vә syanbilәrә “şimali” H.-ın dövlәtinin mәhv edilmәsindә yardım göstәrdi. “Şimali” H. dövlәtindәki әhali qaliblәrin tәrkibinә qatıldı, yaxud qәrbә qaçdı (bax Ağhunlar). H.-ın qәrbә miqrasiya yolları vә Avropa hunları ilә qarşılıqlı münasibәtlәri hәlә dә mübahisәlidir. “Üçhakimiyyәtlilik” dövründәn sonra “cәnubi” H.-ın nәsillәri Çin әrazisindә Şimali Xan (304–319), Erkәn Çjao (318–329), Son Çjao (319–351), Şimali Lyan (397–439), Sya (407–431) dövlәtlәrini yaratdılar.
    H.-ın arxeoloji baxımdan tәdqiqini 1896 ildә müasir Kyahta ş. yaxınlığında polyak alimi Y.D. Talko-Qrinseviç başladı. Buryatiyada İlmovaya pad, Dırestuy, Saram vә s. mәzarlıqlar, möhkәmlәn dirilmiş (İvolqa arxeoloji kompleksi, Bayan-Unger), hәmçinin metallurgiya vә digәr sәnәtlәrin mövcud olduğu möhkәmlәndirilmәmiş (Durenı, Enhor) mәskәnlәr tәdqiq edildi. Monqolustanda Noin-Uledәki әyanların mәzarlarının tәdqiqi 2000-ci illәrdәn monqol (H.-ın әn böyük kurqanlarından biri olan  Qol-Mod–2) vә beynәlxalq (Durliq-Nars, Qol-Mod–20) ekspedisiyaların genişmiqyaslı qazıntıları ilә tamamlanmış, möhrә divarları olan qalalar vә s. öyrәnilmişdir. Dәfn yerlәri üçün daş vә qarışıq daş-torpaq qalaqları sәciyyәvidir. Şәrqi Sibirin cәnubunda Kökel vә Tes mәdәniyyәtlәrinin formalaşması H.-a yaxın, yaxud tabeliyindәki xalqlarla әlaqәlәndirilir. Bu mәdәniyyәtlәr üçün dulus çarxında düzәldilmiş oyma ornamentli vә yapma köbәli qablar vә kasalar, silahlar (o cümlәdәn “hun yayı”, sümükdәn hazırlanmış “fit çalan” oxucluqları), at lәvazimatları, qaşıqşәkilli tunc asmalar, kәmәr lövhәlәri (o cümlәdәn heyvani üslubda düzәldilmiş) vә s. sәciyәvidir. Zәngin komplekslәrdә lak çәkilmiş vә tunc Çin qabları, güzgülәr, nefrit bәzәklәr, döyüş arabalarının, ipәk parçaların vә s. qalıqları, Yaxın Şәrq vә Ön Asiyadan gәtirilmiş qayış dәstlәrinin detalları, Roma şüşә qabları vә s. aşkar edilmişdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 