HURİLƏR (әr.
sözünün cәmi) – müsәlman әnәnәsindә cәnnәt qızları. Ərәbcә “hur” sözünün tәki olan “hәvra” gözün ağının şәffaflığı ilә göz bәbәyinin qaralığının yaratdığı tәzadı vә parlaqlığı ifadә edir. Quranda dörd ayәdә (44:54; 52:20; 55:72; 56:22) xatırlanır. Bundan başqa, digәr ayәlәrdә (37:48; 55:56; 56:35:37 vә s.) vә bәzi hәdislәrdә H.-in tәsvirlәri var. Bir çox tәfsirdә H. mәcaz olaraq şәrh edilir. Tәsәvvüf әdәbiyyatında H. obrazı mistik mәhәbbәt vә zövq rәmzidir. Klassik әdәbiyyatda “gözәl”in epitetlәrindәn biri kimi geniş istifadә edilmişdir.










